Eldar Mansurovun melodiyaları insan ruhuna nüfuz edir və orada əbədi qalır. Onun melodiyalarını dinlədikcə sevgi, sədaqət, vətənə və torpağa məhəbbət, hüzn, kədər hissləri ayrı-ayrılıqda insan qəlbinə yol tapır.
Azərbaycanın xalq artisti, mahir musiqişünas, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi, gözəl bəstəkar Eldar Mansurov 1952-ci il fevral ayının 28-də xalq artisti, tarzən Bəhram Mansurovun ailəsində dünyaya göz açıb. Musiqiyə uşaq yaşlarından maraq göstərən, Fikrət Əmirov, Qara Qarayevin simfonik musiqilərinə həvəslə qulaq asan Eldar anasının təkidi ilə fortepiano üzrə təhsil alır. Təkmilləşmək üçün Asəf Zeynallı adına Musuqi Kollecinin fortepiano şöbəsinə, daha sonra Üzeyir Hacibəyli adına Milli Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinə daxil olur və Cövdət Hacıyevin tələbəsi olur.
O, yaradıcılığa plan kimi baxmır. Hər şeyi əhval-ruhiyyə ilə bağlayır. "Məni əhatə edən yaxşı insanlar, gözəl atmosfer, çox zaman da qəmli vaxtlarım mənə yazmağa ruh verir."
O, daha çox lirik musiqilər yazmağa üstünlük verdiyini və bunun onda daha yaxşı alındığını da etiraf edir.
1968-ci ildə hələ Asəf Zeynallı adına Musiqi Kollecinin 1-ci kursunda oxuduğu və Oqtay Kazımovun "Eksperiment" adlı qrupunda ifa etdiyi müddətdə atasının məcmuələrindən - "Bağçadan gələn səs" xalq mahnısının sözlərinə musiqi bəstələyir. Uzun illər musiqi bəstələməkdən uzaq düşən gənc Eldar 70-ci illərdə Olqa Vasilyevnadan musiqi bəstələməyin sirlərini öyrənir və artıq 1974-cü ildə Konservatoriyaya daxil olanda musiqi bəstələməyin incəliklərini bilirdi. Cövdət Hacıyevin sinfində o, bəstəkarlığın klassik prinsiplərini öyrənməyə başlayır. Kiçik fortepiano prelüdiyaları ilə yaradıcılığa başlayan Eldar Mansurov çoxjanrlı əsərlər yazmağa başlayır - fortepiano pyesləri, xor üçün müxtəlif janrlı musiqilər, instrumental əsərlər, simfoniyalar, marş, kontatalar. Bu janr müxtəlifliyi bəstəkarın inkişafına zəmin yaratdı.
O, opera və baleti rok üslubunda yazmaqla Azərbaycan musiqisinə yenilik gətirib. Bunlar "Yeddi gözəl" rok-operası və "Kleopatra", "Olimp" rok-baletləridir. Atasının ən çox sevdiyi muğam "Mahur-hindi"ni öz tərzinə uyğun işləmişdir. Atasına olan məhəbbəti onu daha bir əsər üzərində işləməsinə sövq etdi və "Bəhramnamə"adlı simfoniyasını yazdı. Bu əsər də öz üslubu ilə fərqlənirdi, o, burada muğam, caz, rok və simfoniyanı bir araya gətirməyi bacarmışdır.
Daha çox ciddi janrda əsərlər yazmağı xoşlayan bəstəkar mahnı janrında yazmağa çox gec başlamışdır. Bunun tələbatdan irəli gəldiyini etiraf etsə də bir-birindən fərqli və yaddaqalan mahnıları hər kəsin ürəyini fəth edə bilmişdir.
1989-cu ildə ilk dəfə olaraq Brilyant Dadaşovanın ifasında səslənən "Bayatılar" mahnısı təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində, o cümlədən Türkiyə, Yunanıstan, Rusiya, Almaniya, Fransa, İtalya, İspaniya, İsveçrə, İngiltərə, ABŞ, Kanada, Braziliya, Ərəb ölkələrində də sevilərək dinlənildi və çox böyük populyarlıq qazandı.
Eldar Mansurovun mahnılarını sadalamaqla qurtarmaq olmaz, onun hər hansı bir əsərini bir dəfə dinləmək kifayətdir ki, ona vurulasan. Eldar Mansurovun musiqiləri "qəlbin musiqisi"dir desək, yəqin ki, yanılmarıq. Hər kəsin dillər əzbəri olan mahnıları - Ağadadaş Ağayevin ifasında "Halımı sorma!", "İstəmirəm", "Oyna gözəl", "Yarı məndə, yarı səndə", "Ay yalançı", "Karvan", Aygün Kazımovanın ifasında "Xan qızı", "Uzaqlıq", "Bu sevgi", "Gecələr kecir", "Mən aydan gəlmişəm", "Sən hardasan", "Dosvidanye leto", "Həyatımla oynama", "Namə yaz göndər", "Mən Aygünəm", "Legenda o lubvi", Brilyant Dadaşovanın ifasında "Qara gözlüm", "Bilmədin", "Gözlə məni", "Hayıflar olsun", "Əsir Azərbaycanım", "Ötür qatarlar", "Sevinc nəğməsi", "Mən deyən oldu", "Sən getsən", "Dağlar", Manana Japaridzenin ifasında "Vətən sağ olsun", "Mir lubvi", "Neyləyim", "Yol", "Bu necə məhəbbətdir", "Sənin qara gözlərin", "Sönməz eşqimiz", Mübariz Tağıyevin ifasında "Ulu torpaq", "Ömür keçir", "Həyat bir tamaşa", "Yada sal məni", "Bağçadan gələn səs", Faiq Ağayevin ifasında "Ola bilməz", "Biləydin kaş", "Ən əziz gün", İlhamə Qasımovanın ifasında "Gəlirəm", Tünzalə Ağayevanın ifasında "Neyləyim", Aygün Bəylərin ifasında "Bahar bir yol olur, ömür bağında", "Sevirik səni həyat", Cavan Zeynallınin ifasında "Yadındamı", "Qoca qartal", "Bakılıyam mən", Ədalət Şükürovun ifasında "Axtarma məni", Zülfiyyə Xanbabayevanın ifasında "Həsrət yağışı", Flora Kərimovanın ifasında "Dünya köhnə dünyadır", İlqar Murodovun ifasında "Dərdimi soruşma", Rəşad İlyasovun ifasında "Sən getsən", Ruhəngiz Allahverdiyevanın ifasında "Dərdimdən kim öləcək", Səməd Səmədovun ifasında "Ümid sönsə", Natəvan Həbibinin ifasında "Vətənim" və s. - saymaqla qurtarmaq olmaz.
Eldar Mansurov kinofilmlərdə də öz sözünü deyib. "Bəxt üzüyü", "Toy", "Abşeron lövhələri", "Daşdan tikilmiş şəhər", "Almas İldırım", "Bakı bağları", "Qisas günü", " Qeybdən gələn səs", "Güzgü", "Heydər Əliyev 10-cu film", "İlham Əliyev "Olimp"in fəthinə doğru" və s. filmlərdə onun bəstələdiyi musiqilər səslənir.
Eldar Mansurov musiqisinin səsləndiyi teatr tamaşalarından "Dar ağacı", "Mənim ağ şəhərim", "Məşuqələr", "Bu dünyanın adamları", "Dərviş və ölüm", "Pul dəlisi", "Aktyor", "Kələkbaz qızlar" və s. göstərmək olar.
Eldar Mansurov ailəlidir, iki oğlu var. Özünü xoşbəxt hesab edir və ən böyük arzusu nəvələrinin toyunu görməkdir!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Solğun mavi nöqtə
Avro da qalxdı
Qəbələdə rabitə xidmətinin keyfiyyəti artırlır
Ermənistan ordusunun alay komandiri ağır yaralandı - RƏSMİ
“Qızıl Qlobus”un ən gözəl zinət əşyaları - FOTO
Bu qız əsl Rapunzeldir
TƏBİB “Semaşko” ilə bağlı araşdırma aparır - RƏSMİ
Kirpiklərim çox qısadır, necə uzada bilərəm?
Fitness bağlı bilinən yanlışlar
Qırışları aradan qaldıran maska
Rihanna sarışın oldu-FOTO
Mini alman piroqu
Premyer Liqada qəsdən öskürənlər oyundan çıxarılacaq
Ermənistanda koronavirusa ilk yoluxma qeydə alındı
Günün qoroskopu: Fikriniz mənasız işlərə yayınmasın
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
Doşablı Peluze (foto-resept)
Uşaqlara məcburi yemək yedizdirmək doğrudurmu?
Xəyanətə məruz qalan qadın nə etməlidir?
Kraliça II Yelizaveta Keyti mükafatlandırdı
Milli parklar təhlükədə
Mikura Pearls
Münasibətinizin qısa müddətli olduğunu göstərən 5 işarə
Hindistanda koronavirus peyvəndi ilə bağlı yekun testlərə başlanıldı
Qonaq otağı üçün masa dekorasiyası
Nescafeli peçenye (foto resept)
ABŞ-da ictimai nəqliyyat pulsuz olacaq
iPhone 8 hazırlanır - TƏFƏRRÜATLAR
Günəş yanıqlarından necə xilas olmalı?
Şokoladlı qurabiyələr (foto resept)
Şam ağacı üçün oyuncaq düzəldək
Mətbəx dizaynları
Gəlin saçı modelləri
Ən pis dizayn nümunələri
Anamın öyrətdiyi əl işləri
HAVA necə olacaq?
Rihanna villasını 50 min dollara satır - FOTO
Zövqlü hicab modelləri
Cazibəli gecəliklər
64 yaşlı aktyor gənc sevgilisi ilə tətildə
Hər gün reklam təklifi alırlar
Bakıda 3 nəfərdə KORONAVİRUS ŞÜBHƏSİ
Əlavə avtobuslar gəlir
Kloze yeni klub axtarışındadır
Ultra HD-yə tələbat artır
Dünyanın ən bahalı və möhtəşəm oteli - Atlantis Palm Jumeriah
Bitkilər və təbabət (6)
Dilimizdəki gülməli adlar kitabdan çıxarılıb
Gəlinlər üçün ayaqqabı modelləri
Putin İslamı qəbul edib?
- ŞƏRHLƏR