Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 5000-dən artıq Azərbaycan vətəndaşı, o cümlədən 55 uşaq, 326 qadın, 409 qoca itkin düşmüşdür. Erməni əsirliyindən azad edilmiş 1500-ə yaxın vətəndaşımıza, o cümlədən uşaq, qadın və qocalara işkəncələr verilmiş, onlar ömürlük şikəst olmuşlar.
(24 iyul 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülmüş 3 yaşlı Şövqi Əliyevin bazu sümüyü Xankəndidə erməni “həkimləri” tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikəst olmuşdur.
31 mart 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən Gülcamal Quliuyevanın girovluqda dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni “həkimi” Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur. Ömürlük şikəst olmuş A.Hacıyev 2003-cü ilin may ayında vəfat etmişdir.
21 oktyabr 1992-ci ildə ermənilər tərəfindən əsir götürülmüş Mayıl Məmmədovun sinəsi qızdırılmış xaçla damğalanmışdır.
26 dekabr 1992-ci ildə yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məmmədov müxtəlif işkəncələrə məruz qalmış- rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, üstünə təlim görmüş it buraxılmışdır.)
Erməni əsirliyindən qayıdan şəxslərin ifadələri əsasında itkinlər siyahıda olan 783 nəfər Azərbaycan vətəndaşının ermənilər tərəfindən əsir götürüldüyü, lakin onların beynəlxalq təşkilatlardan gizlədildiyi müəyyən edilmişdir. Əksəriyyəti uşaqlar, qadınlar və qocalardan ibarət bu şəxslər barəsində Ermənistan tərəfi məlumat verməkdən imtina edir.
Ümumilikdə 1988-ci ilin yanvarından etibarən Ermənistanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonun Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğalı nəticəsində 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan isə 10 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır.
Azərbaycan ərazilərinin işğalı nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln. m2-dən artıq 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb ocağı məhv edilmişdir.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır.
Azərbaycanın dahi şairəsi Natəvanın, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun, Azərbaycanın dahi müğənnisi Bül-Bülün büstü Şuşa şəhərinin işğalı zamanı güllələnmişdir.
“Ağa Dədə” adlı müsəlman qəbiristanlığı ermənilər tərəfindən darmadağın edilmişdir.
Təkcə 1988-1994-cü illərdə ermənilər aşağıdakı terroru törətməklə qanlı cinayətlərə yol vermişlər:
16 Sentyabr 1989-cu il- “Tbilisi- Bakı” marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.
7 oktyabr 1989-cu il- Xankəndinin cənubunda Xəlfəçay üzərindəki körpü partladılıb.
4 yanvar 1990-cı il- Ağdam şəhəri və Əskəran arasında körpü partladılıb.
18 Fevral 1990-cu il- “Yevlax-Laçın” yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobus partladılmış, nəticədə 13 nəfər yaralanıb.
11 İyul 1990-cı il- “Tərtər-Kəlbəcər” sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, 35 nəfər yaralanmışdır.
10 avqust 1990-cı il- “Tbilisi-Ağdam” marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır.
9 Yanvar 1991-ci il- “Laçın-Şuşa” yolunun 5-ci kilometrində erməni terrorçuları tərəfindən edilən basqın nəticəsində “Azərbaycan gəncləri” qəzetinin müxbiri S.Əsgərova, polkovnik S.Larionov, mayor İ.İvanov və serjant İ.Qoyek qətlə yetirilib.
28 iyul 1991-ci il- Erməni terrorçuları Xocavənd rayonunun Qaradağlı kəndinə basqın edərək 6 nəfər dinc sakini qətlə yetirmişlər.
31 İyul 1991-ci il-“Moskva-Bakı” sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
20 noyabr 1991-ci il- Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında erməni terrorçuları tərəfindən “Mi-8” vertolyotu vurulub. Nəticədə dövlət katibi, deputat T.K.İsmayılov, baş nazirin müavini, deputat Z.S.Hacıyev, dövlət müşaviri M.N.Əsədov, deputatlar V.D.Cəfərov və V.T.Məmmədov, Respublikanın baş prokuroru, deputat İ.İ.Qayıbov, Azteleradionun işçiləri A.İ.Hüseynov, A.M.Mustafayev və F.İ.Şahbazov, sülhməramlı missiyanın digər üzvləri İ.A.Plaviski, R.M.Məmmədov, S.S.İvanov, Q.Q.Namazəliyev, N.V.Cinkin, generallar S.D. Selikov, V.V.Kovalyov, M.D. Lukaşov, polkovnik V.M. Koçaryov və ekipaj üzvləri həlak olublar.
28 yanvar 1992-ci il- Şuşa yaxınlığında “Ağdam-Şuşa” marşurutiylə uçan sərnişin vertolyotu vurulmuş və nəticədə 44 nəfər həlak olmuşdur.
8 avqust 1992-ci il- Krasnovodskdan Bakıya gələn dəniz paronu partladılıb, nəticədə 25 nəfər həlak olub, 88 nəfər yaralanıb.
28 fevral 1993-cü il- “Kislovodsk- Bakı” marşrutu ilə hərəkət edən sərnişin qatarı partladılıb. Nəticədə 11 nəfər həlak olub, 18 nəfər yaralanıb.
19 mart 1994-cü il- “20 yanvar” metro stansiyasında elektrik qatarı partladılıb, nəticədə 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.
13 aprel 1994-cü il- “Moskva-Bakı” marşrutu ilə hərəkət edən sərnişin qatarı partladılıb. Nəticədə 6 nəfər həlak olub, 3 nəfər yaralanıb.
3 iyul 1994-cü il- “28 May” və “Gənclik” metrostansiyaları arasında elektrik qatarı partladılıb. Nəticədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.
XƏBƏR LENTİ
“Kurtlar Vadisi Vətən” təqdim olundu: Polad Ələmdar həyat yoldaşı ilə qala gecəsində
Kahının inanılmaz faydaları
“Avroviziya” təmsilçimiz Samirə Əfəndi “Kleopatra”sı ilə qalib oldu - VİDEO
Souslu kotlet (foto resept)
Sabahın HAVASI
Yeni planet kəşf edildi
Apple və Google məlumatları paylaşır
Təcavüzdə ittiham olunan Tatlısəslə bağlı məhkəmə qərar çıxardı
Serenayın bu fotosu "like" atəşinə tutuldu
2017-ci ildə uğur qazanmaq istəyirsizsə, MÜTLƏQ BUNLARI EDİN! - TÖVSİYƏLƏ
Mehriban Əliyeva UNESCO-nun Baş direktoru ilə görüşüb - FOTO
Göylər eşqim qədər mənə əzizdir..
Kəpəkli saçlar üçün maska
Qədərində yeyin, sağlam olun!
Südlü şirniyyat (foto-resept)
"Güldür Güldür" Şousu faciə ilə bitdi!-FOTO
DİM buraxılış imtahanı ilə bağlı komissiya yaratdı
Təbii antibiotiklər
Azərbaycan otellərinin 1 gecəlik qiyməti - ŞOK
Azərbaycanda peşə məktəblərini bitirənlərə müjdə
Putin səsvermədə birdəfəlik qələmdən istifadə etdi-VİDEO
Saçlarınız üçün lazım olan qidalar
Doğuşdan sonra idman
Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq
Kartof pirojnası (foto resept)
Məşədi İbad yeganə əxlaqlı adamdır...
Məşhur ekstrasens Koronavirusun Bitəcəyi Tarixi Açıqladı
Bayram süfrəniz üçün pendirli şam ağacı(foto resept)
Bunları bilirsinizmi?
Yeni avtobuslar gəlir
Jan-Klod van Dam Türkiyədə idman mərkəzləri açacaq
Toyuq içalatından peraşki (foto resept)
Fahriye və Burakın övladına milyonluq təklif
Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu
HAVA necə olacaq?-16 yanvar
Sızanaq izlərini yox edən maskalar
Torta Mikki Maus görünüşünün verilməsi
50 yaşlı nənə dördəm doğdu - FOTO
Gözəllik üçün maskalar
İstirahət gününün hava proqnozu
Sərnişin maska taxmasa, avtobus hərəkət etməyəcək - BNA
Limonlu maffınlər (foto resept)
Bürclər necə üzr istəyir?
Ronaldunun 4 -cü uşağı doğuldu - FOTO
İrem Derici şikayətləndi
Antonio Vivaldi
Bu məkanda insan 1000 il yaşaya bilər
Polenlərə qarşı allergiyanızla mübarizə aparın
Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq
Sadə mantı (foto-resept)
- ŞƏRHLƏR