Necə ki, saleh əməllər bəzi günahların vasitəsilə məhv olar, eləcə də bəzi yaxşı əməllər bəzi günahların aradan getməsinə səbəb olar.
Quran ayələrində və hədislərdə günahın təsirini necə aradan aparmağın mümkün olduğuna aid məlumatlar vardır. Quran ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olur ki, iman, saleh əməl, tövbə, günahı tərk etmək - keçmiş günahları aradan aparmağın ən yaxşı yoludur.
1. Gecə namazı
Günahın təsirini aradan aparmaq üçün gecə namazının mühüm rolu vardır. Allah Təala Quranda buyurur: "Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır". ("Hud" 114).
İmam Sadiq (ə) bu ayənin təfsiri haqqında buyurur: "Möminin gecə namazı onun gündüz günahlarını məhv edər".
2. Saleh əməl və iman
Quran buyurur: "Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik". ("Nisa" 31).
3. Tövbə
Tövbə və Allaha qayıtmaq, peşman olmaq - günahın təsirini aradan aparar. "(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar)". ("Furqan" 70).
4. İstiğfar
Günahların məhv olmasına səbəb olan amillərdən biri də keçmiş günahlara görə istiğfar etməkdir. İmam Sadiq (ə) buyurur: "İnsan o zaman ki, günaha düçar olar, səhər çağından axşama qədər ona möhlət verilər. Əgər istiğfar etsə, əməli görməməzliyə vurular".
Həzrət Sadiq (ə) başqa bir hədisdə buyurur: "Yeddi saat ona möhlət verilər. Əgər günahına görə tövbə edərsə, ona heç bir şey yazılmaz. Əgər yeddi saat keçərsə və günahından peşman olmazsa, onun üçün yazılar. Mömin insanın bəzən 20 ildən sonra günahı yadına düşər, ancaq kafir elə həmin an günah etdiyini unudar".
Başqa bir hədisdə oxuyuruq: "Hər bir dərdin dəvası vardır və günahın dəvası - istiğfardır".
5. Böyük günahları tərk etmək
Böyük günahları tərk etmək kiçik günahların təsirini aradan aparar. "Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik". ("Nisa" 31).
6. Hər bir yaxşı iş
Hər bir yaxşı iş pislikləri aradan apara bilir. Həsənə hər bir günahı aradan apara bilir. Həsənə dedikdə isə hər bir ibadət və İlahi qürb məqsədilə yerinə yetirilən hər bir yaxşı əməl nəzərdə tutulur. Əmirəl-möminin (ə) buyurur: "Hər bir həsənə yerinə yetirməkl sayəsində, Allah bir günahın üzərini örtər və məhv edər".
7. Təharət və qəlb hüzuru
Daima təharətli olmaq və namazları qəlb hüzuru ilə qılmaq günahın təsirini aradan apara bilir. Salman Farsi deyir: "Bir gün Peyğəmbərlə (s) bir ağacın altında əyləşmişdik. Həzrət (s) ağacın qurumuş budaqlarını silkələdi və onun bütün yarpaqları yerə töküldü. Sonra üzünü bizə çevirib buyurdu: "O zaman ki, müsəlman dəstəmaz alar və yaxşı dəstəmaz alar və sonra beş vacib namazı yerinə yetirər - günahları yerə tökülər, necə ki, bu budağın yarpaqları yerə töküldü"".
8. Xəstəliyə dözmək
Xəstəliyə dözmək günahları aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: "Xəstəlik günahı məhv edər".
9. Müsibət
Narahatlıqlar, müsibətlər günahın təsirini aradan aparar.
Milli.Az
XƏBƏR LENTİ
Arıqlamaq üçün ilkin addımlar
Romantik bir gecə
Xərçəng xəstəliyinin əlamətləri
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü
Görünməmiş möcüzədir qadınlar
Saçlarımızı qoruyaq
Prezident AZAL-ı TƏNQİD ETDİ: Bütün təyyarələri dövlət tərəfindən alınıb, bəs gəliri haradadır?”
İlin ən yaxşı küçə rəsmləri
Həkim: “Koronavirusa aid şikayətlər üç gündən artıq davam edərsə..."
JLo öz bədən quruluşu ilə HEYRƏTLƏNDİRDİ
MN: “Hazırda döyüş əməliyyatları davam edir”
Günün qoroskopu: yalnız öz marağınızı düşünün
İsmail YK
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
Fəlakət ölkə ərazisini artırdı
100 milyonluq TƏLƏB-FOTO
Smartfondan kiçik kondisioner hazırlandı
Hava XƏBƏRDARLIĞI
Ermənistanın sonu yaxınlaşır
Turabi ABŞ-da çempiyon oldu-VİDEO
3 şahmatçımız medalla dönür
Pop kraliçası Eurovision səhnəsində
Bakıda avtobuslar yenilənir
Gənc Tamaşaçılar teatrında dekabrda nə olacaq?
Günün ulduz falı - 27.02.2014
İnsan alverinin qurbanı olmuş uşaqlara müjdəli xəbər
Köklü,darçınlı,qozlu keks (foto resept)
ABŞ-ın sabiq birinci xanımı vəfat etdi
Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra... - FOTO
Çinli alimlər xərçəngə qarşı nanorobotlar hazırladı
Hədiyyə ilə bağlı etiket qaydaları
Yaponlar dünyanı heyrətləndirdi
Britney Spears pəhrizi
Xocavənddə düşmənin darmadağın etdiyi həyatın bərpası ilə bağlı VACİB ADDIM
Rəssamlıqla məşğul olan həkim
Düşmən Göygölü atəşə tutur - RƏSMİ
Efiopiyada 15 nəfər zibilin qurbanı oldu
Məşhur aparıcı ana oldu-FOTO
Smartfonu beş dəqiqəyə 50 faiz şarj edən dünyanın ən sürətli adaptoru hazırlanıb
Putindən çoxbaşlı "soyqırımı" bəyanatı
Türkiyə İŞİD-lə döyüşə qoşulur
Mülki əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilib - VİDEO
Avokadolu pizza(foto resept)
Azərbaycanda ölüm hökmü bərpa oluna bilər?
Azərbaycanda daha 314 nəfərdə koronavirus aşkarlandı
Münasibətdəki soyuqluğun səbəbləri
Yarım ildə dörd min ailə dağıldı
BÜRCLƏR bizə nə vəd edir? - 23 mart
Bakıda uşaq bağçalarının açılması üçün hazırlıq işləri başladı