Mənim yazdığım bu mövzu namaza aiddir. Allah - Təala Qurani-Kərimdə namazı bizə vacib etdi və bu namazlar 5 vaxtda qılınır. Bunu heç kəs inkar edə bilməz. Bəzi savadsız, nadan və əsla elmləri olmuyan özlərində nə isə bir elm olduğunu zənn edənlər həmişə insanların qıldıqları namazlara eyib tutmağa çalışıblar. Ancaq bunu başa düşmürlər ki, insanın ibadətini qəbul edən Allahdır. İndi sizə namazın vaxtlarını alimlərin necə izah elədiklərini yazıram. Sübhün vaxtı hələ dan yeri sökülməmiş vaxtıdır. Çünki belə bir rəvayətdə var ki, Adəm ( ə ) Sübh namazını birinci rükətini qıldı və səcdədən qalxanda gördü ki, dan yeri ağarmağa başlayıb. Günorta namazı, yəni Zöhr namazı günəş göyün tən ortasına çatanda Zöhr namazının vaxtıdır. Günəş Zöhrdən, yəni tən ortadan Məğribə, yəni günbatana tərəf meyl edəndə deyilir ki, günəş Əsrə gedir. Həmin bu vaxt ərzində, yəni Zöhr ilə Məğribin arasında Əsrin vaxtıdır. Onun üçün dəqiq vaxt təyin olunmayıb.Onun xüsusi vaxtı Şam azanına 4 rükətli vaxt qalana qədərdir.Əgər bir şəxs müəyyən bir səbəb ucbatından həmin bu vaxta qədər Zöhr namazını qılmasa,həmin bu vaxtda Zöhr namazını qəla bilməz,Zöhr namazı qəza olur,bu vaxtda yalnız Əsr namazını qıla bilər,bax bu vaxt Əsr namazının məxsusi vaxtıdır.Şamın xüsusi vaxtı günəş batana kimidir. Şam namazının xüsusi vaxtı çox qısadır. Günbatanda qızartı aradan gedən kimi Şamın xüsusi vaxtı qurtarır və şərikli vaxt daxil olur. Xiftənin xüsusi vaxtınıda ailmlər gecənin yarısına 4 rükətli vaxt qalana qədər bildirirlər.Bu Xiftən namazının xüsusi vaxtıdır,əgər bir kəs Şam namazını müəyyən səbəb üzündən bu vaxta qədər qıla bilməsə,Şam namazı qəza olur,çünki bu vaxt Xiftən namazının məxsusi vaxtıdır.Zöhr ilə Əsrin arasında və Şam ilə Xiftənin arasında şərikli vaxt var, yəni müştərək. Yəni, insan Zöhrün vaxtını gecikdirsə, bu vaxtda qıla bilər və yaxud Zöhrü vaxtında qılıb, şərikli vaxtda Əsr namazını qıla bilər. Həmçinində bu Şam və Xiftən namazlarına da aiddir. Bəzi təriqətlər Əsr namazını hərəsi bir vax təyin edib, qılır. Yəni, hamısı eyni vaxtda qılmır. Bəziləri irad tutur ki, Şiə məzhəblilər namazı 3 vaxtda qılırlar. And olsun Allaha onların elmləri buna çatmır. Şiələr namazı 5 vaxtda qılırlar. Məscidlərdə insanlar cəm namazına gələndə Zöhr namazı qılınır və namazdan sonra dualar oxunulur, müəyyən dini söhbətlərdən sonra Əsr namazını iqaməsini oxuyub, Əsr namazını qılırlar. Bu o demək deyil ki, namazları birləşdirirlər, hər namazın öz niyyəti, öz vaxtı var. Biz hamımız namazı 5 vaxtda qılırıq. Çox idarələrdə işləyənlər, yəni iş-güc adamları işdə də Zöhr namazını qılır, bir az dua edir, Əsrin iqaməsini oxuyub, Əsr namazını qılır. Həmin o Şiələri ittiham edənlər kitablara müraciət etsələr, görəcəklər ki, Peyğəmbərimiz ( s ) özüdə vaxtlar olub ki, namazı belə qılıb.Bizdə məscidlərdə 3 vaxt azan verirlər,ancaq namaz 5-dir.Quranın özündə də Hut sürəsi 114-cü ayədə də namazın 3 vaxt da qılınmağını qeyd edilir.İndi isə ayəyə diqqət edək:"Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl.Həqiqətən yaxşı əməllər pis işləri yuyub aparır,bu yada salanlara öyüd nəsihətdir".Quranda heç bir yerdə yazılmır ki,namaz 5 vaxtda qılınır,Quranda 5 namazın adı var,vaxtlar isə 3 dəfə yazılıb.Qaf sürəsi 39-40-cı ayələr:"(Ya Peyğəmbər) Artıq onların dediklərinə səbr et,gün doğmamışdan əvvəl,batmamışdan əvvəl Rəbbinə təqdis edib,şəninə təriflər de.Gecənin bir vaxtında və səcdələrdən sonra da (Onu şükür səna ilə təqdis et) .Görürsüz ki,beş namazdan bəhs edilir,ancaq 3 vaxt qeyd olunur.Bizdə namazı 5 namaz qılırıq,ancaq məscidlərdə görürsüz ki Zöhrü qılırlar,bir az dua edirlər və müşətərək vaxt daxil olur və Əsr namazınıda qılırlar.
Bəziləri irad tuturlar ki, Şiələr namazı əli açıq halda qılırlar, Sünnülər özləri bir hissəsi əli bağlı qılır, bir hissəsi əli açıq. Sünnülərin 4 məzhəbindən biri olan Şafeilər əlləri açıq namaz qılırlar. O birisilərində bəzisi əllərini göbəyinin üstünə qoyur, bəzisi də sinəsinə qoyur. Əslində Peyğəmbər ( s ) namazı əli açıq qılıb. Bu ikinci xəlifə Ömərin vaxtından qalıb, o vaxtı İranı müsəlmanlar zəbt edəndə, Ərəbistana çoxlu İranlı əsirlər gətirmişdilər. Bir gün bu əsirlərdən birini Ömərin hüzuruna gətirdilər. O vaxtı İranlılarda qanun idi, Şahın hüzuruna girəndə əlləri sinəyə qoyub, baş əyərdilər. Bu əsir də Ömərə elə təzim etdi. Ömər dedi, niyə belə edirsən? Əsir dedi ki: "Biz Şahların hüzurunda belə əyilirik". Ömər dedi: Bu cür təzim yalnız Allaha layiqdir və ondan sonra əmr etdi ki, namazda dayanarkən əlləri bağlasınlar". Hətta o vaxtı Azanda Həyya əla xəyrul-əməl deyilirdi. Ömər onu ləğv elətdirdi. Dedi ki: "Namaz onsuzda xeyr əməldi, hətta Quranın ayəsininin icrasından camaatı çəkindirdi, Peyğəmbərin ( s ) vaxtında iki mütə var idi, Peyğəmbərin ( s ) vaxtında ona əməl olunurdu, kim onu əmələ gətirsə, onu cəzalandıracam".
Bəs nəyə səcdə olunmalıdır? Dinimizdə insan torpağa səcdə etməlidir, daha həsrə, palaza yox. Şiələr torpağa səcdə edir. Möhürün tərkibində torpaq və sudan başqa heçnə yoxdur. Allah şahiddir ki, heç bir Şiə o möhürün nəyəsə qadir olduğunu iddia etmir, adi torpaqdır. Namazı qılırıq, bəli qurtarandan sonra da üzümüzü, gözümüzü həsirə yox, torpağa sürtürük. Bütün bunlar həqiqətdir. Amma əsas odu ki, namazı xuzu və xuşu ilə qılasız. Allah hamının namazını qəbul etsin!
XƏBƏR LENTİ
Körpənizin bu sözləri söyləməsi şərtdir!
Heykəltaraş ruhlu Bugatti Veyron
Camaat bələdiyyə sədrinə qarşı: "Elə küçədə, maşının üstündə..."
Paytaxtda duman tıxac yaratdı
Emosiyalar həyatı bəzəyir
ÜST AÇIQLADI: İlk testlər keçirildi
Yüksək reytinq = Daha çox qazanc!
Kriştianu Ronaldu: "Ən güclü futbolçu özüməm"
Unudulmaz günün bəyaz donu
Azərbaycanda gəlinlərin həyatı niyə əzaba dönür?
Toyuq ətli lahmacun (foto resept)
Məşhur konqresmendən Obamaya Azərbaycanla bağlı çağırış
Məşhur cütlüyün Vyetnam səfəri TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcəyi açıqlandı
Ellada Babayeva ilə müsahibə
Tərz sahibi olmağın yolları
Ölü qadının uşağı oldu
Azərbaycanlı məktəbli ermənini yerə sərdi - FOTO
Payız depressiyası və ondan xilas yolları
Türk serialları ölkəyə yarım milyard dollara yaxın GƏLİR GƏTİRDİ
Qocalıqda yorğalıq: futboldan doymayanlar
Borca görə qaz, su və işıq kəsilə bilərmi? - VİDEO
Pendirli-kəsmikli piroq (foto resept)
Görüş təsdiqləndi
Günün qoroskopu: dözümlü və səbrli olun
Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı
Kolbasa alarkən nəyə diqqət etməli?
Erməniləri faş edən tapıntı
"Telegram"ın işində qüsurlar yarandı
Məşhur aktyor yaponiyalı qızla evləndi-FOTO
Məşhur müğənni üçüncü dəfə ərə gedir
Christophe Guinetin əl işləri
Ermənistanda Rusiya hərbi bazalarının sayı artır
Mən nə qədər qoca olsam da...
Qeyri-adi fincanlar
Bu şəxs oyuncaqla evləndi-FOTO
Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi
Hava necə olacaq?
Meghan Marklenin hamiləlik tərzi
Bu gün 2014-cü ilin ən kədərli günüdür
Dünyanın ən məşhur köpəyi öldü
Doğum çantası
Troya muzeyi dünyanın diqqətində
Sertap Erenerin bu davranışı xoş qarşılanmadı-FOTO
Birinci Sinifə Gedəcək Uşaqların Valideynlərinin Nəzərinə
7 əsr sonra kral ailəsində ilk - əkiz şahzadə doğulacaq
Doğum evində uşaqlar səhv düşdü
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
İmkan verin, bir az da yatım...
MTV ən yaxşı videoklipləri seçdi-FOTO