Giriş
Bağla

Badımcanlı plov (foto-resept)

MƏTBƏX / Quru yeməklər

 

Tərkibi:

2 su st düyü

2 ədəd pomidor

1 ədəd orta boy soğan

1 ədəd toyuq bulyon

1 y/q kərə yağı

2 y/q duru yağ

damaq dadınıza görə duz

1 şaxə cəfəri (doğranmış)

1 şaxə təzə nanə (doğranmış)

2 su st su

2 ədəd orta boy badımcan

qızartmaq üçün duru yağ

 

Hazırlanması:

Düyüləri yuyun və duz qatdığınız ilıq suda təxminən 15 dəqiqə saxlayın.

Badımcanları ala-tala soyun və kub formasında doğrayın. Doğradığınız badımcanları qızardıb kağız dəsmal sərilmiş boşqaba qoyun.

Soğanı yeməklik doğrayın və pomidorları sürtgəcdən keçirin.

Qazana kərə yağı və duru yağ əlavə edin, üstünə soğanları əlavə edib xəfif çəhrayi olana qədər qovurun. Soğanların üstünə pomidorları və bulyonu əlavə edin. 1-2 dəqiqə qovurun.

Süzdüyünüz düyüləri qazana əlavə edib 2 dəqiqə qovurun.

Badımcanlı plov (foto-resept)

Son olaraq 2 su st isti suyu əlavə edin, qarışdırın və qazanın qapağını bağlayaraq aşağı dərəcədə suyunu çəkənə qədər bişirin.

Suyunu çəkən plovu qazın üstündən götürün. Qızartdığınız badımcanları və nanəni, cəfərini qazana əlavə edərək qarışdırın.

Qazanın üstünə bir örtük örtüb qapağını bağlayın və 10 dəqiqə dəmlənməyə qoyun. İsti servis edin.

Badımcanlı plov (foto-resept)

 



Şərhlər (2)

laleler5 laleler5 22 March 2020 22:55 Cavab yaz

Mən də bilmədim badımcan dadı düyü dadına necə təsir eliyər?
kifayet9 kifayet9 22 March 2020 13:03 Cavab yaz

Goren bu hansi olkenin yemeyidi

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика