Tərkibi:
2 su st düyü
2 ədəd pomidor
1 ədəd orta boy soğan
1 ədəd toyuq bulyon
1 y/q kərə yağı
2 y/q duru yağ
damaq dadınıza görə duz
1 şaxə cəfəri (doğranmış)
1 şaxə təzə nanə (doğranmış)
2 su st su
2 ədəd orta boy badımcan
qızartmaq üçün duru yağ
Hazırlanması:
Düyüləri yuyun və duz qatdığınız ilıq suda təxminən 15 dəqiqə saxlayın.
Badımcanları ala-tala soyun və kub formasında doğrayın. Doğradığınız badımcanları qızardıb kağız dəsmal sərilmiş boşqaba qoyun.
Soğanı yeməklik doğrayın və pomidorları sürtgəcdən keçirin.
Qazana kərə yağı və duru yağ əlavə edin, üstünə soğanları əlavə edib xəfif çəhrayi olana qədər qovurun. Soğanların üstünə pomidorları və bulyonu əlavə edin. 1-2 dəqiqə qovurun.
Süzdüyünüz düyüləri qazana əlavə edib 2 dəqiqə qovurun.
Son olaraq 2 su st isti suyu əlavə edin, qarışdırın və qazanın qapağını bağlayaraq aşağı dərəcədə suyunu çəkənə qədər bişirin.
Suyunu çəkən plovu qazın üstündən götürün. Qızartdığınız badımcanları və nanəni, cəfərini qazana əlavə edərək qarışdırın.
Qazanın üstünə bir örtük örtüb qapağını bağlayın və 10 dəqiqə dəmlənməyə qoyun. İsti servis edin.