Giriş
Bağla

Köz badımcanlı kartof salatı (foto-resept)

MƏTBƏX / Salatlar və qəlyanaltılar

 

Tərkibi:

 

kartoflu qarışım:

1 kq kartof

3 y/q zeytun yağı

1 dəstə doğranmış şüyüd

duz

 

badımcanlı qat üçün:

1 banka köz badımcan

3 ədəd közlənmiş bibər

4-5 ədəd xiyar turşusu 

1 su st qaynadılmış qarğıdalı dənəsi

2 diş sarımsaq

5 y/q qatıq

2 y/q mayonez

duz

 

Servis üçün:

qoz

istiot

zeytun yağı

 

Hazırlanması

Kartofları bol suda qaynadın. Qaynadılan kartofu sudan keçirin, qabıqlarını soyun və dərin qaba qoyun.

Duz, zeytun yağını və şüyüdü əlavə edərək püre halına gətirin. Hazırladığınız püreni orta qaba əlavə edib yayın.

Bibəri və xiyar turşusunu doğrayın. Köz badımcanı, qatığı, mayonezi, qarğıdalını əzilmiş sarımsağı və duzu qarışdırın.

Köz badımcanlı kartof salatı (foto-resept)

Kartof püresini üstünə yayın və soyuducuya qoyaraq 4-5 saat saxlayın.

Servis etmədən əvvəl qozu, zeytun yağını və istiotu qovurun, salatın üstünə tökərək servis edin.

Köz badımcanlı kartof salatı (foto-resept)



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика