“KİM DEYİR YUXUDA ÖLMƏK ASANDIR”
Deyirlər, yuxuda ölmək asandı...
Özün də bilmirsən necə ölürsən.
Səhər tezdən eşidirsən əzandı,
Yuxudaca kirimişcə ölürsən.
Bir göz qırpımında qurtulur canın,
Ruhun bədənindən uçur quş kimi .
Əlində qalmırsan dərdin, dərmanın,
Dərdə də salmırsan evdə heç kimi.
Kim deyir, yuxuda ölmək asandı?..
Kim bilir, necədi yuxuda ölmək?
Bəlkə də, ən böyük dərddi, əzabdı,
Ən pis işgəncədi yuxuda ölmək.
Bir göz qırpımında yuxuda bəlkə
İllərcə belində daş daşıyırsan.
Nəfəsin kəsilir axırda bəlkə,
Ömrünü daşlara bağışlayırsan.
Bir göz qırpımında yuxuda bəlkə
Cəllad baltasıyla üzülür başın.
Orda qızıl qanın axanda bəlkə
Yastığa süzülür orda göz yaşın.
Yuxuda ölməkdi ən rahat əcəl...
Bu da, bir yalançı təsəllidimi?
Görəsən yuxuda səni boğan əl
Düşmən əlidimi, dost əlidimi?!
Nədi bircə anda ömrə son qoyan?
Beynə axıb sızan bir damla qandı.
Kimdi qəbrin üstə ən bərk ağlayan?
Bəlkə də, yuxuda səni boğandı.
Gecə qorxu çökər yuxumuza da;
Tərpənər kiminsə qara kölgəsi.
Bəlkə hasar çəkək yuxumuza da,
Heç kəs yuxumuza girə bilməsin.
Bəlkə heç yatmayaq -hər yatanın da
Əgər oyanmamaq qorxusu varsa.
Bəlkə heç yatmayaq -ömrün sonunda
Onsuz da, bir əcəl yuxusu varsa.
Amma yuxun gəlir -görürəm elə;
Daha yavaş-yavaş yumulur gözün.
Yat... sabah oyanmaq ümidi ilə...
Yuxun şirin olsun -
uyu, əzizim...
Ramiz Rövşən
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Özcan Deniz 8 ildən sonra konsert verəcək!
Yeni il axşamı üçün makiyaj
Ermənilərin arzusu ürəyində qaldı
CHP-dən qalmaqallı Azərbaycan iddiası
Xadimə işləmək üçün universitetdə oxumuşdular?
Kəs və yapışdır-36
At və eşşək ətini mal ətindən ayırmağın 3 YOLU
Qadin.Netin sevimli simaları (1)
Azərbaycan alimləri dünyada ilkə imza atdılar
Koronovirus belə başlayır: Günlər üzrə orqanizmdə baş verənlər
Beyonse-un həyatı tədris olunacaq
Kərbəlada azərbaycanlı zəvvar öldü
Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi başa çatıb
İrana gedənlərə xoş xəbər
Təbiətin nəhəngləri
Rusiya öz “iPhone”unu buraxacaq
Qırmızı gözlü yaşıl qurbağa
Nataşa Korolevaya keçmiş ərindən danışdı
Türkiyədə narahat gecə: Müxtəlif bölgələrdə zəlzələlər oldu
Bakıda yeni qadağa
Abituriyentlərin diqqətinə: bu gün sondur
Kartof salatı (foto-resept)
Çayxanaya gedənlərə BƏD XƏBƏR
Azərbaycana məxsus PUA-nın səsinə məhəl qoymayan erməni polkovnik-leytenant həbs olundu
Azərbaycanlılarla əcnəbilər arasında nikah: vəziyyət nə yerdədir?
Baharın Yeni Trendi: Dəri Şalvarlar
Türkiyə analoqsuz ekskavator buraxdı - Ərdoğan sükan arxasında/Foto/Video
Cəbhədə erməni təxribatı
Közlənmiş bibər salatı (foto resept)
Bakıda velosiped yarışı keçiriləcək
Faydalı yalnızlıq
Dünya möcüzələri
Mer: "Moskvadan 13 mindən çox miqrant çıxarılıb"
Kolbasa alarkən nələrə diqqət etməliyik?
İdmançıdan 8 sadə məsləhət: səhəriniz gözəl olsun!
Yuxu pozuntuları
Azərbaycanda bələdiyyə seçkilərinə ayrılan dövlət vəsaiti məlum oldu
"Həmsədr ölkələr, o cümlədən Rusiya "DQR"in tanınması məsələsi ilə bağlı mövqeyini bildirməlidir"
Günün ulduz falı
Yarpaq dolması (foto resept)
Kitab yarmarkasına "start" verildi
“Kurtlar Vadisi”nin aktrisası nişanlandı - FOTO
Toni Kreqqin əsəri Heydər Əliyev Mərkəzində
Saçları ilə ailəsinə ev aldı - FOTO
Mayli Sayrus onunla da ayrıldı
Xərçəngin qrip kimi yayılmasının səbəbi
Smartfonlar üçün cib printeri təqdim olundu
Azərbaycanlı gənc Türkiyədə səs yarışmasında QALİB OLDU-VİDEO
Düşmənin viran qoyduğu Kəlbəcər şəhərinin görüntüləri - VİDEO
Gözəl ayaqqabı modelləri