Murad Ramazanov “Həyatdan 5 kadr” romanını proza janrında yazıb. Beş dost – Həsən, Ayan, Fidan, Nicat, Rəşad sevgi dolu, arzulu-istəkli, hərəsinin həyatdan öz gözləntiləri olan gənclərdir. Amma gözlədiyimiz hər şeyi həyat bizə verirmi? Ya biz gözləntilərimizi ondan ala bilirikmi?
“Həyatdan beş kadr” romanı beş dostun həyat hekayəsidi. Bir-birlərinin yaşamından xəbərsiz olan bu beş dostu birləşdirən isə onların bədbəxlikləridi? Yoxsa uşaqlıq sevgiləridi?
İlk dəfə Murad Ramazanovu psixoloji triller janrında yazdığı “Sonuncu dekabr” romanı ilə tanımışam. Bəzi çatışmamazlıqlar olsa da həmin romanı bəyənmişdim. İkinci dəfəki tanışlığım isə “Həyatdan 5 kadr” romanı ilə oldu. Romanda ayrı-ayrı şəkildə beş dostun uşaqlıqdan gələcəyə doğru yaşantıları təsvir olunur. Hadisələr müxtəlif ölkələrdə cərəyan edir. Romanın qəhrəmanlarının acı həyat hekayəsi oxucusuna kifayət qədər mənfi enerji verir.
Romanı oxuyarkən düşünürsən ki, axı niyə Həsən bu cür yanlışlığa yol verir, axı niyə tale Ayana o cür ata qismət edir, axı niyə Fidan öz kariyerasında daha da yüksəklərə nail ola biləcəyi halda, həyatını tamam ayrı istiqamətə yönəldir, axı niyə həyat Nicatı oğlunun, həyat yoldaşının acıları ilə birbaşına qoyur, axı niyə tale Rəşadı sevdiyi ilə o cür vəziyyət qarılaşdırır? Bütün bunlara səbəb onların özü idi? Yoxsa əvvəlcədən yazılmış alın yazıları idi?
Hərdən düşünürəm taleyi özün yazırsan, vurursan, bölürsən bərabərlikdən sonra axırda qisməti özün çıxarırsan. Bəzən isə cilovları nə qədər bərk tutsan da əlində saxlamağa gücün yetmir. Gücün yetmiyəndə isə sonda olacaqlar heç də ürək açan olmur. İstər Həsən, istərsə də Fidanın bu cilovları əllərində saxlamaq üçün heç də böyük gücə ehtiyacları yox idi, amma Ayan, Nicat və Rəşadın isə bu acı həyat yollarında edə biləcəkləri nəsə yox idi, Tanrı özü onların əlindən çox şeyi elə uşaqlıqdan almışdı.
Siz Özünüz də romanı oxuyun və sonda qərar verin “Əslində isə…” sonra üç nöqtənin yerinə cavabı özünüz qeyd edin. Bu beş dostu birləşdirən nə idi? Peşmanlıq? Acı həyat? İntiqam hissi? Pul? Sevgi? Ölüm? Yoxsa ehtiras? Əslində isə…
P.S Kimisə ruhdan salmaq mənlik olan bir şey deyil, əksinə, mən dostlarımı və heç tanımadığım bir insanları məqsədi uğrunda daha da əzmlə çalışmağa ruhlandıran insanam. Ələlxüsus da gəncləri. Bu baxımdan istəmirəm ki, romanda qeyd edəcəyim yalnışlıqları Murad bəy düzgün anlamamış olsun. Romanda adlarla bağlı çox ciddi xətalar var. Romanın əvvəllərində Ayanın anasının adı Sara olur sonra isə çevrilir olur Aytən. Nicatın həyat yoldaşının da adı Aytən olur bu baxımdan oxucuda çaşqınlıq yaranır. Bəzi ifadələr var: “avtomatik” ifadəsinin yerinə “qeyri-iradi” işlənsəydi daha yaxşı olardı. Bu kimi bir çox üslub səhvləri romanın təsir gücün azaldır.
Bütün hallarda mən gənc yazıçımıza yaradıcılıq uğurları arzulayıram. Onu da qeyd etmək mənim vicdan borcumdu, çox gənc yaşda psixoloji janrda nəsə yazmaq özü elə böyük istedad tələb edir.
XƏBƏR LENTİ
Gözəl ayaqlara necə sahib olaq?
Tramp prezident seçkilərinə Maykl Penslə gedir
Ebru Şahin çimərlikdə-FOTO
Sezar salatı (foto-resept)
Ramazanın 16-cı gününün duası
Leonardonun adası hər kəsi təəccübləndirdi
Günün ulduz falı
Müdafiə Nazirliyində yeni kadr dəyişikliyi olacaq?
"Vsyo, ay Allah, özüm tapdım, lazım deyil"
İtirən bizik
Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur
Bu da yeni Mustang
Azərbaycanda "ASAN qatar" sistemi yaradılacaq
Qadın boksçularımız Almatı turnirində yarımfinalda
Havay adalarında günəşdən qoruyucu kremin istifadəsinə qadağa qoyuldu
Payız tortu (foto-resept)
Koronavirusun daha bir fəsadı aşkar edildi
Böyük sirr açıldı: qadınların kişilərdən çox yaşamasının səbəbi bilindi
Serenaydan 1,5 milyonluq imza - FOTO
Mikayıl Müşfiqin doğum günüdür
Diri ilanbalığı uddu ölümdən döndü-FOTO
Azərbaycanın "Eurovision" mahnısı - VİDEO
Müəllim olmaq istəyənlər! Qəbul iyulun 3-də başa çatır
Avropanın ən qədim oxu zalı
Erməni analar: “Bizə yalnız İlham Əliyev kömək edə bilər” - VİDEO
Gündə 3 fincan qəhvə içənlər…
“Aşkı memnu”nun “Firdevs”i: "Varlı olmaqdan bezdim"
Şokoladlı top (foto resept)
Siqaretdən imtina edən şəxs 1 ilə yığdığı pulu görüncə AДћLADI
Gül börəyi (foto resept)
Ailə birlikdir!
Yaşayış yeri haqqında arayış elektronlaşdı
Payız pəhrizi necə edilər?
Bu ərazilərdə QAZ olmayacaq!
Sırğaları necə təmizləməli?
Ancelina Coli yenidən ana olacaq!-FOTO
Azərbaycanın ən uzunömürlü seçicisi səs verib
Praktik 4 üz maska
Ləziz salat (foto resept)
Wi-Fi şüalarının insan orqanizminə hansı təsirləri var?
Şvartsenegger uzunqulağı ilə məşq etdi - VİDEO
Azərbaycanda bir kəndin bütün sakinləri koronavirus yoxlamasından keçdi - VİDEO
Arqan yağının dəriyə təsiri
Azərbaycanda 5 gün iş olmayacaq
Mətbəxtə fərqli stullar
Hadisə sahib olduğu hər şeyi satır
Uşaqlar oxusun deyə (yardım edək)
Nə gözəl yaraşır insana gülmək...
2019-da mükafat almış it şəkilləri
Rusiya tək rəqib elan edildi
- ŞƏRHLƏR