Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti daha geniş əhatə dairəsi və daha yüksək ötürmə qabiliyyətinə malik ən etibarlı şəbəkə qurmaq üçün şəbəkənin yenilənməsi və unifikasiyası layihəsi çərçivəsində həyata keçirdiyi genişmiqyaslı işlərin başa çatdırıldığını elan edir. Bu layihə Azərbaycanda və ümumiyyətlə dünya üzrə simsiz rabitə sənayesində indiyə qədər həyata keçirilmiş ən kompleks və mürəkkəb layihələrdən biri hesab edilir. Layihənin həyata keçirilməsində Bakcell şirkətinin əsas məqsədi abunəçiləri keyfiyyət, sürət və sabitlik baxımından ən üstün təcrübə ilə təmin etməkdir. Bakcell şirkətinin şəbəkəsi yeni və innovativ xidmətləri daha az istismar xərcləri ilə dəstəkləyəcək. Şirkətin yenilənmiş şəbəkəsi abunəçilərə daha yüksək sürətli (Azərbaycanda mövcud olan mobil şəbəkələr arasında ən yüksək) internet xidməti vasitəsilə HD səs və video kimi innovativ xidmətlər təqdim edəcək.
Son 24 ay ərzində şirkət öz mobil rabitə şəbəkəsini müasirləşdirərək xüsusilə rayonlarda 3G baza stansiyalarının sayını 100% artırıb. Bu isə öz növbəsində şəbəkənin ötürücülük qabiliyyətini 72% gücləndirib, 3G şəbəkəsinin əhatə dairəsini əhali üzrə 14%, ərazi üzrə isə 27% genişləndirilib.
- Bu gün Azərbaycanda ən iri şəbəkəyə malik olan Bakcell şirkəti 5300-dən çox 2G, 3G və 4G baza stansiyaları sayəsində bütün ölkə ərazisində, o cümlədən ən ucqar ərazilərdə Bakcell abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin edir.
- Bakcell şirkəti üçün bölgələrdə əhatə dairəsinin genişləndirilməsi olduqca vacibdir, buna görə də şirkət tərəfindən xüsusi olaraq kənd yerlərində şəbəkənin əhatə dairəsini genişləndirmək, penetrasiya göstəricilərini və müvafiq müştəri təcrübəsini yüksəltmək üçün nəzərdə tutulmuş 275 3G baza stansiyası quraşdırılıb.
- Müasirləşdirmə layihəsi çərçivəsində Bakcell şirkəti 697 2G və 123 3G baza stansiyasının avadanlığını son texnologiyaları dəstəkləyən ən müasir avadanlıqla əvəz edib.
- Yüksək keyfiyyətli son nəsil data xidmətlərində istifadə olunan yüksək məlumatötürmə qabiliyyətini dəstəkləmək və abunəçilərə 3G DC-HSPA şəbəkəsində 42 Mbps qədər sürət, LTE-A şəbəkəsində isə 225 Mbps qədər sürət təmin etmək məqsədilə radiotezlik spektri ən optimal şəkildə yenidən təşkil və refarminq edilib.
“Heç bir şəbəkə abunəçilərini bu dərəcədə yüksək sürət və müfəssəl əhatə dairəsi ilə təmin edə bilmir. Biz xüsusilə 3G və 4G+ üzərindən yüksək sürətli mobil internet dünyası xidmətlərinin əlçatan olması üçün şəbəkəmizi yenilədik. Bakcell yüksək sürətli internet xidməti vasitəsilə bu xidmətlərin abunəçilərə təqdim olunması üçün daha geniş spektrə malikdir. Daha sadə şəkildə desək, bizim şəbəkəmiz daha sürətli və daha yaxşıdır”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
“Layihə telekommunikasiya sahəsində aparıcı xidmət təchizatçıları olan “Nokia Solutions and Networks” və “Huawei Technologies” şirkətlərinin texnologiya və qlobal təcrübəsindən istifadə etməklə həyata keçirilib. Biz inanırıq ki, şəbəkə resurslarının unifikasiyası layihəsinin təmin etdiyi daha yaxşı əhatə dairəsi, yüksək ötürmə qabiliyyəti, sabitlik və texnologiyalar Bakcell abunəçilərinə göstərilən xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltməklə bərabər, həm də Bakcell mobil rabitə şəbəkəsində təklif olunan yeni mütərəqqi xidmətlərin göstərilməsi üçün möhkəm və uyğunlaşa bilən bir baza yaradacaq”, deyə Bakcell şirkətinin baş texniki direktoru cənab Yiğit Berktaş bildirib.
XƏBƏR LENTİ
Onu bağışlamaq olarmı?!
Ağız qoxusunu necə aradan qaldırmalı?
Saxta və orijinal ətirləri necə fərqləndirməli?
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Feyzanın istədiyi məbləğ dodaq uçuqladır!
Günün ulduz falı
Sadə kök salatı (foto resept)
"Üç azdır, beş uşaq dünyaya gətirin" - Ərdoğan
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 175 yeni yoluxma
ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Pələngə qızıl diş qoydular-FOTO
Günün qoroskopu: Sevdiklərinizə zaman ayırın!
Zombiləşən uşaqlarımız
Bu cızma-qara 1 milyona satılır (FOTO).
Dərinizə parlaqlıq qazandıracaq maska
Necatinin xanımı AÇIQLAMA verdi-FOTO
Adamlardan akkumulyator kimi istifadə edəcəklər
Sürətli saç uzadan yağ
Bakının mərkəzində "ayı" peyda oldu
Twitter yeni şirkət alır
Gəlinciyi gəlinliyə dəyişdirilənlər
İstanbul su altında qaldı
Göbələk yeməyi (foto resept)
450 min avroluq Mercedes
Dırnaqlarınızı qoruyun
İkinci dalğa bu tarixdə başlayacaq
Hava haqqında
Whatsapp-ı internetsiz necə işlətmək olar?
Allahşükür Paşazadə Türkiyənin səfirini qəbul edib
Açıq beyin əməliyyatı zamanı Xəstə Skripka Çaldı - VİDEO
Zəlzələ anında nə etmək lazımdır?
Cəbrayıl uğrunda döyüşərkən şəhid olan baş leytenant - FOTO
Dənizin ortasında yaşayan qəbilə
Doğum gününə görə xarakter (iyul)
Zakir Həsənov Qırğızıstana getdi
Qızıl balıq piroqu (foto resept)
Trampın yeni koronavirus testinin nəticəsi açıqlandı
Prezident və xanımı ümumxalq Xocalı yürüşündə - FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Duzlu pomidor (foto resept)
Azərbaycanda yayın başlama vaxtı dəqiqləşdi
Övladlığa götürülən uşaqlar valideyn məhəbbətini görürlərmi?
Yeni doğulmuş əkiz körpələr bir yataqda yatmalıdır?
Sabah qar yağacaq
Koronanın yayılma səbəbi açıqlandı - ÜST rəsmisindən həyəcan təbili
Südlü sousda toyuq (foto resept)
Həftədə 2 dəfədən çox yemək sinə xərçəngi riskini artırır - FOTO
Hacılar vətənə qayıdır
Gündəlik normal qidalanma
Aclıq olsun, kef olsun?