Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Məhəmməd Canah Pəhləvan
(1175-1186)
Azərbaycan Atabəyləri dövləti (Eldənizlər dövləti) tariximizdə ən möhtəşəm dövlətlərdən biri olmuşdur. Görkəmli sərkərdə və uzaqgörən siyasi xadim olan Şəmsəddin Eldəniz çətin hərbi-siyasi vəziyyətdə nəinki öz dövlətinin müstəqilliyini təmin etmiş, hətta az vaxt ərzində bir çox iri feodalların özbaşınalığına son qoyaraq bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirmişdir. Naxçıvan şəhəri bu dövlətin paytaxtı olmuşdur. Naxçıvanın Şərqin ən gözəl şəhərlərindən birinə çevrilməsi məhz Şəmsəddin Eldənizin adı ilə bağlıdır. 1161-ci ildə İraq sultanlığının taxtında nümayəndəsini oturdan Şəmsəddin Eldəniz bu dövləti də idarə etmişdir. Onun böyük oğlu Məhəmməd Cahan Pəhləvan İraq sultanının xacibi təyin edilmişdi. O dövrdə xacib sultanın köməkçisi olmaqla dövlətin vəzirindən də yüksək vəzifə hesab edilirdi. Şəmsəddinin kiçik oğlu Qızıl Arslan İraq sultanlığı qoşunlarının baş komandanı olmuşdur. Belə ki, Azərbaycan Eldənizlər sülaləsinin hakimiyyəti altında olan İraq sultanlığı faktik olaraq Eldənizlər dövlətinin tərkib hissəsi hesab edilmişdir. Şirvanşahlar dövləti də Eldənizlərdən asılı vəziyyətdə olmuşdur. Beləliklə, Azərbaycanın vahidliyi təmin edilmişdir. Şəmsəddin Eldənizin hakimiyyətinin sonuna yaxın Eldənizlər dövləti Dərbənd şəhərindən İran körfəzinədək olan əraziləri əhatə etmişdir.
1175-ci ildə Şəmsəddin Eldənizin vəfatından sonra böyük oğlu Məhəmməd Cahan Pəhləvan hakimiyyət başına keçir. Atasının peşəkar sərkərdələrindən hərbi dərslər almış, dövlət xadimlərinin rəhbərliyi altında dövlətçiliyin sirlərini öyrənmiş, elm və mədəniyyətlə yaxından maraqlanan Cahan Pəhləvan hakimiyyətə gələndə artıq hansı tədbirləri həyata keçirəcəyini yaxşı bilirdi. Hələ İraq sultanının xacibi işlədiyi zaman o anlamışdı ki, iri feodallar dövlətin dayaqları olsalar da, onları nəzarətsiz qoyanda dövlət zəifləyir. İri feodalların arasında baş verən münaqişələr ucbatından son nəticədə dövlətin ordusu və iqtisadiyyatı tənəzzülə uğrayır. Məhz bu səbəbdən də o, əsas diqqətini mərkəzi hakimiyyətin gücləndirilməsinə verir, bir sıra düşündüyü tədbirlər kompleksini həyata keçirir. Bütün vacib vəzifələrə o öz şəxsi məmlüklərini təyin edir. Həmçinin iri şəhərlərə və vilayətlərə də məmlüklərini başçı qoyur. Qeyd etmək lazımdır ki, "məmlük" sözü şəxsi qul mənasını versə də, o məmlüklər bizim "qul" kimi qəbul etdiyimiz anlayışdan fərqlənirdi. Belə ki, məmlük kimi qeydə alınmış gənc mütləq 5 illik təlim-xidmət mərhələsi keçirdi. Yalnız bundan sonra o, tam hazırlıqlı döyüşçü hesab olunurdu. Belə məmlüklər hökmdarın şəxsi mühafizə dəstəsinə götürülür, onun və ailəsinin, həmçinin dövlətinin xəzinəsinin təhlükəsizliyini təmin edirdi.
Belə döyüşçülər arasından ən yaxşıları seçilir və onların təlimi davam etdirilirdi. Təlimin altıncı ilində məmlüklər xüsusi rəmz kimi badə alaraq hökmdar sarayına daxil olmaq və burada xidmət etmək səlahiyyəti qazanırdılar. Beləliklə, məmlük saray qayda-qanunları ilə qonaq qəbul etmə, şikayətçilərlə münasibət saxlama və s. proseslərlə yaxından tanış olurdu. Yeddinci xidmət ilində məmlük hökmdarı əhatə edən şəxslər sırasına daxil edilir, ona "hökmdarın silahdan", "hökmdarın mehtəri", "hökmdarın paltar qoruyanı" və s. vəzifələrindən biri verilsə də, əslində, bütün dövlət əhəmiyyətli işlərdə iştirak etməyə başlayırdı. Bu zaman dövləti idarə etmək qanunları ilə tanış olur, bəzi hallarda məsləhətlər vermək hüququna malik olurdu. Beləliklə, 35 yaşına çatmış və bütün göstərilən mərhələləri keçmiş məmlük sipəhsalar, yəni qoşun komandanı təyin edilə bilər, 37 yaşına çatdıqda isə əmir titulunu ala bilərdi. Əmir titulu almış məmlük iri inzibati vahidlərə başçı və vacib dövlət vəzifələrini icra edən şəxs təyin edilmək hüququ qazanırdı. Vilayət başçıları və vəzifəli şəxslər məmlüklərdən təyin edildikdə vəzifəni layiqincə icra edirdilər. Buna onların keçdiyi zəngin həyat dərsi imkan verirdi. Hərtərəfli hazırlıqdan başqa, məmlüklərin bir üstünlüyü də var idi. Onlar uşaq ikən kasıb ailələrdən seçilir və ya qul bazarlarından alınır, bu səbəbdən də onların qohum-əqrabası olmurdu. Bu, bir-birləri ilə qohum olan iri, güclü feodal nəsilləri ilə hökmdarın apardığı mübarizədə vacib məqam idi. Doğrudan da, Məhəmməd Cahan Pəhləvanın məmlükləri bütün hallarda ona sədaqətlə xidmət etmiş, onun vəfatından sonra isə onun qardaşı və oğullarına xidmət göstərmişdilər.
Yüksək peşəkarlığı və hərtərəfli hazırlığı ilə seçilən məmlüklər təbəqəsinin yaradılması mərkəzləşmiş dövlət quruculuğu yolunda feodalizm dövrü üçün vacib nailiyyət idi. Məmlüklərə arxalanan Cahan Pəhləvan itaət göstərməyən, daim müstəqilliyə can atan və bununla dövləti parçalamağa çalışan bəzi iri əmirlərin müqavimətini qətiyyətlə qırır.
Dövlətinin mərkəzi olan Azərbaycanı idarə etməyi Məhəmməd Cahan Pəhləvan qardaşı Qızıl Arslana tapşırır. Bununla Eldənizlər dövlətinin siyasi, iqtisadi, mədəni həyatında Azərbaycanın aparıcı rolu təmin edilir. Qızıl Arslan həm də Məhəmmədin oğulları Əbu Bəkr və Özbəyin tərbiyəçisi olmuşdur.
Məhəmməd Cahan Pəhləvan isə özünü İraq sultanı azyaşlı III Toğrulun atabəyi elan edərək onun adından sultanlığı idarə etməyə başlayır. Belə ki, III Toğrul Naxçıvanda yaşayır, Cahan Pəhləvanın məmlükləri isə onun adından sultanlığı idarə edirdi.
Silahlı qüvvələrin əsası 50 minlik daimi qoşundan ibarət idi. Feodallıq dövrünün ən zəif cəhətlərindən biri də daimi qoşun hissələrinin əvəzinə yerlərdən yığılan pərakəndə qoşunların mövcud olması idi. Belə qoşun qəfil düşmən hücumunun qarşısını ala bilmir, daxildə qiyamları yatırmaqda çətinlik çəkirdi. Daimi qoşun isə həm mərkəzi hakimiyyəti gücləndirməyə, həm də müstəqillik və ərazi bütövlüyünü təmin etməyə imkan verirdi.
Eldənizlər dövlətinin ərazisinə əl-Cibal, İraq, Gilan, Mazandaran, İsfahan, Rey, Həmədan daxil edilmişdi. Xilat, Diyarbəkir, Fars, Xuzistan, Mosul, Kirman və Təbəristan vilayətlərinin başçıları da bu dövlətdən asılı idilər. Dövlətin ərazisi böyüdüyündən paytaxt Naxçıvandan Həmədana köçürülür.
Dövlətdə sənətkarlıq və ticarətin tərəqqisinə, kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilirdi. Təsadüfi deyil ki, "Azərbaycan Renessansı" kimi tanınan mədəni oyanış məhz bu dövlətin mövcudluğu dövrdə baş vermişdir.
1186-cı ildə Məhəmməd Cahan Pəhləvanın vəfatından sonra hakimiyyətə gələn Qızıl Arslan atası Şəmsəddinin və qardaşı Məhəmmədin yolunu davam etdirir.
XƏBƏR LENTİ
Müvəffəqiyyətli olmaq üçün 15 həqiqət
Prezident İlham Əliyev: "Heç kim toxunulmaz ola bilməz"
Türkiyədə avtobuslarda internetə pulsuz çıxış olacaq
Saç hörməyi öyrənək
Azərbaycanda daşqınlar olacaq
9 yaşlı Fatimənin kitabı ABŞ-da nəşr olundu - FOTO
İŞİD Türkiyəyə yaxınlaşır
Nişanlısı yerinə atası ilə FOTOsessiya etdi
Kökəltməyən 7 qida
Azərbaycanda daha 23 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Ulduz futbolçunun yoldaşı çempion oldu
Günün qoroskopu: Büdcənizə nəzarət edin!
Tuba bu dəfə Kənanla tərəf müqabili olacaq
Möhtəşəm kainat...
Kürdə qorxulu vəziyyət
Şeron Stoun onu məşhurlaşdıran hərəkəti 25 il sonra TƏKRAR ETDİ
Koronavirusla bağlı bildiyimiz HƏR ŞEY YANLIŞ İMİŞ-16 fakt
10 halda heç zaman peşman olmayacaqsınız
Azərbaycanda körpələrə qoyulan Yeni Adların SİYAHISI
Kartof alarkən nəyi bilmək vacibdir?
Maska taxmayan qızı avtobusdan qovdular - VİDEO
Seda ana oldu-FOTO
Vladimir Putin Dağlıq Qarabağda baş verənlərə görə narahatlığını bildirib
İki rəngli peçenyeli tort (foto resept)
Zəif duman, mülayim külək - sabaha verilən vəd
Koronavirusa ikinci dəfə yoluxma daha təhlükəli ola bilər – VİDEO
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alındı, düşmən itki verərək geri çəkildi
Rusiya COVID-19 peyvəndini ilk dəfə BU ÖLKƏYƏ SATDI
Şam ağacı pirojnası (foto resept)
Azərbaycan peşə məktəblərində ilk dəfə
Dərdlərə dərman zeytun
Ata olan şəxslərə 14 günlük məzuniyyət veriləcək
Güclü külək əsəcək, temperatur enəcək
"X sinif dərsliklərində səhvlərə yol verilib" - DİM
İranın vitse-prezidenti istefa verdi
Yenə yağacaq
"Barselona"nın ulduzu karyerasına son qoyur
Vulkan püskürdü, sakinlər varlandı-FOTO
Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub ünvanladı
Uşaqlar üçün vanna otaqları
Bu gün nə bişirim?
Kələm haqqında bilmədiklərimiz
Prezident onu vəzifədən AZAD ETDİ
Körpəyə üzməyi bələkdən öyrədin
6 min illik Məzardan Çıxanlar hər kəsi Heyrətləndirdi- FOTO/VİDEO
Yol polisi sürücülərə müraciət etdi
Əti süni şəkildə bahalaşdırıblar - Nazirlikdən AÇIQLAMA
Qan azlığı üçün meyvə suyu
İlham Əliyev BMT TŞ-də Azərbaycanı dəstəkləyən ölkələrin dövlət başçılarına məktublar ünvanladı
47.3 milyon manatlıq nadir brilliant üzüyü kim alıb?
- ŞƏRHLƏR