Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər.
Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar, Prezident İlham Əliyev tərəfindən BMT TŞ-də Azərbaycan mövqeyini dəstəkləyən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.
Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.
Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.
Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.
Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
XƏBƏR LENTİ
28 həbs, 3 edam, 91 yaşda deputat
Azərbaycanın öz brendi olacaq
"Facebook"dan YENİLİK
Görmə qabiliyyətini bərpa etmək mümkündürmü?
Qeyri-ənənəvi oriyentasiyalı şagirdlər üçün məktəb
Kişilər üçün qol düymələri
Taun xəstəliyinin Azərbaycanda yayılma təhlükəsi varmı? - AÇIQLAMA
Qış aylarına rəng qatan çiçəklər
Disney şəhzadələrinin modern görünüşləri
Məşhur serialın çəkilişində qalmaqal
Bütün ölkələrə səyahət edən ən gənc qadın
Jessica Albanın gözəllik sirləri
Yeni avtobuslar gəlir
Əliyar Əliyevin qızı: “Bərxudarovun “Tikanlı zəmi”yə qələbə bayrağı sancmasını ondan çox gözləyirik” - VİDEO
Qadınların ehtiyacı olan vitaminlər
Toyuq içlikli bibər(foto resept)
Bu qeyri-adi məxluq hər kəsi heyrətləndirir!-VİDEO
Məşhurlardan qısa saç modelləri
Paytaxtda duman tıxac yaratdı
Saçlarınız heç vaxt AДћARMAYACAQ, ƏGƏR...
Dubaya getməyə hazırlaşanlara bəd xəbər
Koronavirusdan ölümcül ağırlaşmaların əsas səbəbi tapıldı
Bayramda həyat yoldaşınıza nə hədiyyə etmək istərsiniz?
Online alış-veriş asanlaşdı
Qeyri-adi uşaq saç düzümləri
İngilis dili-Vv
Səyahət haqqında qurulan xəyallar və həqiqət!
Ən ölümcül 10 xəstəlik
2019-un ən yaxşı netflix filmləri
Cansu Dere və Tuba Büyüküstün QALMQALI
269 kiloqram arıqladı, həyatı dəyişdi-FOTO
Serenay 6 minlik çəkməsi ilə diqqət çəkdi-FOTO
Türkiyə gözəli cazibədarlığı ilə yanaşı, dil bilikləri ilə də diqqət çəkdi - FOTO
Işın Karaca İrəm haqqında bunları dedi
Bu xəbər bakılı sürücüləri məyus edəcək
Yeni yol-nəqliyyat infrastrukturu yaradılır
Yalnız yaşayan fikirli İnsanlar haqqında 19 şey
Leyla Əliyeva rus telekanalında plov hazırladı - Video
Məşhur cütlük AYRILDI
Geyimlərinizi tamamlayacaq 4 bahar aksesuarı
Arzularınızın çin olmasını istəyirsiniz?-Açıqlama
Mumiyalarla bağlı yeni kəşf
Üzü tamamilə yanmış xanımın dəyişimi- VİDEO
Saçaqlı geyimlər
Şeyma Subaşı İbizada-FOTO
Bakıda böyük bədbəxtliyin qarşısı alındı
"Azərbaycanın yaraşıqlı kişi siması-necə olmalıdır?!"
Bir kişinin xasiyyətini öyrənmək üçün...
Kiyevdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır
"İƏT Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyib"