Dekabrın 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.
Temperaturun gecə 5-7°, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, dağlıq ərazilərdə 9°-dək şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5°, gündüz 11-16° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5°, gündüz 11-16° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 1-6°, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gündüz havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Dağlarda duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 5-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Evinə dönən əsgərin övladı ilə qarşılaşması hər kəsi duyğulandırdı - VİDEO
2 dəqiqəyə qarın nahiyəsindəki yağları necə əritməli?
Kökəlməyin yolları
Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi başlayıb
Facebook-un yararlı 5 funksiyası
Soyuq şorba ( foto resept)
"Gozinak" (foto resept)
Cəfəri ilə xəstəlikləri sağalt - Xanımlar üçün.
Kaliforniyalı qadın 10 dəqiqəyə 32 burger yedi
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Əl işlərim
Abituriyentlərin diqqətinə: qaydalar açıqlandı
Aleyna 1 milyon qazandı
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Ən yaxşı kosmetik vasitə - yuxu
"Çukur"un aktyoru evlənir?-FOTO
Bütöv Azərbaycanın dialektoloji atlası hazırlanır
Şəhzadə kababı (foto-resept)
Noyabr üçün dəbli kombinlər
Dünyanı telefonla ölçmək olacaq
Hərbi qulluqçular ehtiyata buraxıldılar
Tökülən saçlara qulluq
Türkiyə günə terrorla başladı
Sevgilisinin boğazına xalta keçirib gəzdirdi - FOTO
Dünyanın ən eybəcər kişisi
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır
Cehizlik qablar
Ananas maskası
Əncirli truffel (foto resept)
Sümük və oynaq ağrılarını aradan qaldıran üsullar
10 min hektar ərazi quraqlıqdan qurtulacaq
Milyarderlərin küçəsini satın aldılar: "Bu, inanılmaz məsələdir, əsl şokdur!" - FOTO
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Azərbaycanda üçəm qız dünyaya gəldi - Zeynəb, Zəhra, Rüqəyyə
Şuşa 2014-cü ildə
Dövlət Sərhəd Xidmətinin rəisi vətəndaşları qəbul edib
Ermənistanda güclü zəlzələ oldu
Müdafiə Nazirliyindən düşmənin yaydığı növbəti yalana SƏRT REAKSİYA
Çinin hüdudlarından kənarda koronavirusdan ilk insan ölüb
Qadınlar və kişilər haqqında maraqlı məlumatlar
Azərbaycanda benzin və dizel yanacağının qiyməti bahalaşdı
Bu şagirdlər buraxılış imtahanlarından azad edilib - SİYAHI
Qısqanclığın səbəbləri
Sürücülərin işi asanlaşdı
Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı - RƏSMİ
Ölkələrə görə gəlin və bəy
Qəbul imtahanları ilə bağlı YENİLİK: abituriyentlər...
Niyə xosbəxt ola bilmirik?
Səudiyyə Ərəbistanı qadınlarla bağlı daha bir QƏRAR verdi
Heyvanlar aləmində - FOTOSESSİYA
- ŞƏRHLƏR