Giriş
Bağla

"Ağıllı" saatlar Berlində nümayiş olunacaq

Günün əsas xəbərləri

“Samsung” şirkəti “Galaxy Gear” adlı “ağıllı” saatını sentyabrın 4-də Berlində keçiriləcək tədbirdə nümayiş etdirəcək
Bu barədə “The Korea Times” nəşrinə verdiyi müsahibədə “Samsung”un mobil bölməsinin icraçı vitse-prezidenti Li Yen Xi deyib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Li Yen Xinin sözlərinə görə, “ağıllı” saatlar “Android” əməliyyat sistemi ilə işləyəcək və onlar elastik ekranla təchiz edilməyəcək. Lakin top-menecer deyib ki, qurğunun növbəti modelləri elastik ekranla təchiz edilə bilər.
“Samsung”un sentyabrda nümayiş etdirəcəyi saat dəblə ayaqlaşan gənclər üçün nəzərdə tutulacaq” - Li Yen Xi deyib. Ehtimal ki, qurğu smartfon və ya planşet üçün əlavə olacaq.
Təxminlərə əsasən, aparat 5,68 düymlük ekran, dördnüvəli prosessor və 13 meqapiksellik kamera ilə təchiz ediləcək.
Mənbə: Milli.Az



Şərhlər (3)

Sadəcə Azər Sadəcə Azər 8 May 2015 08:19 Cavab yaz

Men gormusm bu saatlardan.Maraqli geldi mene
Sadəcə Azər Sadəcə Azər 19 April 2015 13:14 Cavab yaz

Aparat 5,68 düymlük ekran, dördnüvəli prosessor və 13 meqapiksellik kamera ilə təchiz ediləcək.
Pervane01 Pervane01 9 April 2015 00:37 Cavab yaz

Samsung” şirkəti “Galaxy Gear” adlı “ağıllı” saatını sentyabrın 4-də Berlində keçiriləcək tədbirdə nümayiş etdirəcək

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика