- Ağrı inkişafın bir hissəsidir. Bəzən həyat üzümüzə qapıları ona görə bağlayır ki, hərəkət etmək vaxtıdır. Bu da yaxşı əlamətdir. Çünki biz, adətən şərait bizi məcbur etdikdə hərəkət edirik. Ağır zamanlar baş verdikdə bunu xatırlayın ki, heç bir ağrı hədəfsiz gəlmir. Sizə nə ağrı verirsə, ondan uzaqlaşın. Ancaq onun sizə verdiyi dərsi heç vaxt unutmayın. Sizin mübarizə aparmağınız o demək deyil ki, siz uğursuzluğa mübtəla olmusunuz. Hər bir böyük uğur ləyaqətli mübarizənin aparılmasını tələb edir. Yaxşı bir şey zaman tələb edir. Səbirli olun, özünüzə inanın. Hər şey öz yerini tutacaqdır. Onun dərhal baş verməməsi mümkündür. Yadda saxlayın ki, iki cür ağrı vardır: biri sizi yaralayır, digəri isə sizi dəyişir. Həyat boyu irəlilədikcə onunla əlləşib-vuruşmaqdansa, ona sizi daha da dəyişməsi üçün imkan yaradın.
- Həyatda baş verən hər şey müvəqqətidir. Yağış yağarkən bilirsən ki, o, gec-tez qurtatarcaqdır. Hər dəfə sizi yaralayanda yara sağalır. Qaranlıqdan sonra həmişə aydınlıq gəlir. Bunu sizə hər gün səhərin açılması xəbər verir. O sizə bildirir ki, gecə həmişəlik deyildir. Əgər siz özünüzü yaxşı hiss edirsinizsə, bunun kefini çıxarın. Bu, həmişə belə keçməyəcəkdir. Əgər özünüzü pis hiss edirsinizsə, narahat olmayın, nigaran qalmayın, çünki bu da həmişəlik deyil. Həyatın yüngül və rahat olmaması o demək deyil ki, siz gülə bilməzsiniz. Sizi bir şey narahat edirsə, bu o demək deyil ki, siz təbəssüm edə bilməzsiniz. Hər bir an sizə – ya yeni başlanğıc, ya da yeni sonluq verir. Hər saniyə siz ikinci şans əldə edirsiniz. Sadəcə bundan istifadə edin.
- Narahtçılıq və şikayət heç nəyi dəyişmir. Kim ki hamıdan daha çox şikayət edir hamıdan daha az nəaliyyət əldə edir. Daha böyük bir şey edib uğursuzluğa düçar olmaq heç nə etmədən hər şeyə çatmağa çalışmaqdan yaxşıdır. Əgər siz uduzmusunuzsa, heç nə sona çatmayıbdır. Şikayət etdiyiniz zaman hər şey bitmiş olur. Əgər siz nəyəsə inanırsınızsa, cəhd etməyə davam edin. Nəticədə nə baş verəcəyindən asılı olmayaraq, anlayın ki, həqiqi xoşbəxtlik yalnız o vaxt gəlir ki, siz şikayətlənməyi kənara qoyur və malik olmadığınız problemlərə görə təşəkkür edirsiniz. Malik olduğunuz çapıqlar sizin qüvvənizi tərənnüm edir. Həyatın üzərinizdə buraxdığı çapıqlardan xəcalət çəkməyin. Çapıqlar onu göstərir ki, ağrılar daha yoxdur, yara dartılmışdır. Bu onu göstərir ki, siz ağrıya qalib gəlmisiniz, dərs çıxarmısınız, daha güclü olmusunuz, irəli getmisiniz. Çapıq zəfərin əlamətidir. Çapıqların sizi əsir saxlamasına imkan verməyin. Onlara sizi qorxu içərisində saxlamasına şərait yaratmayın. Onlara güc nişanəsini kimi baxmağa başlayın. Cəlaləddin Rumi demişdir ki, yaralardan daxilinizə nur sirayət edir. İztirablardan ən güclü qəlblər ortaya çıxmışdır. Bu dünyada ən öndə gedən insanların üzəri çapıqlarla doludur. Öz çapıqlarına bir şüar kimi bax: “Bəli, Mən bunu etdim! Mən bunu adlaya bildim. Bunu sübut etmək üçün mənim çapıqlarım vardır. İndi mənim daha güclü olmaq şansım vardır.
- Hər bir kiçik döyüş irəliyə atılan bir addımdır. Əgər bir şeyi dadmaq istəyirsinizsə, sona qədər gedin. Yoxsa ki başlanğıcda heç bir anlam yoxdur. Bu elə görsənə bilər ki, stabilliyinizi itirmisiniz, müəyyən vaxtda dincliyinizi itirmisiniz, hətta ağlınızı da itirdiyiniz kimi görsənə bilər. Ola bilər ki, siz yeməyi azaltmalı olacaqsınız, az yatacaqsınız, dinclik əhatənizini dəyişməli olacaqsınız. Sizə tanış olan şeyləri qurban verməli olacaqsınız. Sizə güləcəklər. Tənhalıq kimi də görünə bilər. Tənhalıq, əslində bir çox şeyləri mümkün edə bilmək üçün sizə hədiyyə edilən bir bəxşişdir. Siz ehtiyaclı olduğunuz bir auranı əldə etmiş olacaqsınız. Yerdə qalan şeylər isə sizin dözümlüyünüz üçün bir testdir. Bu da sizin hədəfə çatmağınız üçün nə qədər istəyə malik olduğunuzu aşkar etmək üçündür. Əgər siz bunu istəyirsinizsə, fikir ayrılıqlarına, uğursuzluqlara baxmayaraq reallaşdıracaqsınız. Hər addım özünüzü daha da yaxşı hiss edəcəksiniz. Belə ki, bu heç sizin ağlınıza da gələ bilməz. Anlayacaqsınız ki, mübarizə aparmaq qarşınızda bir sədd deyil, sadəcə bir yoldur.
- Başqa insanların neqativ davranışları sizin probleminiz deyil. Pis insanlar sizi əhatə etdikdə özünüzə inamı əldən verməyin. Başqaları sizi məğlub etmək istədikdə gülümsünün. Bu, fərdi ruh yüksəkliyinizi saxlamağınız üçün ən yüngül üsuldur. Başqaları haqqınızda xoşagəlməz şeylər danışdıqda özünüz olmağa davam edin. Heç vaxt başqalarının danışıqlarına sizi dəyişmək imkanı verməyin. Siz hər şeyi ürəyinizə sala bilməzsiniz. Hətta bu sizə şəxsi gəlsə belə. Belə düşünməyin ki, insanlar nəyisə sizə görə edirlər. Onların etdikləri yalnız özlərinə görədir. Ən əsası, heç vaxt sizin kifayət qədər yaxşı olmadığınızı deyərək sizdə təəssürat yaratmaq istəyən adama görə dəyişməyə çalışmayın. O vaxt dəyişin ki, bu sizi daha yaxşı edəcəkdir, sizi daha parlaq gələcəyə çatdıracaqdır. İnsanlar sizin etdiklərinizdən və ya işi nə qədər yaxşı etmənizdən asılı olmayaraq, onsuz da danışacaqlar. Özünüzə görə nigaran olun. Başqalarına görə narahat olmağa dəyməz. Əgər siz nəyəsə inanırsınızsa, onun uğrunda mübarizə aparmaqdan qorxmayın. Mümkünsüz bir şeyin öhdəsindən gəlməklə böyük qüvvəyə sahib olmaq mümkündür.
- Əgər bir şey baş verməlidirsə, baş verəcəkdir. Siz qışqır-bağırdan, şikayətdən imtina etdikdə və gülümsəyib, həyatınızı dəyərləndirdikdə güc qazanırsınız. Hər bir mübarizədə bir xoşbəxtlik gizlənmişdir. Ancaq siz onları görmək üçün qəlb və ağılınızı açmağı bacarmalı, buna hazır olmalısınız. Siz hər şeyi baş verməyə məcbur edə bilməzsiniz. Siz yalnız çalışa bilərsiniz. Müəyyən vaxtda siz durumu boşlamalı və sizin üçün müqəddər olan şeyin baş verməsinə icazə verməlisiniz. Həyatınızı sevin, intuisiyalara güvənin, risk edin, nələrisə itirərək xoşbəxtlik tapın, təcrübələrdən yararlanın. Bu, uzun bir səyahətdir. Siz nigarançılığı kənara qoymalısınız. Nəticədə siz hara çatmalısınızsa, ora da yetişəcəksiniz.
- Hərəkət etməyə davam edin. Məyus olacağınızdan qorxmayın. Yenidən sevməkdən çəkinməyin. Qəlbinizdəki cızıqların qabara çevrilməsinə imkan verməyin. Anlayın ki, güc hər gün artmaqdadır. Anlayın ki, cəsarət mədh ediləndir. Qəlbinizdə başqalarının təbəssümünə səbəb olacaq şeyləri tapın. Başa düşün ki, siz öz həyatınızda çoxlu insanların olmasına ehtiyaclı deyilsiniz. Buna görə də daha çox insanla dostluq etməyə can atmayın. Ağır günlər üçün özünüzü güclü edin. Yadda saxlayın ki, həyatda baş verənlər nizam əsasında baş verir. Səhv olduğunuzda boynunuza alın, bundan dərs çıxarın. Hərdən arxaya çevrilib nələr qazandığınıza diqqət yetirin.
Fərid Abdullah
XƏBƏR LENTİ
Qadınlar nə istəyər, kişilər nə anlayar?
Keçədən kuklalar (özün düzəlt)
Hamiləliyin əvvəlində yorğunluq hissi
Səmadan şokolad yağdı
Soğan qabığının inanılmaz faydaları
Koronavirusun ağrıkəsicilik xüsusiyyəti aşkarlanıb
Asan qəlyanaltı (foto resept)
Qısa saçlar üçün hörük modelləri
Çağatay Ulusoy reklam təklifini rədd etdi-SƏBƏB
Azərbaycan Müdafiə Nazirliyi: “Motoatıcı alayın komandiri məhv edilib”
“Qanlı Yanvar” Şəhidlər Xiyabanında
DƏHŞƏTLİ İSTİLƏR gəlir: temperatur rekord həddə yüksələcək
Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi
Leyla Əliyeva sahibsiz itlər haqqında...
Dırnaqlara qulluq
Bu günün hava proqnozu-01.11.2013
Bu geyimlər qarderobunuzda mütləq olmalıdır
Məzuniyyəti harada keçirməli?
Lampalarda yeni il simvolları
Ayaqlarına görə internet fenomeni oldu - FOTO
İsraildə Azərbaycandakı tolerantlığı əks etdirən fotosərgi keçirilir
Sem Hyuqen ilin ən cəlbedici kişisi oldu
Süfrə nizamı necə olmalıdır?
Adamlardan akkumulyator kimi istifadə edəcəklər
Noxudlu bisküvit (foto resept)
Körpənin duyğuları nə vaxt inkişaf edər
Acun Ilıcalı Şeyma Subaşı ilə barışdı?-FOTO
Hədiyyə qablarından özünə don tikdi
Unitazda çox oturmağın ziyanı - proktoloqlar xəbərdarlıq edir!
İnsan ölüm yatağında bunlara peşman olur
TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin
Öd kisəsindəki daşdan xilas olmaq üçün...
Ayda yadplanetli gəmisi tapıldı-FOTO
Noutbuk satışları artacaq
“Qarabağ”ın baş məşqçisi: “Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik”
Moskvada koronavirusa qarşı peyvəndin kliniki sınaqları başa çatıb
Başlayan doğuşun əlamətləri
Hande Ataizi ərə gedir-FOTO
Neft ucuzlaşdı
Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular
Dalğıc akulanı ölümdən xilas etdi-VİDEO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Diqqət! Təhlükə var
Demi Murun narkotik asılılığı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Bu da 10 milyonuncu uşağın FOTOSU
Demi Rouz bu dəfə də sevənlərini təəccübləndirdi-FOTO
Müəllimin verdiyi cəza şagirdi öldürdü
Akademik Zərifə Əliyevaya həsr edilən kitabın Stokholmda təqdimatı olub
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Məşhur reperin milyonluq aksesuarları diqqət çəkdi-FOTO