Bakıda hava
USD AZN
EUR AZN
09:20Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41594

Azərbaycanın rəy və təklifləri BMT baş katibinin hesabatına daxil edildi

 

Azərbaycan BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində təqdim olunan BMT baş katibinin "Regional və sub-regional səviyyədə etimad quruculuğu tədbirləri" adlı hesabatına öz rəy və təkliflərini bildirib və bu təkliflər hesabata daxil edilib. Trend-in Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan tərəfindən təqdim olunan rəy və təkliflərdə Cənubi Qafqaz regionunda etimad quruculuğuna mane olan əsas problemlər və bu xüsusda Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması, Azərbaycan torpaqlarının işğalını davam etdirməsi, etnik təmizləmə siyasəti yürütməsi, silahlara nəzarət rejiminə riayət etməməsi və adambaşına düşən ümumi daxili məhsulun nisbətində hərbi sahəyə ayrılmış dövlət vəsaitinə görə Ermənistanın regionun ən militarist ölkəsi olması və beynəlxalq ictimaiyyəti aldatmaq naminə Ermənistanın əsl mahiyyətdən yayınaraq, regionda "etimad və təhlükəsizlik quruculuğu tədbirləri"nin həyata keçirilməsinə çağırdığı kimi məqamlar qeyd olunub. Azərbaycan tərəfindən regionda hərtərəfli və məzmunlu etimad və təhlükəsizliyin quruculuğu tədbirlərinin həyata keçirilməsində məqsədin işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması olduğu vurğulanıb.
Mənbə: Milli.Az

 

Səslərin sayı: 0
1
828
Şərhlər
Offline
Pərvanə
Azərbaycan tərəfindən regionda hərtərəfli və məzmunlu etimad və təhlükəsizliyin quruculuğu tədbirlərinin həyata keçirilməsində məqsədin işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması olduğu vurğulanıb.
23 iyun 2015 00:50
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış