Bakıda hava
USD AZN
EUR AZN
09:20Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41594

Amerika Yəhudi Komitəsinin gənc qanadı ACCESS Qrupu Azərbaycanın ABŞ-dakı səfirliyində olub

 

Amerika Yəhudi Komitəsinin gənc qanadı olan ACCESS Qrupu ilə Azərbaycanın ABŞ-dakı səfirliyində görüş keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə çıxış edən səfir Elin Süleymanov Azərbaycan və İsrail arasında mövcud müsbət əlaqələrin tarixən Azərbaycan və yəhudi xalqları arasında formalaşmış dost münasibətlərindən qaynaqlandığını bildirərək, dövlətimizin beynəlxalq arenada tolerantlıq nümunəsi göstərilməsinin fəxredici faktor olduğunu deyib.E.Süleymanov, həmçinin tarixən ölkəmizdə məskunlaşmış yəhudi icmasının cəmiyyətin bütün istiqamətlərində fəal iştirakını xüsusi vurğulayaraq, müsəlman və yəhudilərin müqəddəs dini kitablarına əsasən, daha yaxın və ortaq dəyərləri bölüşdüyünü qeyd edib.Azərbaycanın "tolerantlıq nümunəsi" adlandırıldığını bildirən səfir ölkə rəhbərliyi tərəfindən etnik və dini müxtəlifliyin təşviqinə xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.Azərbaycanla Amerika Yəhudi Komitəsi arasında dost münasibətlərdən danışan diplomat Komitənin icraçı direktoru Deyvid Harrisin Azərbaycan Prezidentinin fərmanına əsasən "Dostluq ordeni" ilə təltif edildiyini diqqətə çatdırıb.ACCESS Qrupunun üzvləri terrorçuluq və radikalizmin bütün formalarına qarşı davamlı mübarizədə göstərdiyi qətiyyətli mövqeyinə görə Azərbaycan dövlətinə öz təşəkkürünü bildiriblər və Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun nümunəvi məkanı kimi formalaşmış imici haqqında geniş Amerika ictimaiyyətinin məlumatlandırılmasının vacibliyini vurğulayıblar.
Mənbə: Milli.Az
Səslərin sayı: 0
3
875
Şərhlər
Offline
Qəribə
Amerika Yəhudi Komitəsinin gənc qanadı olan ACCESS Qrupu ilə Azərbaycanın ABŞ-dakı səfirliyində görüş keçirilib.
27 iyun 2015 13:32
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Mələksima
Amerika Yəhudi Komitəsinin gənc qanadı olan ACCESS Qrupu ilə Azərbaycanın ABŞ-dakı səfirliyində görüş keçirilib
25 iyun 2015 13:39
Offline
Pərvanə
Təşəkkürlər xəbər üçün.
23 iyun 2015 01:02
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış