Qadin.NET / Amerika Yəhudi Komitəsinin gənc qanadı ACCESS Qrupu Azərbaycanın ABŞ-dakı səfirliyində olub

Amerika Yəhudi Komitəsinin gənc qanadı ACCESS Qrupu Azərbaycanın ABŞ-dakı səfirliyində olub

 

Amerika Yəhudi Komitəsinin gənc qanadı olan ACCESS Qrupu ilə Azərbaycanın ABŞ-dakı səfirliyində görüş keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə çıxış edən səfir Elin Süleymanov Azərbaycan və İsrail arasında mövcud müsbət əlaqələrin tarixən Azərbaycan və yəhudi xalqları arasında formalaşmış dost münasibətlərindən qaynaqlandığını bildirərək, dövlətimizin beynəlxalq arenada tolerantlıq nümunəsi göstərilməsinin fəxredici faktor olduğunu deyib.E.Süleymanov, həmçinin tarixən ölkəmizdə məskunlaşmış yəhudi icmasının cəmiyyətin bütün istiqamətlərində fəal iştirakını xüsusi vurğulayaraq, müsəlman və yəhudilərin müqəddəs dini kitablarına əsasən, daha yaxın və ortaq dəyərləri bölüşdüyünü qeyd edib.Azərbaycanın "tolerantlıq nümunəsi" adlandırıldığını bildirən səfir ölkə rəhbərliyi tərəfindən etnik və dini müxtəlifliyin təşviqinə xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.Azərbaycanla Amerika Yəhudi Komitəsi arasında dost münasibətlərdən danışan diplomat Komitənin icraçı direktoru Deyvid Harrisin Azərbaycan Prezidentinin fərmanına əsasən "Dostluq ordeni" ilə təltif edildiyini diqqətə çatdırıb.ACCESS Qrupunun üzvləri terrorçuluq və radikalizmin bütün formalarına qarşı davamlı mübarizədə göstərdiyi qətiyyətli mövqeyinə görə Azərbaycan dövlətinə öz təşəkkürünü bildiriblər və Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun nümunəvi məkanı kimi formalaşmış imici haqqında geniş Amerika ictimaiyyətinin məlumatlandırılmasının vacibliyini vurğulayıblar.
Mənbə: Milli.Az
11 dekabr 2013
GO BACK