Bu gün də sizə Azərbaycan yazıçı-publisisti, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən Zoğal bitkisinin çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.
Zoğal bitkisindən (meyvəsindən) insanların qida kimi istifadə etməsinin başlanğıcı bilinməyən qədim tarixi vardır. Lakin yazılı mənbələrdə zoğal meyvəsindən istifadə olunmasının 5 min illik tarixi olduğu göstərilir. Ona Avropada (Fransa, İtaliya, Şərqi Avropa, Ukrayna, Moldova, Rusiya), Qafqaz, Mərkəzi Asiya, Çin, Yaponiya və Şimali Amerikada rast gəlmək mümkündür. Çox qəribədir ki, zoğal bitkisi mart ayının ortasında çiçək açmağa başlayır və tam meyvənin yetişməsinə kimi azı 5-6 ay keçir. Hələ bu qədər uzun müddətə yetişən və formalaşan ikinci meyvə ağacı tanımadığımı da qeyd etməliyəm. Bir çox hallarda kol, təsadüfü hallarda isə 5-7 metr hündürlüyündə olan ağacda yetişir. Tarixçilərin bildirdiyinə görə İsveçrədəki arxeoloji qazıntılar zamanı ilk zoğal sümüklərinə rast gəlinib. Lakin mən sizə bu xəbərimdə zoğalın tarix boyu hansı mərhələləri keçdiyindən bəhs etməyəcəm. Bu xəbərimdə sizə zoğalın kimyəvi və müalicəvi əhəmiyyətindən bəhs edəcəyəm.
Zoğalın kimyəvi tərkibi
Zoğalın qabıq hissəsindən 6,25-8,1% aşı maddəsi, üzvi turşular, budaqlarından 5,84% aşı triterpenoidlərdən ursol turşusu, yarpaqlarından sulu karbohidratlar, C vitamini, fenolkarbon turşularından qal, ellaq turşuları, 7-17,6% aşı maddəsi, kversetin, kempferol flavonoidləri, çiçəyinin tərkibindən fenolkar-bon turşuları və onların törəmələrindən qall və ellaq turşuları, rutin, izokversetin, kversitin (3- β karotin, α -karotin), kversetin, meyvəsindən sulu karbohidratlar, saxaroza, 0,63-1,44 pektin, alma, çaxır, qlioksal üzvü turşuları, karotinoid maddələri, C vitamini, 0,13-0,89% aşı maddələri, leykoanosianlar, delfinidin, sianidin, peonidin, malvidin, 3-ramunorilqallaktozid, 3-qalaktozid sianidin, 3-qalaktozid delfi-nidin, 3-qalaktozid və 3-robinobiozid pelazqonidin (3-raninorilqalak-tozid pelazqonidin), şirəsindən alma turşusu, C vitamini, aşı maddələrindən – katexin, epiqallokatexin, epikatexin, sianidin, plazqonidin, toxumlarından 8,9% aşı maddəsi, 5,6% piyli yağ və s. maddələr aşkar edilmişdir.
Tibbi əhəmiyyəti
Qabıqlarından hazırlanan ekstraktın arpa unu ilə qarışdırıb pasterizəyə bənzər maddə hazırlayıb səpki və çibanların üzərinə yaxıb müalicə edirlər. Qabıq və yarpağından hazırlanan dəmləmə və cövhərlərdən böyrək, qaraciyər və diabetdə istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə edilir. Yarpaqlarından surrokat çayı hazırlanır. Meyvəsindən sinka, qan azlığında, soyuqdəymələrdə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, şirəsindən, lavaşanasından hazırlanan spirtsiz içkilərdən malyariyada, iştahın artırılmasında, şirəsini nişasta ilə qarışdırılıb şəkərli diabetdə, eləcə də iştahartırıcı vasitə kimi istifadə edilir. Meyvəsinin ət hissəsindən hazırlanan preparatlarından zülalın asan həzm olunmasında, ishalın qarşısının alınmasında və s. xəstəliklərin müalicəsində geniş istifadə olunur.
Zoğal meyvəsindən insanlar qida kimi təzə, qurudulmuş və bişirilmiş halda istifadə edir. Bundan başqa zoğaldan hazırlanan şirə mədə-bağırsaq pozğunluqlarının aradan qaldırılmasında da istifadə olunur. Meyvəsindən hazırlanan şirəyə bal və yumurta sarısı qataraq qarın yatalağının müalicəsində istifadə edirlər. Zoğalın meyvəsindən maddələr mübadiləsinin nizama salınmasında, qan azlığında və mədə xəstəliyində də istifadə olunur. Zoğalın yarpaq və cavan budaqlarından spirtli cövhər - ödqovucu və sidikqovucu kimi istifadə edilir. Onun cəyirdəyindən, şirəsindən və meyvəsindən hazırlanan spirtli tinktura qızdırma xəstəliyini sağaldır, qabığından hazırlanan spirtli məhlul isə orqanizmin fəaliyyətini gücləndirir. Zoğalın çəyirdəyini qurudub üyüdəndən sonra yaranın üstünə səpdikdə yara tezliklə sağalır. Zoğalın meyvəsinin çəyirdəyindən qəhvə hazırlamaq da mümkündür.
XƏBƏR LENTİ
Taylandın ağ məbədi
Məşhur aktyorun ayağı zədələndi
HAVA necə olacaq?
Qaxda yeni körpü salınır
2012-nin köynək modelləri
Akademikdən ölkənin ekoloji durumu ilə bağlı qorxunc xəbərdarlıq
Azərbaycanda abortların sayı artıb
"Safeguard" öz antibakterial gücünü "Ən uzun təmiz əllər zənciri" ilə nümayiş etdirdi...
Şirvanşah Şahənşah
Hörüklü-muncuqlu qolbağı
Bütün Dünya bu qızdan danışır-FOTO
Eşq beyinlə başlayır, ürəklə bir əlaqəsi yoxdur!
HAVA necə olacaq?-19 Sentyabr
Ermənilərə tutarlı cavab
Ramazanda ürəyin yorulmasına səbəb olan 8 vərdiş
Hava haqqında - 07.10.2013
Birinci sinfə qəbulda yenilik
Unutqanlıq xəstəliyi - Amneziya
Ya həmişə, ya heç vaxt psixologiyası
Mövlana sözləri-3
Balın dəriyə təsiri
Koronavirusla bağlı son STATİSTİKA
Yumurtanın içindən çıxan hamını heyrətləndirdi - FOTO
Mehmet Ali Erbildən xəbər var-FOTO
Qabarıq ətək modelləri
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri - SİYAHI
Ancaq qadınların bildiyi hallar
Türkiyə və Azərbaycan birlikdə istənilən problemi həll etməyə qadirdir
İggi ilk dəfə ana olduğunu etiraf etdi
Məşhur aktyorun həbs əmri çıxdı-SƏBƏB
Türkiyəli aktyor ata olacaq
Serenay Sarıkaya "Alisa" olacaq!-FOTO
Fantastik gözəlliyə sahib yerlər
71 yaşlı məşqçi koronavirusa qalib gəldi
Gülüş...
Əncirli keks (foto-resept)
Hər bürcün öz gizli silahı olduğundan xəbəriniz var?
Azərbaycan qış vaxtına keçdi
Ali məktəblərdə illik təhsil haqları niyə artıb?
6 gün qaranlıq olacaq
Amerika alimlərindən qəribə açıqlama-"Tez evlənənlər..."
Səbzi qovurma (foto resept)
Ramazanı sağlam keçirmək istəyənlər üçün məsləhətlər
Daima gənc qalmağın 3 yolu
Arıqladan mixək suyu
Sabahın HAVAsı
Kafedə müştərilərə robotlar xidmət edəcək
“WhatsApp” rekord qırır
Qıvırcıq saçları düzləşdirmək üçün maska
İşdə sizə kömək olacaq oyuncaqlar
- ŞƏRHLƏR