Bu gün sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən soğanın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.
Dünya florasında soğanın 500-ə qədər kökumsov və soğanaqlı növlərinə rast gəlmək olar. Yabanı soğan növlərinin icərisində qida əhəmiyyətli, ədviyyat xüsusiyyətli, müalicə və bəzək üçün yararlı numayəndələrinə tez-tez rast gəlmək olar. Soğanın tərkibində insan orqanizmi üçün faydalı olan qiymətli maddələrdən, 13-20% quru maddə, 3-4% zülal, 18%-dən çox amin turşusu, 2-14% şəkər, 12-16 mq% efir yağı, inulin, fıtin, saponin, 2-13,9% C vitamini, 1,3-5,9 mq% provitamin A, B, B2, PP, E, H, D, D2, B6 vitaminləri, foli və
pantanen turşuları və s. aşkar edilmişdir. Soğanda həmçinin az miqdarda raffinoza, ksiloza, arabinoza, riboza və bəzi polifruktozanlar aşkar edilmişdir ki, bunlar da hidroliz olunduqda fruktoza və qlükozaya çevrilir. Daxili qatlarda şəkərin miqdarı xarici qatlara nisbətən 2-3% çoxdur. Acı soğanda orta hesabla 10%, şirin soğanda isə 5% şəkər vardır.
Soğanın tərkibində olan 0,3-0,15% uzvi turşuların əsasını limon, alma və kəhraba turşuları təşkil edir. Quru qabıqlarda antiseptik xassəli protokatexin turşusu vardır.
Soğanın tərkibində 1,20 mq maqnezium, 0,4 mq dəmir, 0,02 mq manqan, 0,35 mq mis, 0,24 mq sink, 0,01 mq xrom, 0,02 mq alüminium, 5 mq selen, 0,06 mq nikel, 0,01 mq qurğuşun, 0,40 mq bor və selen elementi də tapılmışdır. Acı soğan növlərinə «Arzmas», «Bessonov», «Miterski», «Rostov», «Striqunov», «Poqar», «Ufa», yarımacı soğan növlərinə «Danilov», «Qızıl şar», «Maykov», «Qribov», «Sitaus», «Belozer», şirin soğan növlərinə «Barleta», «Krasnodar-35», «Marcelan», «Yalta», «Conson», «Sarı
ispan» və s. daxildir. Soğan təzə halda kulinariyada, sirkəyə qoymada və tərəvəz konservlərinin hazırlanmasında istifadə olunur. Ət
xörəklərinin hazırlanmasında işlədilir. Soğan iştahanı artırır və başqa qidaların həzminə müsbət təsir göstərir. Bakterisid xassəyə malik olduğundan bir çox mikroorqanizmləri məhv edir. Soğan ən kutləvi tərəvəz bitkisi olmaqla yanaşı, şəfa verici keyfiyyətə malikdir. Dioskorad özünün «Dərman vasitələri» əsərində soğanı iştahaacan və təmizləyici bir vasitə kimi göstərmişdir. Qədim Romada hesab edirdilər ki, xörəyə çoxlu soğan qatdıqda adam qorxmaz və güclü olur. Soğanın tərkibində olan efir yağı ona kəskin iy və acı dad verir. Bu da göz bəbəyinin selikli qişasına və yuxarı nəfəs yollarına qıcıqlandırıcı təsir göstərir. Soğanda efir yağının miqdarı nə qədər çox olarsa, onun dadı bir o qədər acı olur. Efir yağının çox olması soğanı uzun müddət saxlamağa imkan verir. Soğanı yağda qızartdıqda belə tərkibindəki efir yağı itmir.
Göy soğan iştahanı artırır, şirələrin axmasını gücləndirir və həzm orqanları tərəfindən qida maddələrinin yaxşı mənimsənilməsinə komək edir. Soğandan elmi təbabətdə «Allilcen» və «Allilqliser» adlı preparatlar hazırlanır ki, bunlardan bir sıra xəstəliklərdə, son illərdə isə mədə-bağırsaq xoralarına, qrip və anginaya qarşı, eləcə də avitaminoz zamanı geniş istifadə edilir. Bundan əlavə, bu preparatlar ümumi əhval-ruhiyyəni yaxşılaşdırır, bağırsaqların sekretor fəaliyyətinə təkan verir və əzələləri hərəkətə gətirir, zərərli bakteriyaları məhv edir. Tez-tez qəbzliyə tutulan adamlara gündə üç dəfə yeməkdən qabaq «allilcen»dən 15-20 damcı içmək faydalıdır. Bu dərmanı həmçinin atereskleroz və hipertoniya xəstəliklərinin silerotik formalarında gündə üç-dörd dəfə, hər dəfə 20-40 damcı üç həftə müddətinə qəbul etmək olar.
Soğandan xalq təbabətində də geniş istifadə edilir. Soğanın tərkibində olan fitonsid maddələri göbələkləri və xəstəlik törədən mikrobları məhv edir. Qripli zökəm zamanı soğan şirəsi hopdurulmuş pambığı gündə üç dəfə 10-15 dəqiqə burun deşiklərində saxlamaq yaxşı nəticə verir. Qulaqda iltihab prosesi olduqda bu usulla müalicə etmək mümkündür. Angina zamanı təzəcə hazırlanmış soğan şirəsini iyləmək, ağız nahiyəsinin selikli qişasında yaracıqlar olduqda soğan şirəsindən istifadə etmək xeyirlidir. Dəridə səpki, sızanaq, piqment ləkələri, yanıq, ziyil və çil olduqda soğandan istifadə olunur. Bunun üçün soğanı əzərək həmin yerə qoyurlar. Suda pörtlədilmiş soğandan isə irinləyən yaraların tezliklə deşilməsində və barmaqlarda olan döyənəklərin yumşaldılmasında istifadə edilir. Vitamin çatışmazlığı nəticəsində diş ətində baş verən sinqa xəstəliyinə qarşı soğan əsas vasitədir.
Soğan qabığının tərkibində 1-3 %-ə qədər boyaq maddə vardır. Bir qədər soğan qabığını bir stəkan isti suda dəmləyib, saçı həmin mayedə yaxaladıqda saç samanı-qızılı rəngə çalır. Başda olan kəpəyi təmizləmək, saçı uzatmaq və bir qədər də möhkəmləndirmək üçün soğan əzintisini başın dərisinə sürtmək lazımdır. Soğan qabığı kəpəyi müalicə edir.
Soğan qabığından bir sıra dərman və vitamin preparatları hazırlanır. Soğan qabığı çoxlu darda kversetin saxladığından ondan P vitamini hazırlanır. Bundan da hipertoniya xəstələrinin müalicəsində istifadə olunar. Soğan qanın sulu məhlulu sidikqovucu, eləcə də ürək əzələlərinin normal nəmləməsinə şərait yaradır. Xalq təbabətçiləri soğan qabığının ekstraktının orqanizmin «təmizlənməsində», bir sıra damar xəstəliklərinin müalicəsində işlədirlər. Təcrübəli evdar qadınlar xörək hazırlayan zaman soğanı bütöv halda qabıqla birlikdə xörəyə atar, xörək hazır olan zaman xörəyin tərkibindən çıxarırlar. Soğanın dəmləməsini mikrob və əleyhinə olan təsirindən istifadə edərək irinli yaraların yuyulub təmizlənməsində, boğazın qarqara edilməsində geniş istifadə edirlər. Cövhəri P vitamini aktivliyinə malik olduğundan ondan qan-damar sistemi divarlarının möhkəmləndirilməsində istifadə edilir.
XƏBƏR LENTİ
Günün ulduz falı
Şəfalı məsləhətlər
İsti hava şəraiti davam edəcək
İnternet sifarişinin mənfi tərəfi
Turistlər üçün ən təhlükəsiz 20 ÖLKƏ
Vanqa - həyatı haqqında bilmədikləriniz
Namaz-VII Dərs-Sübh namazı
Azərbaycan mətbuatı sosial şəbəkələrə niyə uduzur?
Koronavirusla bağlı SON STATİSTİKA
Sizin gözləntiləriniz, əhvalınız və sağlamlığınız (Test)
2020 "Critics Choice Awards" Qırmızı Xalça
İlham Əliyevin sənət adamlarının təkliflərinə cavabı
İlham Əliyev: “Dəyən ziyan hesablanacaq, ermənilər bu dağıntılara görə cavab verəcəklər” - VİDEO
Fərqli saç aksessuarları
Tərcümə edən qulaqcıqlar-FOTO
Körpələrə hörgü öyrənək
Apple yeni şirkət alır
Zəmzəm suyunun inanılmaz sirləri
Dövlət büdcəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurması ilə bağlı düzəlişlər daxil ediləcək - RƏSMİ
Məhərrəmlikdə toy etmək olmaz
2013-2014 mövsümü üçün payız-qış kostyumları
Messi bir aylıq oğlunun ilk fotosunu paylaşdı - FOTO
İmtahanlar 7-dək bitəcək
Quraqlıq böyük bahalaşmaya səbəb olacaq
Düşmənə məxsus kazarma məhv edilib - VİDEO
Tərəvəzli plov (foto resept)
Yeni il gecesi geyimləri(Top 10)
Ev üsulu coco star (foto-resept)
"Dağlıq Qarabağda müharibə ehtimalı var"
Ramazanın 20-ci gününün duası
300 kalori yandırmağın yolları
Bakıya yağış, rayonlara qar yağacaq
Liposoniks müalicəsi
Daxili Qoşunlarda aparılan yoxlamaların nəticələri açıqlandı
Günün ulduz falı
Ürəyi infarktdan qoruyan 10 faydalı qida
Sevdiyimiz filmlərin ulduzları dünən və bu gün
Dekabrın 14-dən parça maska taxanlar cərimələnəcək?
Dünya üzrə koronavirusa yoluxanların sayı 62 milyonu keçdi
Bu şəhərdə ölmək qadağandır - FOTO
Pendirli zənbil (foto resept)
Dərini gözəlləşdirən şaftalı
"Azərenerji"də böyük ixtisarlar başladı?
HAVA necə olacaq?- 5 APREL
Nazirlikdə işləmək istəyirsiniz?
Ukrayna ordusu 2 şəhəri separatçılardan təmizlədi
Ohanyan Azərbaycanla genişmiqyaslı müharibədən danışdı
Vazelinin bilmədiyimiz faydalı xüsusiyyətləri
İnsanlar yadplanetliyə ÇEVİRİLƏCƏK: orqanlar tamamilə dəyişəcək
Həyat qaynağımız, yaşama səbəbimiz nədir?
- ŞƏRHLƏR