Üzərlik
Orta əsr təbibləri üzərlikdən hazırladıqları dərmanlarla kəskin əsəb xəstəliklərini müalicə ediblər, qusmanın qarşısını alıblar. Böyük təbib İbn Sina üzərliyi sidikqovucu, soyuqdəyməni və yorğunluğu aradan qaldıran dərman kimi təbliğ edirdi. Bəzi yerlərdə üzərlik cövhərinin balla qarışdırılmış məlhəmindən iflicin, oturaq sinirlərin, həzm orqanları xəstəliklərinin müalicəsində istifadə olunub. İlan, yaxud əqrəb çalan insana üzərliyi yardımçı vasitə kimi başqa dərmanlarla qarışdırıb içirdiblər. Üzərlikdən döş, mədə-bağırsaq, ürəkgetmə xəstəliklərinin müalicəsi zamanı istifadə edilib.
Qafqaz xalqları üzərliyin otundan şirə hazırlayıb, gözdə baş verən ilkin xəstəlikləri müalicə edirdilər. Bu dərman yuxusu pozulanlara da çox kömək edir. Xalq təbabətində üzərliyin istifadəsi olduqca genişdir. Üzərliyin toxumunu şüyüd və çobanyastığı ilə dəmləyib, sidikqovucu vasitə kimi istifadə etmək çox faydalıdır. Üzərliyin toxum və gövdəsinin tərkibində qiymətli boyaq maddəsi hesab edilən harmalin olduğundan şərq xalqları ta qədimdən üzərlikdən boyaq bitkisi kimi də istifadə etmişlər.
Qızılgül
Azərbaycanda qızılgül çox qədim vaxtdan becərilən ən qiymətli ətirli və şəfalı bitkidir. Ətirli qızılgülün suyu və mixəkgülünün gülabı qədimdən məlumdur. Gülabdan bir sıra xəstəliklərdə: ürək sıxılmasında,mədə-bağırsaq xəstəliklərində, qan təzyiqinin aşağı salınmasında geniş istifadə edilir. Qızılgülün qırmızı ləçəklərini yandırıb sürməyə qatandan sonra onu kirpiklərin kökünə çəkmək kirpikləri möhkəmləndirir.
Ürəkkeçmə zamanı xəstənin rəngi qaçıbsa, bədəni soyuyursa, onu tər basırsa, üzərinə gülab çiləyib, damcı-damcı içirtmək lazımdır. Gülab ürək döyüntüsünü azaldır və bütün daxili orqanlar üçün faydalı hesab olunur. Bu baxımdan qızılgülü iyləmək də faydalıdır. Qızılgüldən hazırlanan mürəbbə mədəni möhkəm edir, mədə rütubətini qurudur. Ciyər böyüyəndə quru qızılgülü döyüb təpitmə qoyurlar, qızılgül yağını içmək və sürtmək böyrəyin ağrısını sağaltmaqla yanaşı yara üçün də çox faydalıdır.
Çilədağı
Azərbaycanın qərb rayonlarında, Abşeronda, Kür-Araz ovalığının aşağı hissəsində daşlıq yerlərdə, Naxçıvan və Lənkəran dağ qurşaqlarının daşlı-çınqıllı yerlərində bitir. Gəncədə isə Gəncə çayının sol sahilində qayalıqda bitir. Bu bitkinin bütün orqanları, xüsusilə, xeyli ətləşmiş kökümsovları alkaloidlərlə zəngindir.
Dərman vasitəsi kimi bitkinin kökümsovlarından istifadə edilir. Payızda onun kökümsovlarını toplayıb, torpağını yuyub təmizləyir, qurudub toz halına salırlar. Çıxıq, sınıq zamanı zədələnmiş nahiyəni həmin tozla ovuşdururlar. Ağrıyan yerin üstünə bitkinin doğranmış yaş hissələrindən qoyub bağlayırlar, ağrılar hiss olunacaq dərəcədə azalır.
Çilədağın kökümsovlarından təngnəfəslik, bronxial astmanın müalicəsində və bəlğəmgətirici vasitə kimi istifadə edirlər.
Sümükdən çirk gələn zaman çilədağı tozu (50 qram) və ət maşınından keçirilmiş qoyun quyruğundan (150 qram) məlhəm hazırlayıb, təmiz ağ parçanın üzərinə çəkmək və yaranın üzərinə qoymaq lazımdır. Bundan çirk kəsilənə kimi gündə iki dəfə etmək lazımdır. Sonra isə yaranın üzərinə təmiz bal yaxılmalıdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu yeməklər yuxuya təsir edir
Havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
Öldükdən sonra Facebook hesabınız necə olacaq?
Bakıda yenidən zəlzələ gözlənilir?
Təqaüd tələbənin nəyinə yetəcək?
Facebook-dan qalmaqallı yenilik
Azərbaycanda güclü dolu yağıb: avtomobillər də əzilib
"Nissan" 42 mindən çox avtomobili geri çağırıb
Ölən qadının evindən 82 it tapıldı - FOTO
Ledi Qaqa fanatlarını söydü-SƏBƏB
Üç müğənniyə “Xalq artisti” fəxri adı verildi - Sərəncam
Su çərşənbəniz mübarək!
Nazirdən müəllimlərin sertifikasiyası ilə bağlı AÇIQLAMA
Obsesiv, kompulsiv pozğunluqlar
Qadın.Netlə bağlı ən xoş xatirələrimiz (2)
Orqanlarınızın ehtiyacı olanlara bağışlanmasını vəsiyyət edərdinizmi?
İTV “Səs Azərbaycan”ın lisenziyasını aldı
Prezident ailəsində xoş gün
Balıq ləvəngi (foto resept)
Yataq dəstləri
Ana-bala eyni geyimdə
Toyuqlu göbələk sote (foto resept)
Möhtəşəm binalar
Avro kəskin ucuzlaşacaq
Məsafəli sevginin 15 incə məqamı
Rəngarəng ayaqqabı modelləri (2)
Dünyada ən uzun şüşə körpü açıldı
Günün ulduz falı
Qısqanclığın səbəbləri
Ət kətəsi (foto-resept )
Ağciyərlərinizi qoruyun
Maykl Bolton bütün dünyaya İçərişəhəri göstərdi - FOT
Dünyada hansı ölkənin pasportu daha etibarlı və güclüdür?
Antidepressant məhsullar
Dadlı peçenye (foto resept)
Qızılaxtaran axtardığını tapdı
Regionda ən geniş tədbirlərdən olan "Xəzər İnşaat Həftəsi" gələn ay keçiriləcək
Sabahdan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Türk futbolçu Azərbaycan klubuna keçdi
Brayl klaviaturalı ilk telefon
Fərqli badımcan kürüsü (foto resept)
Kraliça gəlini ilə qatarla yola çıxır - FOTO
Eşşək südü və insan sağlamlığındakı əhəmiyyəti
Ünvanlı sosial yardımla bağlı YENİLİK
At şabalıdı
Bu il uşaqları I sinfə gedəcək valideynlərin nəzərinə
56 yaşlı Culianna - FOTO
İxtisas seçimi başladı
Rusiyalı alimlər yeni göbələk növü tapdı
Prezidentin köməkçisindən Fransaya SƏRT REAKSİYA: “Ermənidən daha çox erməni olmaq istəyir”
- ŞƏRHLƏR