Qadin.NET / Üzərlik, qızılgül, çilədağı

Üzərlik, qızılgül, çilədağı

Üzərlik, qızılgül, çilədağı

Üzərlik

Orta əsr təbibləri üzərlikdən hazırladıqları dərmanlarla kəskin əsəb xəstəliklərini müalicə ediblər, qusmanın qarşısını alıblar. Böyük təbib İbn Sina üzərliyi sidikqovucu, soyuqdəyməni və yorğunluğu aradan qaldıran dərman kimi təbliğ edirdi. Bəzi yerlərdə üzərlik cövhərinin balla qarışdırılmış məlhəmindən iflicin, oturaq sinirlərin, həzm orqanları xəstəliklərinin müalicəsində istifadə olunub. İlan, yaxud əqrəb çalan insana üzərliyi yardımçı vasitə kimi başqa dərmanlarla qarışdırıb içirdiblər. Üzərlikdən döş, mədə-bağırsaq, ürəkgetmə xəstəliklərinin müalicəsi zamanı istifadə edilib.

Üzərlik, qızılgül, çilədağı

Qafqaz xalqları üzərliyin otundan şirə hazırlayıb, gözdə baş verən ilkin xəstəlikləri müalicə edirdilər. Bu dərman yuxusu pozulanlara da çox kömək edir. Xalq təbabətində üzərliyin istifadəsi olduqca genişdir. Üzərliyin toxumunu şüyüd və çobanyastığı ilə dəmləyib, sidikqovucu vasitə kimi istifadə etmək çox faydalıdır. Üzərliyin toxum və gövdəsinin tərkibində qiymətli boyaq maddəsi hesab edilən harmalin olduğundan şərq xalqları ta qədimdən üzərlikdən boyaq bitkisi kimi də istifadə etmişlər.

Üzərlik, qızılgül, çilədağı

Qızılgül

  Azərbaycanda qızılgül çox qədim vaxtdan becərilən ən qiymətli ətirli və şəfalı bitkidir. Ətirli qızılgülün suyu və mixəkgülünün gülabı qədimdən məlumdur. Gülabdan bir sıra xəstəliklərdə: ürək sıxılmasında,mədə-bağırsaq xəstəliklərində, qan təzyiqinin aşağı salınmasında geniş istifadə edilir. Qızılgülün qırmızı ləçəklərini yandırıb sürməyə qatandan sonra onu kirpiklərin kökünə çəkmək kirpikləri möhkəmləndirir.

Üzərlik, qızılgül, çilədağı

Ürəkkeçmə zamanı xəstənin rəngi qaçıbsa, bədəni soyuyursa, onu tər basırsa, üzərinə gülab çiləyib, damcı-damcı içirtmək lazımdır. Gülab ürək döyüntüsünü azaldır və bütün daxili orqanlar üçün faydalı hesab olunur. Bu baxımdan qızılgülü iyləmək də faydalıdır. Qızılgüldən hazırlanan mürəbbə mədəni möhkəm edir, mədə rütubətini qurudur. Ciyər böyüyəndə quru qızılgülü döyüb təpitmə qoyurlar, qızılgül yağını içmək və sürtmək böyrəyin ağrısını sağaltmaqla yanaşı yara üçün də çox faydalıdır.

Üzərlik, qızılgül, çilədağı

Çilədağı

Azərbaycanın qərb rayonlarında, Abşeronda, Kür-Araz ovalığının aşağı hissəsində daşlıq yerlərdə, Naxçıvan və Lənkəran dağ qurşaqlarının daşlı-çınqıllı yerlərində bitir. Gəncədə isə Gəncə çayının sol sahilində qayalıqda bitir. Bu bitkinin bütün orqanları, xüsusilə, xeyli ətləşmiş kökümsovları alkaloidlərlə zəngindir.
Dərman vasitəsi kimi bitkinin kökümsovlarından istifadə edilir. Payızda onun kökümsovlarını toplayıb, torpağını yuyub təmizləyir, qurudub toz halına salırlar. Çıxıq, sınıq zamanı zədələnmiş nahiyəni həmin tozla ovuşdururlar. Ağrıyan yerin üstünə bitkinin doğranmış yaş hissələrindən qoyub bağlayırlar, ağrılar hiss olunacaq dərəcədə azalır.
Çilədağın kökümsovlarından təngnəfəslik, bronxial astmanın müalicəsində və bəlğəmgətirici vasitə kimi istifadə edirlər.
Sümükdən çirk gələn zaman çilədağı tozu (50 qram) və ət maşınından keçirilmiş qoyun quyruğundan (150 qram) məlhəm hazırlayıb, təmiz ağ parçanın üzərinə çəkmək və yaranın üzərinə qoymaq lazımdır. Bundan çirk kəsilənə kimi gündə iki dəfə etmək lazımdır. Sonra isə yaranın üzərinə təmiz bal yaxılmalıdır. 

16 may 2013
GO BACK