Yer üzündə hər bir nemətin bir faydası, xeyri vardır. Təbiətdə elə bir qida, elə bir meyvə və yaxud tərəvəz, bitki tapılmaz ki, nəyəsə xeyri olmasın. Bu gün sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar Həkimovanın şəxsi araşdırması nəticəsində bir yerə topladığı bu məlumatları sizə təqdim edirəm.
*Vərəm xəstəliyinə, quru, göyöskürəyə, bütün soyuqdəymə xəstəliklərinə tutulanlar, novruzgülünün həm çiçəyindən, həm də kökündən dəmləyib, 20-25 gün, gündə yeməkdən əvvəl üç dəfə içmək məsləhətdir. Onu yığıb kölgədə qurudub saxladıqda öz effektini itirmir.
* İtdirsəyi çıxaran adama 10-15 gün, gündə 3 dəfə yeməkdən əvvəl göy sarımsaq (və ya diş sarımsaq) yemək məsləhətdir. Müalicəsi olduqca effektlidir.
*Bədənin müxtəlif yerlərində (boyun, qol, qıc, bel) kəskin ağrıları olanda çöl yemişinin qazıb qabığını soyduqdan sonra ət çəkən maşında çəkib, yumurta ağı ilə qarışdırıb ağrıyan yerə yaxmaq məsləhətdir. Bu yaxma ağrıyan yerdə 15-20 dəqiqə saxlanılır. Müalicə effekti
olduqca güclüdür.
*Diş dibi şişərsə, diş laxlayarsa, 15-20 gün, gündə yeməkdən əvvəl üç dəfə qırmızı turpu ağızda suyu artırana qədər çeynəmək məsləhətdir.
*Mədə-bağırsaq, ishal, qanlı bəlğəm, vərəm, tez-tez başı ağrıyan xəstələr 15-20 gün hər gün yeməkdən əvvəl bir fincan ətirşah çiçəyi və yarpağını dəmləyib içmək məsləhətdir. Ətirşahdan ilboyu istifadə etmək üçün onun yarpağı və çiçəyini kölgədə qurudub, təmiz tənzifdə saxlamaq lazımdır. Müalicə əhəmiyyəti güclüdür.
*Şəkər xəstəliyindən əziyyət çəkənlərə 20-25 gün buğdanı həll qaynadıb, həlimini (suyunu) hər gün yeməkdən əvvəl bir fincan içmək məsləhətdir.
*Alma, qızılgül, yasəmən, şamama, yemiş-qovun, ətirşahı təzə-tər ikən iyləmək, baş-beyini fəaliyyətə gətirir, hafizəni bərpa edir. Kəskin, şiddətli başağrısından əziyyət çəkənlərə başını kəklikotu buğuna vermək məsləhətdir.
*Böyrək ağrılarından, yel xəstəliyindən, qan azlığından, iştahasızlıqdan əziyyət çəkənlərə qarağatın özünü yemək, yarpağını dəmləyib gündə üç dəfə, 20-25 gün yeməkdən əvvəl bir fincan içmək məsləhətdir.
*Bağırsaqlarında qurd olan adamlara, yatarqarına və səhər tezdən acqarına qabaq (boranı) tumu yemək məsləhətdir.
*Həddən artıq piylənən adamlara arıqlamaq üçün 25-30 gün axşam-səhər yarım litrlik qatığın tünd sarımsaqlı atlamasını içmək məsləhətdir.
*Təngnəfəs-astma, sinə ağrısı, bəlğəm, ağızda xora səpgiləri olanlara, əzab çəkənlərə 30 gün hər gün yeməkdən əvvəl üç dəfə bir fincan reyhan şirəsi qəbul etmək məsləhətdir.
*Vərəm, soyuqdəymə, təngnəfəs xəstəliyindən əziyyət çəkənlərə 15-20 gün, dəvədabanı dəmləyib gündə yeməkdən əvvəl üç dəfə, bir fincan içmək məsləhətdir.
*Ağciyər, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlərə 15-20 gün ətirşah dəmləyib gündə yeməkdən əvvəl üç dəfə, bir fincan içmək məsləhətdir.
*Boğaz ağrısından, iltihabından əziyyət çəkən adamlara 10-15 gün hər dəfə yeməkdən əvvəl bir çay qaşığı göy soğan suyunu qəbul etmək məsləhətdir.
*Şəkər xəstəliyindən, kəskin böyrək ağrılarından əziyyət çəkən xəstələrə hər gün lobya qurusunu hədik kimi bişirib qabıqlı-qabıqlı yemək məsləhətdir.
*Qan laxtalanmasından əziyyət çəkən adamlara 10-15 gün hər gün yeməkdən əvvəl üç dəfə, nanə dəmləyib içmək məsləhətdir.
*Ürəyi tez-tez döyünən zəif adamlara çayı az içmək, əvəzində süd, səhər, günorta, axşam yeməkdən əvvəl meyvə şirəsi içmək məsləhətdir.
*Kök və tərəvəz çuğundurunu ətçəkən maşında çəkib, şirəsini hər gün yeməkdən əvvəl üç dəfə, bir fincan içmək də ürəyin ağrısını,
döyüntüsünü sakitləşdirir.
*Astma xəstəliyindən əziyyət çəkənlərə gündə üç dəfə yeməkdən əvvəl təzə dərilmiş vəzərini ətçəkən maşında çəkib bir fincan şirəsini içmək məsləhətdir.
*Yuxusuzluqdan, ürəkdöyüntüsündən, başağrısından əziyyət çəkənlərə təzə dərilmiş keşnişi ətçəkən maşında çəkib, şirəsini tənzifdən keçirib, hər gün yeməkdən əvvəl üç dəfə bir fincan içmək məsləhətdir.
*Əl-ayaq, bədən nahiyəsində yanıq yarası olanlara əməköməcini narın doğrayıb, toz halında əzdikdən sonra onu zeytun yağı ilə qarışdırıb yanıq olan yerə yaxmaq məsləhətdir.
*Bədənində, əl-ayağında yanıq olan şəxslərə yumurta ağını gündə üç dəfə yara olan yerə yaxmaq məsləhətdir.
*Zəhər içmiş, zəhərlənmiş, ilan çalmış adamlara çuğundur qızardıb yemək məsləhətdir. Bu zəhərlənmənin qarşısını alır.
*Yara hoylananda, şişəndə gündə üç dəfə yaranın üzərinə qurudulmuş, narın döyülmüş reyhan tozu səpmək məsləhətdir.
*Öskürəkdən əziyyət çəkən adamlara bir neçə (iki-üç) baş soğanı ocaqda bişirib isti-isti yemək məsləhətdir. Bu, sinə ağrısına, soyuqlamaya da dərmandır.
*Çox su içməmək, yanğının qarşısını almaq üçün əncir yemək məsləhətdir.
*Tez-tez qulunc olan, əl-ayağı qıc olan adamlara iki qaşıq hənanı (xınanı), iki qaşıq qaynanmış su və bir qaşıq ağ neftlə qarışdırıb gündə üç dəfə qulunc olan yerə yaxmaq məsləhətdir.
*Boğaz gələndə, qovuşanda, udlaqda qızartı, iltihab kəskinləşəndə, əzgil yarpağını və zoğunu qaynadıb, gündə yeməkdən əvvəl üç dəfə onun suyu ilə boğazı qarqara etmək məsləhətdir. Boğaz gələndə, qovuşanda gündə yeməkdən əvvəl üç dəfə yabanı yarpızı dəmləyib,
onun suyu ilə qarqara etmək məsləhətdir.
*Səsi batan, xırıltı ilə danışan adamlara yağlı toyuq ətindən hazırlanmış bir qab bulyonu, 20-25 dəqiqə keçəndən sonra bir fincan təzə qaynanmış ilıq suda qəndi kəmşirin edib içmək məsləhətdir.
*Sinəsində möhkəm xışıltı, bərk öskürəyi olan adamlara 15-30 gün, gündə üç dəfə yeməkdən əvvəl nar çiçəyini dəmləyib bir çay qaşığı bal ilə qarışdırıb içmək məsləhətdir. Bu xəstəliyə tutulanlara bir də dəymiş moruğu bal ilə qarışdırıb 15-20 gün yeməkdən əvvəl
üç dəfə yemək məsləhətdir.
*Mədə həzmindən əziyyət çəkənlərə yaz yağışının suyunu təmiz qaba yığıb sonra hər dəfə yeməkdən əvvəl həmin sudan bir fincan içmək məsləhətdir.
Qeyd edim ki, verilən məsləhətləri həkim nəzarəti olmadan sınaqdan keçirməyin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hər gün üzünüzə gül yağı çəksəniz...
Almanların “Bakı 2015” proqnozu
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
2200-cü ildən gəlmiş zaman elçisindən ŞOK AÇIQLAMA
Aslı Enver yeni filmə çəkilir-FOTO
Məşhur ulduz Antalyada konsert verəcək
Azərbaycanda bu yol ödənişli olacaq - CİHAZLAR QURAŞDIRILIR
Rusiya ilə savaş başlasın!
Bir dəqiqədə internetdə nələr baş verir? - İNFOQRAFİKA
Bu xəstəliklərdən əziyyət çəkənlərə ŞAD XƏBƏR: 4 milyon manat ayrıldı
Azərbaycan ağır atletika üzrə dünya rekordunu yenilədi
Bu xəstəliyə diqqət!
Günün qoroskopu: yoldan sapmayın
BÜRCLƏR bizə nə vəd edir? - 25 fevral
İrəvanın böyük müharibə mesajı
Ey insan!
130 nəfər koronavirusa qalib gəlib
Dünya ölkələrində qeyri-adi yeni il adətləri
Xurma və onun xeyri
Azərbaycanda uşaqlar daha çox hansı xəstəliyə tutulurlar?
Balıq piroqu (foto resept)
Dairəvi yataq modelləri
Telefonla xərçəngini aşkarladı
SMS icazələri ləğv oluna bilər - BAŞ İNFEKSİONİST
Azərbaycanda bölgələrin əfsanələri üzrə turizm marşrutları yaradılır
NASA-dan dünyanı həyəcanlandıran kəşf
Tut doşabının faydaları
Həftənin ilk iş gününün havası
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
Günün qoroskopu: Uğurlu gündür!
5 günə 3 kiloqram arıqladan qatıq pəhrizi
Beren Saatın “Netflix”dəki serialı
Dünyanın gözlədiyi körpə
Yara izlərini döymə ilə örtən vyetnamlı sənətkar
Maşınlar Bakının mərkəzində saxlanılarsa
Azərbaycan turistləri bu ölkəyə vizasız gedəcəklər
Bergüzarın bacısı AÇIQLAMA Verdi
Şəhid Xudayar “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü
Bu gün Azərbaycanda ilaxır çərşənbə və Novruz bayramı qeyd edilir
Koronavirusdan uşaq ölümlərinin ən çox olduğu ölkə açıqlandı
Zəncəfilli şirniyyat (foto resept)
Şirniyyat buketi
Müəllimlər mənzillə təmin olunsun
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosesi sadələşdirilir
Murat Bozla Aslı Enver Yenə AYRILDI-SƏBƏB
Üz və dodaqların göyərməsi… - Koronavirusun yeni simptomları açıqlanıb
Bakı sakini yeni kombi düzəltdi – Sutkada 70 qəpiyə qızdırır-VİDEO
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
İrina Şeykdən gözlənilməz FOTO
Zövqlü xanımlar üçün
- ŞƏRHLƏR