Hər gün istifadə etdiyimiz rəngli və şəkilli geyimlər beynəlxalq standartlara cavab vermirsə, parçanın istehsalında istifadə edilən kimyəvi maddələr bir çox xəstəliyə, hətta xərçəngə belə səbəb ola bilər.
Türkiyəli ekspert Metin Özer geyimlərdəki kimyəvi maddələr sağlamlıq üçün zərərlərindən danışıb:
"Geyimlərdəki toksinlərin birbaşa sağlamlıq problemləri ilə əlaqəsini göstərən qəti dəlillər tapmaq çətin olsa da, tədqiqatlar həyəcan təbili çalır. Bütün gün bu kimyəvi maddələrlə işləyən fəhlələrdə xərçəng xəstəliyi yaranması ehtimalı olduqca yüksəkdir. Bu kimyəvi maddələr qısa müddətdə allergik reaksiyaya gətirib çıxarır.
Bu nəticələr o demək deyil ki, ən sevdiyiniz köynəyiniz sizdə xərçəng yaradır. Hər halda çoxları üçün geyimlərdə kimyəvi maddələrin istifadə səbəbləri maraq doğrur. Məsələn, geyimlərin qırışmaması üçün tətbiq olunan formaldehit göz və burun yanmasına, eləcə də dəridə allergik reaksiyalara yol açır".
Bəs bütün bu toksinlər nədir və hansı parçalarda olur?
Mütəxəssis kimyəvi maddələrin geyim sənayesində istifadə səbəblərini belə açıqlayıb:
"Azo - geyimləri, dəri və parçaları rəngləndirmək üçün çox geniş istifadə edilən boyalardır. Bu boyaların təsirinə müntəzəm olaraq məruz qalan zavod fəhlələri arasında sidik kisəsi xərçənginin yaranması riski yüksəkdir. Onun tərkibində ammonyakdan əldə edilən komponent çox zərərlidir. Bu boyanın deyil, təbii boyaların istifadə edildiyi məhsullara üstünlük verilməlidir.
Akril parçalarda CDC adlanan dimetilformamid olur. Dəriyə birbaşa təması qaraciyər problemləri və başqa fəsadlara yol açır.
Ftalatlar - bir çox hazır geyim məhsullarında istifadə edilir, xüsusilə plastik yağmurluq, süni dəri və su keçirməyən geyimlərdə. Ftalatlar daxili sekresiya vəzilərinə təzyiq göstərir və kişilərdə sonsuzluğa səbəb olduğu deyilir. Lakin Beynəlxalq Xərçəng Araşdırma Agentliyi ftalatların insanda xərçəngə yol açıb-açmadığına dair hər hansı elmi tədqiqat nəticələrini elan etməyib.
Nanosilver - geyimlərdə bakteriyaların səbəb olduğu qoxuları əngəlləmək üçün istifadə edilən antibakteriyel bir maddədir. Laboratoriyada siçanlar üzərində keçirilən araşdırmalar göstərib ki, gümüşü nano partiküllər beyinə gedir və zamanla beyin hüceyrələrinin ölümünə yol aça bilir. Odur ki, xüsusilə körpələrə nanosilver istifadə edilmiş geyimlər almaq olmaz.
Çirklənməyən, alova davamlı və ya qırışmayan məhsullara formaldehit, teflon kimi ferflorinat kimyəvi maddələr (PFC), nonilfenol etoksilatlar (NPE) və nonilfenoller (NP), yaxud da triklosan istifadə edilir. NPE və NP dəri tərəfindən sorulur və mənfi təsirlərə yol açır.
Triklosana məruz qalan fabrik işçiləri də xərçəng riskinə yaxındır. Bununla yanaşı, bəzi şirkətlər iddia edir ki, bu məhsulun istifadəsinin qadağan olması üçün yetərli sübutlar yoxdur”.
Bəs nə geyinməli?
Zərərli heç bir maddə istifadə edilməyən bir çox parça var. Bunlar; pambıq, ipək, təbii yun, kətan, anqora, dəvə tükü, kəşmir və digər təbii parçalardır. Kimyəvi maddələr bu təbii parçalarda da istifadə edilsə də, daha az rast gəlinir. Həmçinin dərini daha az yandıran parçaları seçin.
Aytən
Publika.az
XƏBƏR LENTİ
Afina küçələrində sənətkarlıq nümunələri
İncə zövqlü gəlinliklər
Müasir vanna otaqları
Bülent Ersoy öləcəyi vaxtı AÇIQLADI
Şəhid anaları ilə görüş
Qeybət savabları poza bilər
Kənan İmirzalıoğlu
Ağdam işğaldan azad edildi?
Sabahın HAVASI
Göz həkimləri niyə eynək taxır?
Onu yatağınıza salmayın
Günün qoroskopu:Maddi perspektivlərinizi dəqiqləşdirin
Günün qoroskopu: Münaqişə etməyin!
Uşaqlara bunları demək olmaz!
Bu xanımlar bizi I Avropa Oyunlarında təmsil edəcəklər
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
Hava haqqında
Güzgü ilə dost olaq!
Selena Gomezin son halı sevənlərini qorxutdu-FOTO
Bu müəllimlərin keçdikləri müsabiqənin nəticələri AÇIQLANDI
İmtahan vermiş abituriyentlərin NƏZƏRİNƏ
Dişlərin çürüməsini dayandıran təbii yollar
Azərbaycan dili - XIV dərs
Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır - ŞOK ARAŞDIRMA/VİDEO
"Facebook"dan YENİLİK
Onlar sizi aldadırlar, susmayın!
Bu əsər 7 milyona satıldı - FOTO
Azərbaycanda yumurta niyə bahalaşır?
Pakistanın birinci xanımı Milli Azərbaycan Tarixi Muzeyində olub
Dünyanın ən yaxşı atası
Xəstəlik (son)
Bakıda şimşək çaxacaq, yağış yağacaq
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Hikmətli sözlər
Uşağı gələcəyə sağlam hazırlayaq (1)
Ən böyük mavi almaz tapıldı
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA
"10 nömrə ancaq Del Pyeroya aid olacaq"
AZTV-dən “Böyük qayıdış” kompozisiyası - VİDEO
Məşhur aktrisa əməliyyat olundu
Kartoflu-soğanlı piroq
Şprislər tarixə qovuşur
30 yaşdan sonra ailə qurmaq
Qurban əti kimlərə paylanmalıdır? - VİDEO
Yeni il üçün şam ağacları
Qız qaçıranların cəzası 12 ildən 2 ilə endirildi - İlginc məhkəmə QƏRARI
Zəvvarlarımızdan xəbər var
Profil üçün şəkillər
Səhər ilıq su içməyiniz üçün 4 səbəb
- ŞƏRHLƏR