Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur.
XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.
Milli.Az Trend-ə istinadən bildirir ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.
Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 millyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları veriblər.
Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.
Milli.Az
XƏBƏR LENTİ
Göz boyanız qırılıb? Bərpa edək!
Azərbaycanlı gənclərdən İNANILMAZ KƏŞF - Boğulmaq qorxusunu unudun - VİDEO
Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
Yayda saçlarımızı necə qoruyaq?
HAVA necə olacaq?
İrina Bokova ikinci dəfə YUNESKO-nun baş direktoru təyin edilib
Vitiliqo xəstəliyi (dərinin ağarması)
Dünyanın ən çox qazanan aktyoru yenə o oldu
Yeni doğulmuş körpənin qidalanması necə olmalıdır?
Mərciməkli kuskus plovu (foto resept)
Metobolizmanızı gücləndirin
Bakının "Qış cəhənnəmi"
Ermənistanda savaş başladı
Bəzi bank filialları valyuta mübadiləsini dayandırıb
Qadınların daha dözümlü olduğunu göstərən xüsusiyyətlər
Arı südünün faydaları
Müəllimlərin maaşı 4 dəfə artırıla bilər
Mercedes-Benzin Bionik Avtomobili
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri
Maraqlı araşdırmalar
Ozan Doğulu aylıq kirayəsinə 12 min verəcək
Müdrüklərdən kəlamlar
BÜRCLƏR bizə nə vəd edir?-20 Avqust
Fərqli dekorasiya modelləri
ÜST koronavirusu müalicə edən yeganə ümidli dərmanın adını açıqladı
Həkimdən ŞOK SÖZLƏR : “Bu qidaları yeməyin!”
Ölkədə yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək?
Komendant saatı nə vaxt ləğv olunacaq?
17 əsrlik sirrin üstü açıldı
Məhəmməd Əmin Rəsulzadə - 130 yaş
Əzrail bir anda milyonlarla insanın canını necə ala bilər?
Geyim dəstləri
Beynəlxalq təşkilat Rusiyanı hərbi cinayətdə günahlandırdı
Günün ulduz falı
BÜRCLƏR bizə nə vəd edir?-5 Oktyabr
Azərbaycanda uşaqların övladlığa verilməsi: şərtlərdən xəbəriniz var?
Qara rəngli donlar (1)
Selülitə qarşı ev şəraitində maska
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
BÜRCLƏR bizə nə vəd edir?-10 Avqust
Qadınlara məsləhət! Özünü əks cinsə necə bəyəndirməli?!
İnsan üzlü "pişik" görənləri təəccübləndirir
Azərbaycanda dördəm doğulub
Sağlam saçlara qovuşmaq üçün 4 addım
Çəkiliş vaxtı cinayət işlədi
Rəsmi Berlin Suriya münaqişəsinin həllinə inanmır
Saç ustalarının xəyal dünyası
Budaqlardan özünə ev tikdi-FOTO
Hande Yener izləyicisini polisə verdi
Cennifer Laurens nişanlandı-FOTO














