Xəstəliklər barədə danışarkən peyvəndləri də qeyd etmişdik. Bu dəfə isə sizə peyvəndlər barədə geniş məlumat vermək istəyirəm.
Peyvəndlər və onun tibbdə əhəmiyyəti
Dünyada hər il infeksion xəstəliklərdən on milyon insan ölür. İnfeksion xəstəliklərə qarşı ən yaxşı mübarizə üsulu peyvəndlənmədir ki, o da tibb tarixində ən mühüm hadisə sayılır. Böyük rus alimi İ.İ.Meçnikov müəyyənləşdirdi ki, leykositlər orqanizmə düşən və xəstəlik törədən mikrobları tutub məhv edirlər. Bu prosesi alim faqositoz, leykositləri isə faqositlər adlandırdı. Meçnikovun tədqiqatlarının nəticələri immun təliminin əsasını qoyacaq, infeksion xəstəliklərin qarşısının alınmasına xidmət edən və bəşəriyyəti çoxsaylı qırğınlardan qurtaran peyvəndləmə üsulunu yaratdı. Orqanizmə düşmüş xəstəliktörədən bakteriyalar toksin adlanan zəhər hazırlayaraq düşdüyü yerə ifraz edirlər. Orqanizm isə həmin toksini-zəhəri neytrallaşdıran antioksin hazırlayır. Bu antioksinlərin bəziləri qanın bir tərkib elementi kimi illərlə orqanizmdə qalır, ona görə də insanlar həmin xəstəliyə təkrarən tutulmurlar. İnfeksion xəstəliklərə qarşı orqanizmin müqavimətinin artması immunitet adlandırılır. İmmunitet-yunanca "immun" sözündən götürülüb, xilasetmə, azadetmə deməkdir. İmmunitetin iki növü var: anadangəlmə immunitet-növə məxsus olur və sonradan qazanılan immunitet-fərdə məxsus olur. Anadangəlmə immunitet növün irsi əlamətidir. Məsələn, dovşan və yaxud it-poliomelit (uşaq paralici) xəstəliyinə, insan isə iribuynuzlu qaramalın taun xəstəliyinə tutulmur. Sonradan qazanılan immunitet özü də iki yerə bölünür: təbii sonradan qazanılan immunitet və süni sonradan qazanılan immunitet.
Bunların hər ikisi aktiv və passiv immunitetlərə bölünürlər. Təbii, aktiv immunitet orqanizmdə o vaxt əmələ gəlir ki, insan həmin xəstəliyi təbii halda keçirir. Təbii passiv immunitet isə ananın qanı ilə plasentadan keçərək dölün qanına düşür və döldə əmələ gəlir. Passiv immunitet ananın südüylə də keçə bilir. Məsələn, skarlatina, difteriya və s. Lakin 1-2 il keçdikdən sonra həmin antitellər dağılır, orqanizmdən tədricən çıxır və uşaq həmin xəstəliklərə tez bir zamanda yoluxa bilir. Süni aktiv immunitet sağlam adama və ya heyvana xəstəlik törədən mikroorqanizmlərin zəifləmiş kütləsini və ya mikrob zəhəri-toksinini inyeksiya etdikdən sonra əmələ gəlir. Bu preparatın vaksinindən insana köçürdükdən sonra həmin adam o xəstəliyə yüngül formada tutulur, nəticədə orqanizmdə antitel əmələ gəlir. Süni passiv immunitet orqanizmə tərkibində xəstəliktörədən mikrob və onun zəhəri olan antitel və antioksin olan zərdab köçürülür. Zərdabı başlıca olaraq immunlaşdırılmış atın qanından alırlar. Passiv immunitet bir aydan çox orqanizmdə qalmır, ancaq orqanizmə zərdabı köçürən kimi öz təsirini göstərir. Müalicəvi zərdabın vaxtında orqanizmə köçürülmısi ağır infeksion xəstəliklərin tez bir zamanda qarşısının alınmasına səbəb olur, əks halda xəstə orqanizm həmin xəstəliyə qarşı lazımi miqdarda antitel hazırlaya bilmir və nəticədə ölür.
Qeyd etməliyik ki, embrional inkişaf dövründə dölün orqanizmində antitellər formalaşmır. İlk 3 aylıqda körpələr bir qayda olaraq infeksion xəstəliklərə tutulmurlar. Buna səbəb ana orqanizmindən alınan immun antitelləridir. Anadan plasenta vasitəsilə antitel daşıyıcısı olan qamma qlobulin dölə keçir. Antitellərin bəziləri isə südlə körpəyə çatır.
Orqanizm böyüdükcə onun immunoloji xüsusiyyəti formalaşmağa başlayır ki, bu prosesdə də profilaktik peyvəndin rolu çox böyükdür. Bəzi xəstəlik törədicilərinə qarşı peyvənd və təkrar peyvənd-revaksinasiya vaxtı aşağıdakı kimidir:
1. Vərəmə qarşı-anadan olandan 5-7 gün sonra; təkrar peyvənd- 7-12 və 17 yaşında;
2. Poliomelitə qarşı-ilk dəfə 2 aylığında, revaksinasiya 1, 2 və 3 yaşında, daha sonra 7 və 15-16 yaşında;
3. Difteriyaya, göy öskürəyə qarşı-ilk dəfə 5-6 aylığında, təkrar peyvənd 2-3 və 6 yaşında;
4. Çiçəyə qarşı-ilk dəfə 1-1,5 yaşında, 8 və 15 yaşında;
5. Qızılcaya qarşı-ilk dəfə 10 aylığında, 8 yaşında isə peyvənd olunmamış və qızılcaya tutulmamış körpələrin hamısına.
Peyvəndin təhlükəsizliyi və effektivliyi haqqında alimlər arasında çox müxtəlif fikirlər mövcuddur. İnkişaf etmiş ölkələr üzrə bir misala diqqət yetirək: 1986-cı ilədək İngiltərədə 160 milyon dozada qızılcaya qarşı peyvəndləmə aparılıb ki, bundan da 5-15 %-də peyvənddən sonra beşinci gün hərarət qalxıb, milyonda birində mərkəzi sinir sisteminin pozulması (ensefalit) halı baş vermişdir.
Tərkibində ölmüş bakteriyalar olan və göy öskürəyə qarşı aparılan peyvənd bəzi hallarda qıcolmalarla müşayiət olunan ruhi çatışmazlıqlara (10 000-də birində), eləcə də baş beynin zədələnmələrinə (300 000-də birində) səbəb olur. Qızılca və difteriya xəstəliklərinə qarşı aparılan peyvəndlər yerli iltihaba və laringit xəstəliyinə gətirib çıxarır. Lakin xüsusi qeyd etməliyik ki, peyvənd olunmadıqda uşaqlar bu xəstəliklərdən tez-tez ölürlər. Ona görə valideynlər bu əməliyatın vacibliyini dərindən dərk etməlidirlər.
Müəllif: C.Ə.Nəcəfov

XƏBƏR LENTİ
Günün ulduz falı - 27.08.2013
Məşhur Bloger Həbs Olundu-SƏBƏB/FOTO
Bədii ədəbiyyata maraq niyə azalıb?
Beynində 25 şiş var idi-Özü özünü sağaltdı-FOTO
"Eurovision 2019"- təmsilçimiz Çingiz oldu?
Ruslardan "Kara sevda"ya etiraz
Dünyada ilklər
Mətbəx masaları
"Artıq ət" nə vaxt kəsilməlidir?
Ana bətni daha dəqiq görüləcək
Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutur
Telegram-da yazışmaları gizlicə oxumaq olurmuş
Alina Boz və Kubilay Aka koronavirusa yoluxdu
Orta məktəb şagirdlərinin diqqətinə: işiniz çətinləşdi
Neft bolluğu problemlər yaradacaq
"Facebook"da nə baş verir?
Emo stili
Toyuq ətli salat (foto resept)
Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO
Ayla Raydan möhtəşəm klip-VİDEO
Ailənin övlad dərdi: problem kimdədir?
Adam başına düşən mənzil sahəsi genişləndiriləcək
“Mad Max” filminin çəkilişləri dayandı
Bakıda 22 dərəcə isti olacaq
Günün qoroskopu:Uğurlu gündür!
Bakıda bazarın fəaliyyəti dayandırıldı - RƏSMİ + VİDEO
CNN: “Alov qüllələri” Azərbaycan tarixinin simvoludur
Utanmaq da bir gözəllikdir
Günün qoroskopu: buyruq quluna çevrilməyin
Kibrit qutusu kimi evlər belə tikilirdi
Kraliça II Yelizavetanın əri xəstəxanalıq oldu-SƏBƏB
Motivasiya edən 19 cümlə
Bakının bu hissəsində qaz olmayacaq
Serenay Sarıkayanın 90 minlik paylaşımı-FOTO
Məşhur markaların siması indi odur-FOTO
Yeni evlənənlərə xoş xəbər
Tuba Büyüküstün rejissorla eşq yaşayır?
Günün qoroskopu: bəzi hadisələri əvvəlcədən təxminləyə biləcəksiniz
Ordumuzun işğaldan azad etdiyi Qəzyan kəndi Azərbaycana “Tikanlı zəmi” şəhidi Əliyar Əliyevi bəxş edib
Suya düşmüş telefon: nə etməli?
Ecazkar xanımların seçimi
Lüks həyatından imtina edib vaqonda yaşayan milyonçu sərvətini bağışladı
Pəhriz saxlamaq nə üçün çətindir?
Tuba Büyüküstün Engin haqqında danışdı-FOTO
Yeni imperatorun ilk əmri sizi də çox çaşdıracaq
Koronavirusun YENİ ƏLAMƏTLƏRİ: bunlar sizdə varsa....
Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA
E. əvvələ aid TİBBİ CƏDVƏL tapıldı
Xüsusi icazəsi olmayan nəqliyyat vasitələri necə aşkar ediləcək? - RƏSMİ
Mətbəxdə tapa biləcəyiniz nəmləndiricilər

- ŞƏRHLƏR