Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) məlumatına görə, sağlamlıq-orqanizmin fiziki, psixi və sosial rifahıdır. Göründüyü kimi sağlamlıq termini özündə 3 əsas məqamı birləşdirir-fiziki, psixi və sosial.
Bir çox hallarda xəstəliyi müəyyənləşdirmək sağlamlığı müəyyən etməkdən daha çətin olur, halsız olmaq heç də xəstəliklə əlaqədar olmur. Məsələn, vərəm, qaraciyərin akoqollu nekrozu, ağciyər xərçəngi inamla xəstəliklərə aid edildiyi halda, bəs qolun və ya hər hansı bir sümüyün sınmasını xəstəlik hesab etmək olarmı? Ümumən zədələri xəstəlik adlandırmaq mümkündürmü? Düzgün olar ki, belə hallar xəstəlik deyil, pozulmalar, anamaliyar, dağılmalar adlandırılsın. Ümumilikdə götürüldükdə xəstəliklər aşağıdakı kimi təsnif edirlər.
1. Patogen orqanizmlərin törətdiyi xəstəliklər: Bir qayda olaraq patogen və ya xəstəliktörədən orqanizmlərə viruslar, bakteriyalar, göbələklər, ibtidailər, yastı və həlqəviqurdlar aid edilir. Bunlar bu və ya digər formada orqanizmin normal işinə maneçilik törədirlər. Bakteriyaların (məsələn, vəba), virusların (məsələn, qızılca), göbələklərin törətdikləri xəstəliklər (məsələn, dəmrov) infeksion xəstəliklər adlanır. Əgər xəstəlik törədən ibtidailərə və ya qurdlara aiddirsə, onda onları parazitar xəstəliklər və yaxud invaziyalar adlandırmaq qəbul olunub. Bu xəstəliklərin ən geniş yayılanı malyariyaradır. Bu xəstəlik barədə növbəti xəbərlərdə danışılacaqdır.
2. ”Antropogen” xəstəliklər: Bu xəstəlikləri sosial və ya sivil xəstəliklər də adlandırırlar. Bunlardan bir çoxu müasir sənaye ictimaiyyəti üçün xarakterikdir. Məsələn, ürəyin işemik xəstəliyi (koronar şuntlama), alkoqolizm, narkomaniya, ağciyər xərçəngi, müxtəlif peşə xəstəlikləri, həmçinin ətraf mühitin çirklənməsi ilə əlaqəsi olan patologiyalardır. Ətraf mühitlə əlaqədar olan qurğuşun və civə ilə beyin zədələnmələri, asmanın bəzi formaları və atim elektrik stansiyalarına yaxın ərazidə yaşayan insanlarda əmələ gələn müxtəlif xərçəng xəstəliklərini qeyd etmək olar.
3. Alimentar çatışmazlıq xəstəlikləri: Qidanın tərkibində müəyyən komponentlərin çatışmazlığı ağır patologiyalara gətirib çıxarır. Məsələn, zülalın çatışmaması keylik və ruh düşkünlüyü (marazm) xəstəliyinin baş verməsinə şərait yaradır. Qidanın tərkibində mineral elementlərin çatışmaması da çox təhlükəli xəstəliklərə gətirib çıxarır. Məsələn, kalsium və fosforun çatışmaması raxit, yodun çatışmaması isə zob xəstəliyini yaradır.
4. İrsi və anadangəlmə xəstəliklər: Bu xəstəliklət nəinki həkimləri, hətta bütün bəşəriyyəti düşündürür. Belə xəstəliklərə misal Hentinqton xəstəliyi və Daun sindromunu göstərmək olar. Anadangəlmə xəstəliklər genetik olmayıb, dölün formalaşdığı zaman normal inkişafın pozulması hesabına yaranan xəstəliklərdir. Məhz təbabətin yüksək inkişafı nəticəsində əvvəllər rast gəlinən həmin xəstəliklər indi müvəffəqiyyətlə müalicə olunar və xəstələr yaşlı formayadək gəlib çatırlar. Belə inamlı müalicələr cəmiyyətdə insanı psixi və fiziki cəhətdən inandırır, tam yararlı həyata qaytarır. Ancaq genetika elminin inkişafı və tətbiqi imkan verir ki, anomaliyar embrional inkişafın ilk dövrlərindən müəyyənləşsin və ondan vaxtında azad olsun. Ümumən anadangəlmə qüsurların çoxlu etik və sosial problemləri məlumdur ki, onları da birtərəfli həll etmək hələlik mümkün deyil.
5. Yaşla əlaqədar olan xəstəliklər: Yaşla əlaqədar orqanizmin toxumalarının təbii degenerasiyası müəyyən anomaliyalara və xəstəliklərə gətirib çıxarır. Məsələn, yaşlı insanda göz əzələlərinin zəifləməsi onlarda tez-tez rast gəlinən uzaqdan görməyə səbəb olur. Sümük və oynaqlarda baş verən dəyişilmələr artritə, arteriyanın elastikliyinin itirilməsi isə aterosklroza səbəb olur.
6. Psixi xəstəliklər: Bu qrupa anomaliyaların geniş yayılmış formalarınaşizofreniya, qocalıqla əlaqədar hafizənin pozulması və depressiya aiddir. Ancaq çoxsaylı dərmanlar bu xəstəlikləri qismən, bəzi hallarda isə tam aradan qaldırır. Qeyd etməliyik ki, ruhi xəstələrə qarşı münasibət həm cəmiyyətdə, həm həkimlər arasında xeyli dəyişilib. Əvvəllər fiziki qüvvə ilə ruhi xəstəxanalara göndərilən xəstələri indi ambuator şəraitdə müalicə etmək mümkün olur.
Yuxarıda qeyd edilən 6 qrup xəstəlikləri iki kateqoriyada cəmləşdirmək olar.
1. İnfeksion xəstəliklər: Bu xəstəliklər xəstə adamlardan sağlam adamlara keçirsə, belə patologiyalar infeksion xəstəliklər adlanır. Onların hamısı yuxarıda qeyd edilən birinci qrupa aiddir. İnfeksiya və invaziyaların törədiciləri insanlar arasında hava-damcı yolu ilə (məsələn, asqırma, öskürmə, danışıqlar), xəstə və onun əşyaları ilə təmasda olarkən, bioloji məhlulla (qanla, sekretlə, spermatozoidlə), cinsi əlaqədə olduqda, müəyyən əşyalardan və qida maddələrindən birlikdə istifadə etdikdə və s. yollarla yayılır. Bir çox hallarda xəstəlik xəstə adamdan sağlam adama xüsusi keçiricilər vasitəsilə yoluxdurulur. Məsələn, insanın malyariya xəstəliyinə tutulması üçün onu hökmən malyariya plazmodisinin daşıyıcısı olan ağcaqanad sancmalıdır, taun xəstəliyinə tutulması üçün birə, səpkili yatalaq xəstəliyinə tutulması üçün isə bitlərin sancması lazımdır.
2. Qeyri-infeksion xəstəliklər: Bu xəstəliklərə isə 2-6 qrup xəstəlikləri aiddir. Xüsusi hal kimi irsi anomaliyalar (4-cü qrup) valideyndən övlada keçən xəstəliklər olub qüsurlu genlər dəsti ilə cinsi hüceyrələrdə nəsildən-nəslə ötürülür, lakin həmin genlərin aktivliyi bir nəsildə özünü göstərdiyi halda, digər nəsildə resessiv formada qala bilər.
Yuxarıda qeyd edilən xəstəlik qrupları arasında ciddi sərhəd qoymaq çətindir. Məsələn, bir çox ürək-damar xəstəlikləri (2-ci qrup) və ruhi xəstəliklər (6-cı qrup) genetik xəstəliklər hesab olunmasa da, lakin onların üzə çıxması hər ikisinin meyilliliyindən asılıdır. Xəstəlik, sağlamlıq kimi fiziki, psixi və sosial amillərlə də əlaqədardır. Məsələln, vərəm və ya alimentar çatışmazlıq xəstəlikləri maddi imkansızlıqdan assosasiya olunduğu halda, infeksion xəstəliklər isə antisanitariya ilə əlaqədardır.
Müəllif: C.Ə.Nəcəfov
XƏBƏR LENTİ
Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi
Gündəlik həyat tərzimiz necədir?
Əhali bu vergilərdən azad edilir - SİYAHI
Tək barmaqla göyə qalxan daşın sirri-FOTO
Ayaqqabı təmizliyi üçün praktik üsullar
“Twitter” satışda - Kim alacaq?
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Düşmənin canlı qüvvəsini və avtomobil texnikasını məhv edən Azərbaycan əsgərini siz də tanıyın - VİDEO
Azərbaycanda zəlzələ olub
Azərbaycan ilk dəfə Çikaqo Səyahət və Sərgüzəştlər sərgisində təmsil olunacaq
Britni Spirs 25-ci ətrini təqdim etdi-FOTO
Ağciyər xərçəngi müalicəsində EBUS üsulu
Klassik gəlinlik geyinməyən gəlinlər
Azərbaycanda zəlzələ baş verib
Soyuq da gözəllik yaradır
Permdə doğulan Ömər Xəyyam
İrem Derici keçmiş əri ilə olan münasibətlərindən danışdı
Bu gün Aşura günüdür
Azərbaycan iqtisadiyyatı il ərzində 5 faiz artıb
Bakıda 37 metrlik yolka
Mumiyalarla bağlı yeni kəşf
Malyariya
İllər sonra etiraf etdi: Mən uşaqkən anam məni 80 yaşlı ... - FOTO
Bülənt Ərsoy koronavirusa yoluxub?
Azərbaycan teatrının 140 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək
Bəyəndim (Like)
"Real"ın ulduzuna 7 milyon qiymət qoyulub
TƏBİB sədri: “Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…”
Qarındakı yağları əridən detoks
Şamaxıda yollar buz bağladı
Hər kəsi təəccübləndirən cütlüklər
''İlan'' salatı
İş axtaranların nəzirənə
Uşaqların uğuruna mane olan 3 valideyn xətası
İlham Əliyev xalqı əmin etdi
Türkiyədə yeni dərs ili onlayn başlayacaq
Tokyonun ən qəribə 5 restoranı
Əliyev: Əgər bir də belə olacaqsa...
Bu şəhərdə internet pulsuz olacaq
Məktəblilərin yaz tətili günlərinə dəyişiklik edildi
Hava xəbərdarlığı
Virtual autizm yayılır
Qiyməli pide (foto resept)
İlin ən yaxşı serialı seçildi - FOTO
Kitab"sevər"lər
Avropa su altında qaldı
Azərbaycan dili - III dərs
40 otaqlı mağara satışa çıxarıldı - FOTO
Kedlərini təmizləyib sosial şəbəkə ulduzu oldu - FOTO
Günün ən xoşbəxt anı
- ŞƏRHLƏR