Həyəcanlandıqda və ya qorxduqda daha güclü, cəld və diqqətli olmağınızı təmin edən adrenalin hormonu orqanizminizə hansı əmrləri verir? Çox güclü təsiri olan bu hormon təhlükəli vəziyyətdə nə qədər ifraz olunur? Ürəyə, beyinə və əzələlərə gedən damarları açan adrenalin molekulları qaraciyərə və dəriyə gedən damarları nə üçün daraldır?
Təhlükə ilə qarşılaşan zaman insan özünü müdafiə etmək və ya dərhal olduğu yerdən qaçmaq üçün orqanizmi daha güclü və cəld olmalıdır. Bu cür fövqəladə hallarda orqanizmdə lazımi tənzimləmə aparılması üçün əvvəla ürəyiniz daha sürətlə döyünməli və daha çox qan vurmalıdır. Belə ki, insan orqanizmi belə hallar üçün qüsursuz yaradılmış və orqanizmimizə təhlükəli vəziyyətdə fəaliyyət göstərən qeyri-adi hormon yerləşdirilmişdir. Adrenalin adlanan bu hormon fövqəladə hal baş verdikdə böyrəküstü vəzilərin daxili hissəsində yerləşən laboratoriyada ifraz olunur və bədənin müxtəlif hissələrinə yayılaraq orqanizmin təhlükəli vəziyyətə uyğun reaksiya verməsini təmin edir.
Qanımızdakı adrenalinin miqdarı nə qədərdir?
Aparılan tədqiqatlar mühüm faktı üzə çıxarmışdır. İnsanın qanındakı adrenalin hormonu aşağıdakı kimi ifadə edilir:
“Əgər orqanizmimizdəki qanı 2 metr dərinliyi, 100 metr diametri olan göllə müqayisə etsək, qanımızdakı adrenalin miqdarı bu gölə tökülən bir çay qaşığı mayeyə bərabər olar”. (Helena Curtis, Sue Barnes, İnvıtation To Biolog, səh. 467)
Miqdarının az olmasına baxmayaraq, bu maddə insan orqanizminə çox güclü təsir edir. Adrenalinin insanlara qazandırdığı bu xüsusiyyətlər yaradılışındakı mükəmməllikdən qaynaqlanır.
Təhlükəli vəziyyətdə lazım olan əlavə qan necə təmin olunur?
Təhlükənin meydana gəlməsilə orqanizmdə həyəcan siqnalı verilir. Beyin böyrəküstü vəzlərə ildırım sürəti ilə əmr göndərir. Böyrəküstü vəzin daxili hissəsində yerləşən hüceyrələr fövqəladə vəziyyət elan edir və təcili surətdə adrenalin hormonu ifraz edilir.
Adrenalin molekulları qana qarışır və orqanizmin müxtəlif hissələrinə yayılır. İfraz olunan adrenalin molekulları damarları tənzimləyir. Bu tənzimləmə təhlükəli vəziyyətdə həyati orqanlara daha çox qan getməsini təmin edir. Bunun üçün ürəyə, beyinə və əzələlərə gedən qan damarlarını genişləndirmə əmri verilir.
Damarların ətrafındakı hüceyrələr adrenalin hormonunun verdiyi əmrə tabe olaraq lazımi damarları genişləndirir. Beləliklə, beyin, ürək və əzələlərin ehtiyacı olan əlavə qan təmin olunur. (Eldra Pearl Solomon, İnsan Anatomisine ve Fizyolojisine Giriş, Çeviri: Doç. Dr. L. Bilkem Süzen, İstanbul, Birol Basın Yayın Dağıtım, avqust 1997, səh. 140)
Adrenalin molekulları nə üçün dəriyə gedən damarları daraldır?
Adrenalin molekulları ürəyə, beyinə və əzələlərə gedən damarları genişlədir, dəriyə gedən damarları isə daraldır. Beləliklə, orqanizm üçün lazım olan əlavə qan təmin olunur.
Dəriyə az qan getməsinin başqa səbəbi də var: əgər yaralanma olarsa, qan itirmə riski azaldılır. Həddindən artıq həyəcanlanan zaman dəridə müşahidə olunan solğunluğun səbəbi də o anda dəriyə daha az qanın getməsidir.
Adrenalin hormonu nəzarət altındadır.
Bədəninizdəki damarların diametri və bu damarların haraya, hansı miqdarda qan daşıdığı gözlə görünməyən hormon tərəfindən tənzimlənir. Adrenalin hormonunun bədəndəki bu fəaliyyəti böyük ağıl, bilik və qabiliyyət tələb edir. Bu çox kiçik molekul nəyi nə vaxt etməyi yaxşı bilir, insanın ehtiyacı olmadıqda orqanizmdə əsla həyəcan siqnalı vermir. Bundan başqa, hansı hüceyrələrə getməli olduğunu, hansılarına necə əmr verilməsini çox yaxşı bilir və bunu heç unutmur. Habelə orqanizmin nə vaxt fövqəladə vəziyyətdən çıxarılması məsələsində də əsla yanılmır.
Əgər səhv olarsa, orqanizmdə qarşısıalınmaz zədələr meydana gələr. Ancaq bu kiçik molekullar böyük məsuliyyətlə işləyir. Bir neçə atomun müəyyən nizamla birləşməsindən əmələ gələn şüursuz, cansız, beyni, gözü, biliyi olmayan mayenin bu qədər ağıllı, mütəşəkkil hərəkət etməsi qeyri-mümkündür. Bütün bunlar orqanizmimizdəki hər molekulu Allahın yaratdığını sübut edir.
Adrenalin molekulları hər orqan üçün müxtəlif funksiya yerinə yetirir. Damara gedən zaman damarı genişləndirən adrenalin molekulu ürəyə getdikdə ürək hüceyrələrinin daralmasını sürətləndirir. Beləliklə, ürək daha sürətlə döyünür və əzələlərə əlavə güc üçün lazım olan qanı ötürür.
Böyrəküstü vəzilər laboratoriya kimi işləyir və bir-birindən vacib hormonları ifraz edir. Böyrəküstü vəzilərdə iki müxtəlif laboratoriya var. Biri adrenal korteks, digəri isə adrenal medulla adlanır. Bu laboratoriyalarda ifraz olunan hormonlar insan üçün həyati əhəmiyyət kəsb edir.
Qaraciyərə çatan adrenalin molekulları buradakı hüceyrələrə qana daha çox şəkər qarışdırmağı əmr edir. Beləliklə, qandakı şəkərin miqdarı artır və əzələlərin ehtiyacı olan əlavə enerji təmin olunur.
Təhlükəli vəziyyətlərdə beyin və böyrəküstü vəzilər arasındakı rabitə ilə orqanizmdə həyəcan siqnalı verilir.
Təyyarədə zədə meydana gələn zaman təyyarəçinin orqanizmində dərhal adrenalin ifraz olunur. Bu maye beyinə daha çox şəkər və qan göndərir, beləliklə, təyyarəçinin daha diqqətli olmasını təmin edir. Qan təzyiqini və ürək döyüntülərini artıraraq daha cəld olmasını təmin edir. Bunlar adrenalinin təyyarəçidə meydana gətirdiyi onlarla dəyişiklikdən bir neçəsidir.
Adrenalin hormonu qana qarışdıqda bütün orqanizmdə həyəcan siqnalı verilir. Həzm orqanlarının hərəkətinə mane olur və həzm prosesini dayandırır. Beləliklə, əzələləri qidalandırmaq üçün mühüm miqdarda qan əldə edilir. Eyni zamanda ürəyin ritmi artır, qan təzyiqi yüksəlir. Ağciyərlərin bronxları genişlənir, oksigenin daxil olması və qanın oksigenlə qidalanması sürətlənir. Qandakı şəkərin miqdarı artır. Bu da əzələləri həddindən artıq enerji ilə təmin edir. Nəhayət, göz bəbəkləri böyüyür və gözlərin işığa həssaslığı artır. Bütün bu təsirlər birləşdikdə insan istər qaçış, istərsə də müdafiə vəziyyətinə hazır olur.
İzhar Kazımov
XƏBƏR LENTİ
Həftəsonu küçəyə çıxanları nə qədər cərimə gözləyir? - VİDEO
Qadınlarda menopauza və müalicəsi
Dadlı tort (foto resept)
Günün qoroskopu - 20.11.2013
Zorakılıq, qızlara yoxsa cəmiyyətə?
Nobel Sülh mükafatına namizədlər açıqlandı
16 kameralı smartfon gəlir
Şumaxer ayıldı və xəstəxanadan çıxdı
Sevgi, evlilik: ən gözlənilməz təklifi kim edəcək?
Saxta kosmetik vasitələr müxtəlif fəsadlara yol açır
Koronavirus vaksininin qiyməti açıqlandı
Yazın ilk çiçəyi
FHN əməkdaşları üçün yeni yaşayış binaları istifadəyə verildi
Fərqlilik sevənlər üçün gəlinliklər
Oskar almağa ən çox şansı olan filmin adı açıqlandı
Bahar Muradovadan Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi iddiaları ilə bağlı AÇIQLAMA
Tibb tarixində DAHA BİR İLK: xəstə 3000 km məsafədən əməliyyat edildi
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
İbrahim Tatlısəs Sibel Canın konsertində ağladı - FOTO
116 ildir yanan lampanın QƏRİBƏ HEKAYƏSİ
Con Frenç Sloanın rəsmləri (3)
BÜRCLƏR bizə nə vəd edir? - 12 APREL
“Taxt-tac oyunları” -nın məşhur aktyoru koronavirusa yoluxdu-FOTO
İlham Əliyev: Niyə də olmasın?
Körpü altında studiya tikdi
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Bakıdadır
Evdə pomidor konservi (foto-resepti)
Qarderobunuzdan yer tutan geyimlər
Bella Hadid ərə gedir-FOTO
Azərbaycan Dövlət Miqrasiya Xidməti noyabr ayı üzrə vəziyyəti açıqladı
Ronaldu PSJ klubuna keçə bilər
Həbsxanadan belə qaçış ancaq filmlərdə olur - FOTO
Fəxrəddin Manafov xanımı ilə - mediada ilk
Özcanla Mahsun Kırmızıgül övladları ilə _FOTO
3 günə 5 kilo arıqladan qatıq pəhrizi
Günün qoroskopu: qərarları vaxtında və sürətlə qəbul edin
Hamiləlikdə qadın psixologiyası
Bu şəxlər 190 manat ala bilməyəcək - Rəsmi
Sərinlədən soyuq şorba (foto-resept)
Tapılan qədim sikkələr dünyanı şoka saldı - FOTO
Bakının ən böyük prospektlərdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bu sezon ən iddialı trendləri
Avropa İttifaqı Krıma uçuşlara müvəqqəti qadağa qoyub
Diri toyuqların satışı məhdudlaşdırılacaq
"Ömürlük deputatlar" parlamentlə vidalaşır
"Gəlin" ləqəbli şəlalə
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Şəhid əsgərimiz təltif edildi
Danışa bilməsə də, milyonlar onu seçdi-FOTO
Bu dəfə Kənanla Kıvanç “toqquşacaq”
- ŞƏRHLƏR