Şənbə və bazar günləri evdən çıxanlar cərimə oluna və həbs edilə bilərlər.
Axşam.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzTV-də yayımlanan “Hədəf” verilişində bildirib:
“Məhdud sayda icazə verilən təşkilatların əməkdaşlarının gediş-gəlişinə icazə verilməsi, fəaliyyətinə icazə verilən təşkilatların xidməti nəqliyyat vasitələri istisna olmaqla şənbə və bazar günü əhalinin evdən çıxmasına, ictimai nəqliyyatın hərəkətinə tam qadağa qoyulub. Kimsə fikirləşməsin ki, mənim portalda icazəm varsa, öz avtomobilimi əvvəlki qaydada istifadə edə bilərəm. Fərdi və İctimai nəqliyyat vasitələrindən, avtobus və taksilərdən istifadəyə icazə verilməyəcək. Bu qadağalar Bakı, Sumqayıt Gəncə şəhərlərinə, Abşeron rayonu və Lənkəran şəhərinə aiddir. Bu hallar istisna olmaqla kimsə evdən çıxarsa, qanunu pozmuş olur. Bu, İnzibati Xətalar Məcəlləsinin bilavasitə 211.1-ci maddəsinin tələbinin pozulması deməkdir.
Əhali başa düşməlidir ki, evdən çıxmaq təkcə maskaların daşınması qaydalarının pozulması deyil. Bu, bilavasitə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 100 manatdan 200 manatadək fiziki şəxslərin, 1500 manatdan 2000 manatadək vəzifəli şəxslərin və 2000 manatdan 5000 manatadək hüquqi şəxslərin məsuliyyətə cəlb olunması deməkdir. Eləcə də cərimədən əlavə fiziki və ya hüquqi şəxslərin bir ay müddətədək inzibati həbs cəzası ilə cəzalandırılması ilə nəticələnə bilər. Ona görə də, hər kəs başa düşməlidir ki, evdən çıxmaq xüsusi karantin rejiminin pozulmasıdır. Ona görə fiziki şəxslər 100 manatdan 200 manatadək cərimə olunacaq, yaxud inzibati qaydada həbs olunacaqlar. Fikirləşməsinlər ki, mən 50 manat cərimə ödəyəcəm, bununla da iş yekunlaşacaq”.![]()
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda bəzi yerlərə sulu qar yağacaq
Azərbaycanda mobil maliyyə xidməti niyə işə salınmır?
Bu gündən hava soyuyur
Tuba Büyüküstün Parisdə 7 milyonluq ev aldı-FOTO
Ördək dimdikli dinozavr növü tapıldı
Dünyadakı ən qısa uçuşlar - CƏMİ 2 DƏQİQƏ...
Dəbli gödəkçələr və jiletlər
Qat-qat xəmirdən tort (foto resept)
Sabahın HAVAsı
Mila Yavoviç paylaşımı ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
AzTV işğaldan azad olunan rayonlarda müxbir postları yaradacaq
I sinfə qəbul qaydalarına yenidən dəyişiklik ediləcək
Tırtıl və çiçək kurabiyə (foto resept)
Tulin Şahin 1 saata 50 min qazanır-FOTO
Sabahın HAVAsı
BÜRCLƏR bizə nə vəd edir? - 29 mart
Məşhur cütlük boşandı
Putin liderləri hədələdi
İlin ilk iş gününün HAVASI
Xərçəngə qalib gəlməyin ən effektiv yolu
Nişan və ya qız toyu donları
Qorxmuram
Alimlər insan ömrünün orta həddini açıqlayıblar
İlk hündürdaban ayaqqabı
“Evdə tək” filmində “Rembo” olarsa - VİDEO
Bəşəriyyətin ən zəngin adamı
Bu çimərliklərdə EHTİYATLI OLUN - YENİLƏNİB
Yas mərasimlərində pul qarşılığında ağlayan qadınlar
Livan hökuməti tam tərkibdə istefa verdi
Uşaqların uğuruna mane olan 3 valideyn xətası
Deyl Karnegidən 12 məsləhət (2)
Leonid Aqutin Bakıya tək gələcək
Facebook-da çoxdan gözlənilən yenilik
Paytaxt sakinləri hələ də donurlar: kimdir günahkar?
Yeni messencer yaradılır
Avropa Parlamentinin üzvü: "Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır"
Həzi Aslanov yad edildi
Alma cemi (foto resept)
Deniz Çakır yenidən GÜNDƏM oldu-FOTO
Geyim kombinasiyaları
Əsl donuz faciəsi
Beren Saat BOŞANMA xəbərlərinə fikir bildirdi
Tənbəl heyvan necə bir heyvandır?
Məşhur aktrisa yenidən gündəmdədir-FOTO
İncə belə sahib olmaq üçün...
Əsgərimiz şəhid oldu
60 artıq orta yaşdır
Kerimcanın əməliyyatdan əvvəlki FOTOları
İrem Derici izləyicilərini təəccübləndirdi-FOTO
Xocavəndin işğaldan azad olunan Daşbaşı kəndi - VİDEO














