Öncə sevgi gəlir, ardından da evlilik ... Yaxşı bəs sonra? Bu problemin cavabı tərəzinin əqrəbini sağa doğru aparan 10 artıq kiloqram ola bilərmi görəsən? Bu doğrudur: mütəxəssislər qadınların evliliklərinin ilk beş ilində sürətlə kökəldiklərini və çəkilərinin birinci ildə orta hesabla 8-10 kilo artdığını söyləyirlər. Bəs ağ gəlinliyin içində qu kimi olduğunuz halınızı necə qoruyacaqsınız?
Araşdırmaların nəticələrinə görə, kişilərin də evlilikdən sonra çəkiləri artır. Amma qadınlara müqayisədə daha az! Bundan başqa, mütəxəssislərə görə, sürətlə kökəlmək yataq otağında da bəzi problemlərə zəmin hazırlaya bilər. Əgər incə bədəninizi və həyat yoldaşınızla əlaqənizi qorumaq istəyirsinizsə, çəkini artıran əsas üç tələ və bunlardan qorunma yollarını öyrənin.
Tələ 1: Toydan əvvəlki aclıq
Çox vaxt evliliklə yanaşı, sürətlə çəki artımının təməl mənşəyi nişanlılıq dövründə edilənlərə söykənir. Ölümcül gəlinlik pəhrizi və toydan əvvəlki aclıq səbəbiylə bir çox qadın bu dövrdə ideal çəkisini itirir. Və bir çox qadın bu dövrdə gündəlik kalori alışını min kaloriylə qaldırır. Hətta gündə ən azı bir, ya da iki saatını idman salonlarında keçirir. Bütün bunları edərək yalnız çəkisini deyil, maddələr mübadiləsinin sürətini də əhəmiyyətli ölçüdə aşağı salır. Yəni, bal ayında qıtlıqdan çıxmış kimi yeməsəniz belə, bu tempi sonsuza qədər qorumayacağınız müddətdə çəkinin artması onsuz da mümkündür.
Mütəxəssislərə görə, həyatımızın heç bir dövründə qısa müddətdə çəkini həddindən artıq azaldan şok pəhrizlər (bir ay və ya daha qısa sürən) saxlamamaq lazımdır.
Tələ 2: Həyat yoldaşınızla ayaqlaşmaq
Bəli, bu haradasa yoldaşınızın günahı kimi qəbul edilə bilər. Bəslənmə mütəxəssisləri qadınların evlilikdə həyat yoldaşlarıyla eyni tezlikdə və eyni miqdarda yemək yeməyə başladıqlarını xatırladırlar. Yeyilən yeməklərin bir xüsusiyyəti də subaylıq dövrünə görə daha yüksək kalorili və daha sağlıqsız olmasıdır.
Mütəxəssislər bu vəziyyətdən ən yaxşı çıxış yolunun (bir az eqoistcə görünsə belə) yeməyinizi yoldaşınızdan əvvəl götürmək, boşqabların ölçüsünə diqqət etmək və mümkünsə çox kalorili yeməkləri yalnız ona görə bişirmək olduğunu söyləyirlər. Restoranlarda da sifarişi əvvəl verərək özünüzü xilas edə bilərsiniz.
Tələ 3: Həyat tərzindəki dəyişiklik
Sevgili olduğunuz dövrdə tez-tez görüşmək üçün gecələr çox gəzdiyinizi, daha çox tətilə getdiyinizi və ictimai fəaliyyətə qatıldığınızı, evləndikdən sonra isə həyatınızın yataq və kreslolar arasında qaldığını yəqin ki, siz də qəbul edirsiniz.
Əlbəttə, evliliyin ilk illərində bazar gününü az qala axşama qədər ev əşyaları arasında keçirməyin hər şeydən daha zövqlü olduğunu mütəxəssislər də qəbul edir. Ancaq əgər formanızı qorumaq istəyirsinizsə, subaylıq dövründəki qədər olmasa da, yenə birlikdə edə biləcəyiniz və sizi hərəkətə gətirəcək bəzi məşğuliyyət tapmağınız şərtdir.
XƏBƏR LENTİ
Koronavirusa görə "Semaşko"da iki nəfər saxlanılır
Toy tortları
Nişan peçenyesi(foto resept)
Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi - FOTO
İyun ayının qalibləri!
İki başlı uşaq doğuldu
Norveç yığması səhvən 15 min yumurta alıb
Gülben Ergen və Yeşim arasında qalmaqal
Qısa və lazımlı məsləhətlər
"2 yaş" tortu (foto resept)
Kəbədə ilk təravih namazı qılındı
Bakı hava limanı leysan yağmasına baxmayaraq həmişəki rejimində işləyir
Bakının bəzi küçələrində qaz olmayacaq
Yaşlı göstərən geyimlər
Paytaxt sakinləri hələ də donurlar: kimdir günahkar?
105 torpağın uyutduğu türk
Ermənilər necə cavab verəcək?
Uşaqlarımızı dəyişən mavi ekranlar
Ən məşhur arıqlama üsulu
Qeyri-adi üzüklər
Metroda mahnı oxudu, həyatı dəyişdi - VİDEO
Kəsmikli bulkalar(foto resept)
Azərbaycanda vahid sosial ödəmə kartı tətbiq olunacaq?
Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (3)
İstanbulda qasırğa
Karantin dövründə sevdiklərinizə nə hədiyyə edə bilərsiniz?
Poğaça (foto-resept)
Quba-İspik-Xınalıq yolunun üzərinə düşən qaya parçasını partladacaqlar
Adi məhsulların gözəllikdə istifadəsi
Bakı küləyi yük maşınını aşırdı
Son dəqiqə: Rusiya ikinci peyvənd üçün tarixi açıqladı
Dərslərə az qaldı...
Tənha insanlar üçün kreslo
Əllər üçün maskalar
Gözəlliyimzdəki xətalar
Qadın.Net-lilərin ilk şərhləri (4-cü hissə)
Dünyanın ən faydalı 13 meyvəsi
Hellouində yadda qalan kostyumlar (2)
İtlərini gəzdirərkən başsız dinozavr tapdı
Yer Kürəsinin kütləsi və maqnit sahəsi
Virtual aləmin reallıqları
Təhsilini bitirə bilməyən şagirdlər üçün şans
Qadın.Net - ilk kiçik toplantı (yeni şəkillər əlavə olundu)
Televiziya əməkdaşları işə necə gedib-qayıdacaq?
Maraqlı bürc təqvimi
Bakıda maraqlı sərgi açıldı
Kriştianu Ronaldu cəngavər oldu
Huawei yeni smartfonunu göstərdi
Bananlı olladilər (foto resept)
İvana Sert hicabda-FOTO
- ŞƏRHLƏR