
Adətən avqustun axırı və ya sentyabrın əvvəllərində valideynlər yeni dərs ilinə hazırlığa başlayırlar. Məktəb ləvazimatları mağazalarında adəm əlindən iynə atsan, yerə düşmür. Kimi övladına çanta seçir, kimi dəftər-qələm alır, kimisi isə sadəcə qiymətlərlə maraqlanır.
Metronun "28 May" stansiyasının keçidində - ticarət mərkəzində nisbətən münasib qiymətlər olduğu üçün burada alış-veriş daha çox idi. Valideynlərin bir qismi qiymətlərdən şikayət etmir və orta hesabla, məktəbli formasını çıxmaq şərtilə bir şagirdə 70-80 manat pul xərcləndiyini bildirir. Bir qismi isə qiymətlərin bahalığından gileylənir. Paytaxt sakini Lətif Zeynalovun sözlərinə görə, ailədə yalnız o işləyir və heç yerdən köməkləri yoxdur: "4 uşağa məktəbli geyimi, məktəb ləvazimatları almaq təxminən 350-400 manata başa gəlir. Sonra da ilboyu dəftər, qələm, geyim və s. alınır. Məktəbli forması ilə yanaşı, ayaqqabı, corab, alt geyimi və s. də almaq lazımdır".
31 yaşlı Zeynəb Cəbrayılzadənin 2 qızı var: "Çalışıram uşaqlar üçün vacib olanları alım. Qızıma ətək və kofta alıram. Məktəbli geyim dəstindən ancaq yupka almışam. Məktəb üçün əsas çanta lazımdır. Onu da hələ ala bilməmişəm. Bundan başqa, dəftər, qələm, rəngli qələmlər, rəsm dəftəri, xətkeş almaq lazımdır. Kitabları məktəb verir deyə çox razıyam. Başqa şeyləri də lazım olduqca alacağam. Elə də çox xərcləmirəm".
Müəllim Toğrul Səfərov həyat yoldaşı və qızı ilə birlikdə alış-verişə çıxıb. O, məktəb ləvazimatları, məktəbli üçün lazım olan geyim və başqa aksessuarların baha olduğunu deyir: "Yalnız dəftər, qələm, pozan, qayçı, yapışqan və s. bu kimi ləvazimatlar üçün 1 uşağa 52 manat xərcimiz çıxdı. Onun üçün başqa şeylər də almalıyıq".
Keçiddəki məktəb ləvazimatları mağazasının müdiri Natiq Həsənovun sözlərinə görə, 1-ci siniflər üçün əsasən dəftər, qələm, iş dəftərləri alırlar. Dediyinə görə, alıcı bahalı malları alsa, bir şagirdin ləvazimatlara olan ehtiyacını ödəmək üçün təxminən 100, ən ucuzlarını alsa isə 30 manatı çıxacaq: "Məktəb ləvazimatlarının qiymətləri müxtəlifdir. Kitablar 3-5 manat, 1-ci sinif dəftərləri 7-15 qəpik, 10-20 vərəqli 20 qəpik, 48 vərəqli 50 qəpik, 96 vərəqli 1 man 50 qəpik-1 manat, qayçı 70 qəpik, korreksiya edən qələm 40 qəpik - 1 manat, rəngli qələm dəstləri - 12 dənəli 1 manat 30-1 manat 50 qəpik, 24 dənəli 2 man 70 qəpik, iri rəngli qələmlər 3 manat, rəsm dəftərləri 40-70 qəpik-1 manat, flomaster 1 manat 70 qəpik - 5 manata qədər, boya 2 manat-2 manat 50 qəpik, yapışqan 30 qəpik - 1 manat, plastillinlər sayına və çəkisinə görə (oyun hamuru) 1 manat 20 qəpikdən başlayaraq 5 manata qədər, dəftər üzləri 5-20 qəpik, qələm qabı 3-4 manat, su qabı 4-5 manatdır".
Qeyd edək ki, "Sədərək" ticarət mərkəzində də qiymətlər oxşardır. Amma topdan alanlar üçün endirimlər olur.
Məktəbli çantalarına gəlincə, qiymətlər 12 manatdan başlayaraq 65-70 manata qədər dəyişir.
Ticarət mərkəzlərində məktəbli formaları da satılır. Özünü təqdim etmək istəməyən satıcının sözlərinə görə, satdığı məktəbli şalvarları Bakı Tikişi Evinin məhsullarından fəqlidir və təmiz pambıqdandır. "Bizim mallar Türkiyədən gətirilir. "BTE"nin formaları keyfiyyətsizdir və tez cırılır", - deyə satıcı iddia edir.
BTE-dən aldığımız məlumata görə, aşağı siniflər üçün forma dəsti 40 manat, yuxarı siniflər üçün 52 manata başa gəlir.
"Bazar Store" marketində də məktəb ləvazimatları şöbəsinə baş çəkirik. Burada qiymətlər bir qədər fərqlidir. Belə ki, "Hello Kitty" dəftərləri 2 manat 55 qəpik, "Süngər Bob" cizgi filmi qəhrəmanı təsvirli 40 vərəqli dəftə 5 manat, böyük dəftər 1 manat 75 qəpik, qeyd kitabçaları 4 manat 35 qəpik, pozan 99 qəpik, pozan, qələm, yontan dəsti 1 manat 59 qəpik, çantalar 33 manat 22 qəpik, rəsm dəftərləri 2 manat 19 qəpik, su qablarının qiyməti 1 manat 99 qəpikdən 4 man 25 qəpiyəcən dəyişir. Çantalara gəlincə, endirimli çantalar 22-39 manatadır.
"Qrafika" mağazasının satıcısı Vəli Həsənovun sözlərinə görə, ən yaxşı çantalar Almaniya istehsalı olan ortopedik çantlardır: "Onlar çox möhkəmdir və uzun müddət üçün istifadəyə yararlıdır. Bu çantaların içində su qabı, qələm qabı var".
Burada qızlar üçün rəngarəng "Barbi" və başqa təsvirli, oğlanlar üçün cizgi filmi qəhrəmanları təsvirli tutacaqlı və tutacaqsız çantalar 49 manat 50 qəpikdən başlayaraq 61 manat 80 qəpiyəcəndir. Ortopedik çantalarsa 170 manat 30 qəpik - 209 manat 60 qəpikdir.
Həsənov bildirib ki, mağazada ən ucuz məktəbli qələmi 20 qəpik, ən bahalısı isə 10 manatdır. Ən ucuz dəftər 30 qəpik, bahalısı 10 manat, xətkeşlər 70-80 qəpikdir: "Bu mağazada satılan mallar daha keyfiyyətli olur və uşaqlar üçün ziyansızdır".
Onun dediyinə görə, rəngli qələmlər 1 manat 60 qəpikdən 5 manat 40 qəpiyə qədər, 12 dənəli flamaster 1 manat, 24 dənəli 6 manat 80 qəpik, boya akvarel - 5 manat 70 qəpik, balaca boyalar 1 manat, su qabı 13 manat 20 qəpikdir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Meyvəli tort
Bel ağrısı
Bəyazdan Acuna: “Sənin nə dərdin var ki?”
Ürəksiz və nəbzsiz yaşayan ilk insan
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Sentyabrın 15-də...
Şaftalı pirojnası (foto-resept)
100 yaşlı məhbusa ölüm hökmü verildi-FOTO
Şükür etməyin ən yaxşı yolu hansıdır?
Kreativ əşyalar
TQDK-nın binası belə olacaq
Peruda 7.5 bal gücündə zəlzələ oldu
ABŞ təyyarəsi 16 əfqan öldürüldü
Ürək xəstəliklərindən qaynaqlanan nəfəs darlığı
Ayın ən maraqlı xəbəri (May ayı)
Hava haqqında
BÜRCLƏR bizə nə vəd edir?-28 Mart
İlham Əliyev marketdə - FOTO
Qadın və ananın həqiqi məqamı
Beren Saat ilk dəfə AÇIQLAMA verdi
Prezidentin köməkçisindən fransalı parlamentarilərin işğal olunmuş ərazilərimizə səfəri ilə bağlı AÇIQLAMA
Emilia Klark özünə QADAДћAlar qoydu
Jan Klod Van Damm başlatdığı kampaniya ilə hər kəsin diqqətini çəkdi
Düyü salatı (video-resept)
Rusiyanın baş hərbi prokuroru Türkiyədən yardım istəyir
Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM
Şahzadə Diananın indiyədək görmədiyiniz FOTOLARI
Həkimlərə qadağa!
Torpaq fırıldaqçılarından ehtiyatlı olun
Səkkiz il yeyib içməyən yoq öldü
Putin raketləri irəli çəkdi
Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlanıb
I Vitse-prezident Mehriban Əliyeva konfransda çıxış etdi
Təhsil Nazirliyi: 1000-ə yaxın tələbə bir ali məktəbdən digərinə köçürülüb
"Bizi "Eurovision"da Elnur təmsil edəcək"
Yeni dünya rekordu: kəndi qar örtdü
Film festivalında jüri olacaq - FOTO
Daha bir ölkə Qarabağla bağlı qərəzli qətnamə qəbul etdi - XİN-dən SƏRT REAKSİYA
Beren Saata AДћIR İTKİ-FOTO
Paşinyan biabır oldu: Müsahibə zamanı hökumət evinin işığı söndü - VİDEO
Uzunömürlülüyün açarı
Zeytunlu, xiyarlı salat (foto resept)
Ən təhlükəli tətil əraziləri
3 ilə 600 milyona yaxın pul qazandılar
Facebook-da yenilik
Səhv etmişəm?
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
Ebru Gündeş 6 ildən sonra İLK DƏFƏ
Esmaü'l Hüsna
Binəli Yıldırımdan Zəfər paradı ilə bağlı paylaşım















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]