Qatığın sağlamlığa faydası
Qatıq- səhərdən axşama qədər günün hər saatında yeyilə biləcək möcüzəli bir qıdadır.Qatıq suyu ilə birlikdə yeyilməlidir.Süzmə qatıqda "B" vitamini qalmır.Çünkü, vitaminlər həmişə qatığın suyunda olur.
Şəkər xəstələri üçün faydalı bir nemətdir.Şəkər xəstələrinə veriləcək qatıq, köhnə olmamalı və qaymağı alınmış olmalıdır.
Səhər nahardan sonra yeyilən qatıq, həzmi asanlaşdırıb, bağırsaqların fəaliyyətinə kömək edir.Hər yaşda hər kəs üçün uyğun bir qidadır.Ancaq, mədəsi çox həssas olanlara, onikibarmaq bağırsaq xorası olanlara pis təsir edir.Qatıq, xəstələr və zəif olanlar üçün süddən daha yüngül həzmi asand bir qidadır . Eyni zamanda bağırsaqlarda olan təhlükəli və zərərli mikrobların (Amiplərin) çoxalmalarına və hətta yaşamalarına mane olan bir nemətdir.Bu səbəbdən qatıq sanki bir dərman kimi tövsiyə edilir. Vərəmli xəstələrə antibiotik təsiri göstərir.
Qatıq eyni zamanda yoluxucu xəstəliklərin müalicəsində də olduqca əhəmiyyətə malikdir.Uşaqların yoluxucu qaraciyər iltihabı (hepatit) xəstəliklərinin dietik müalicələrində istifadə olunur.
Bundan başqa, üzə vurularsa dərini canlandırar.20 dəqiqə qalsın dərinizdə, sonra da gül suyu ilə silin.Rahat bir yuxu üçün də qatıq yeyə bilərsiniz.
Minerallar
Kalsium: Sümük, diş və saç inkişafını təmin edir, sinir sistemini nizamlayır,əsəbləri sakitləşdirir.Bunu bilməlisiniz ki, gözəlliyi pozan ən qorxunc şey; hirsli və əsəbi olmaqdır.
Fosfor: Bədən üçün ən əhəmiyyətli mineral, fosfordur.Bu mineral, toxumaları, sümük, diş və bütün hüceyrələri yeniləyir, B qrupu vitaminlər fosforla birlikdə çalışır.
Gözəl dəri
Yumşaq bir dəri üçün A vitamini çox əhəmiyyətlidir. A vitamini ən çox kərə yağında olur. A vitamini gecə korluğundan qorunmaq üçün, saçların və dərinin gözəlləşməsi üçün faydalıdır A vitamini pendirdə də bol miqdarda var. Bu vitamin balıq yağında da çox miqdarda vardır. Günəbaxan tumu və balqabaq tumundan bol istifadə edin.Bunlarda sink vardır. Bədəndə sink əskikliyi isə dərinin daha tez qırışmasına gətirib çıxarır.Səhər və axşam kivi yeyin. Bu meyvənin tərkibindəki C vitamini,qan dövranını hərəkətə keçirər və bunun nəticəsi olaraq dəri daha yaxşı qidalanır.
Qüvvətli dırnaqlar
Hər gün qatıq yeyin. Qatıqda dırnaqların əmələ gəlməsi üçün əhəmiyyətli olan zülal vardır. Toz jelatin də bu təsiri çoxaldır. Qırılan dırnaqlara qarşı qoz və yer fındığı yeyin. Hər ikisi də dırnaqları möhkəmləndirən biotinlə zəngindir.
Gündə iki dəfə 150 ​​qram yağsız pendir yeyin. Pendirdəki kalsium diş ətini qüvvətləndirər, dişləri sağlamlaşdırar. Bundan başqa balıq və ev heyvanları da dişlərin sağlam olması baxımından əhəmiyyətlidir. Bunlarda dişləri möhkəmləndirən fosfor var.
Bol zülalla zəngin olan qidalar (pendir, ət, balıq, ev heyvanları) salatla birlikdə yeyildiyində saç gur olar. Çünki saçın yüzdə 97-i zülal maddəsi olan keratinden ibarət olur.Həftədə dörd yumurta yeyin. Yumurtada saça parlaqlıq verən bol miqdarda kükürd vardır.
Sağlam gözlər
Həftədə üç dəfə az bir miqdar bitki mənşəli yağla bişirdiyiniz kök yeyin. Kökdəki A və E vitaminləri görməni qüvvətləndirər, gözlərə parlaqlıq qazandırırlar. Kəpək, çovdar çörəkləri ehtiva etdikləri selen elementinə görə gözləri xəstəlik mikroblarından qoruyar.
Mütəxəssislər mobil telefon, kompyuter, televizor ve s. radiasiya yayan cihazlardan gün ərzində çox istifadə edenlərin her gün iki stəkan qatıq yemələrini məsləhət görür. Araşdırma aparan alimlərin sözlərinə görə, qatığın bədəndə olan zərərli maddələrin ifraz edilməsində əhəmiyyətli rolu var.
Hamınıza sağlam həyat arzulayırıq!
XƏBƏR LENTİ
Qadınların seçimi: kosmetika, yoxsa kitab?
Gilasın faydaları
Bakının bir hissəsində su olmayacaq
“Yalnızlığın bal ayı” Polşada
Bədbəxtliyimizdən qurtulaq!
Ronaldodan türk dostuna sürpriz hədiyyə
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Görəsən, məndə göz var ?
Qan qrupuna görə xəstəlik riski
Qaz olmayacaq
Məşhur aktrisa həbs olundu-SƏBƏB
Qışda dodaqlar üçün maskalar
Sabundan hazırlanmış incəsənət
Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO
Tovuz atəşə tutuldu
Koronavirusla bağlı son STATİSTİKA
Sevgilisinə evlilik təklifi etdi: üzük dənizə düşdü – VİDEO
Hava necə olacaq?
Buraxılış imtahanın keçiriləcəyi şəhər və rayonların adları açıqlandı - SİYAHI
"WhatsApp"da yenilik
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
İdeal pəhrizin incə məqamları
"Facebook"un bu yeniliyi sevilməyəcək
Parıltılı dəri effekti
Sürücüsüz avtobuslar xəttə buraxıldı-FOTO
"Nəvəmin mənə nənə deməsini istəmirəm" - Seda Sayan
London Moda Həftəsi
Qəbrdən oğurlanan cəsəd-QƏRİBƏ ADƏT
Günün ulduz falı
Sabahın HAVAsı
Bakıdakı apteklər niyə bağlanıb?
Azərbaycanda qaçqın və siyasi sığınacaq alan şəxslərin işləməsi asanlaşdı
Uşaqla oynayan prezident qabırğasını sındırdı
DİM abituriyentlərə daha bir şans verdi
Çində matəm elan edildi
Adamı meymun bilib güllələdi
Daha sağlam və daha gözəl əllər üçün
Ən ikonik 5 dəb nümunəsi
"Kanal S"in 5 yaşı tamam olur
Cadu, əməl varmı?
Sukerberqin sərvəti 23 milyard azaldı
Sürüşmə sahələri aktivləşib
Barak Obamadan İlham Əliyevə məktub
Ramazan ayının 7-ci gününün duası
Düşmən gecə basqın etdi, itki verərək, geri oturduldu - RƏSMİ
Kəsmikli alma piroqu(foto resept)
İnfeksionistdən həyəcan təbili: “Digər xəstəliyi olmayan gənclər də koronavirusdan ölür”
Qızının xərçəng olduğunu bir şəkildən anladı-FOTO
Günün qoroskopu: insanlarla rahat dil tapacaqsınız
Gmail-də daha bir yenilik
- ŞƏRHLƏR