Bakıda hava
USD AZN
EUR AZN
15:30Feride Pərvizin qaçmağı zəyifdi 15:30Feride Adada ayrı dava saldı oyunda ayrı sora uzr istədi də 15:29Feride Ayla Pərvizdə gunah yoxduye o yemək bişirənin hiyləsidi 11:39Ayla Ayla Perviz deyesen esebi adamdi 11:38Ayla Ayla Hamiya salammm Survivora kim baxdijQuery162089170006099228_1581925069530?? 08:45Xəyalə Murad Yeni iş və dərs günü hər birinizi salamlayırıq! 08:45Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41418

Bu həyatda öz yerimi necə tutum? (9)

 

Bu həyatda öz yerimi necə tutum? (9)

 

15. Praktiki düstur.
Əgər bir sözü dilinizə gətirməmişdən qabaq onun haqqında bir daha düşünsəniz, dilinizə gətirdikdə ikiqat gözəl təsir edəcəkdir. Bəlkə də heç deməyə də ehtiyac qalmayacaqdır.

16. Qısqanclıq və tərk etmək (Bilmirəm nədəndir, 2013-cü ilin mart ayının 1-i paylaşmışdım bunu. Dünən də bu mövzuya toxunmuşdum. Nə hikməti var, bilmirəm. Arxivdən paylaşıram)

Qısqanmaq və tərk etmək

- Hətta əgər öyrənsən də, qısqanmayacaqsan?
- Qısqanmaq? Nəyə əsasən?
- O ki, əgər mən sənin yanında olduğuma baxmayaraq, keçmişimdə olan hər hansı bir qadın haqqında düşünsəm? Səni tərk edib həmin qadının yanına gedəcəyimdən narahat olmazdınmı?
- Yox.
- Yəqin ki, məni sevmirsən.

 

Bu həyatda öz yerimi necə tutum? (9)

 

- Başa düşmürsən, nə danışırsan. Sevginin qısqanclıq və ya itirmək qorxusu ilə heç bir əlaqəsi yoxdur. Mən səni sevirəm, amma başqa qadını yadından çıxara bilmirsən deyə, getmək istəsən - bu yaxşı bir hal olacaq. Bu elə həqiqət olacaq. Çünki, əgər sən qalsaydın, bu o demək olacaqdı ki, sən yalan danışırsan. Əgər getsən, bu sadəcə o anlamı daşıyacaq ki, biz bir-birimizə uyğun gəlmirik və sənin getməyin yaxşıdır. Çünki sən qalsan, mənə uyğun gələn birisinin yerini tutmuş olacaqsan. O kəs ki, mənə uyğun gəlir və məni tərk edib çıxıb getməyəcək. Nədənsə narahatçılıq hissi keçitmək lazım deyil. Hər şey hər zaman yaxşıdır.
- Sən elə əcaib tərzdə sevirsən ki... Elə bil ki, bağlanmağı heç bacarmırsan, qısqanmırsan...

 

Bu həyatda öz yerimi necə tutum? (9)

 

- Sən hələ də anlamırsan ki, nə danışırsan. Sevginin bağlanmağa heç bir aidiyyatı yoxdur. Bağlanmaq və qısqanmaq - səni sevməmək deməkdir. Özünü kimdənsə pis hiss etmək, səni olduğun kimi heç kəs sevməyəcək deyə qorxmaq. Müqayisə etmək. Sən özünü heç kəslə müqayisə edə bilmirsən. Sən elə sənsən. Sənin şəxsi həyatın var. O sənə verilmişdir. Bu vergidir. Onu özünü başqaları ilə müqayisə etməyə xərcləmə. Bu yanlış fikirdir. Sən yalnız özünə baxmalısan. O zaman səhv etməyəcəksən. O zaman heç kəs getməyəcək, çünki sən dərhal bu insanın sənə uyğun gəlib-gəlmədiyini görəcəksən.

Səslərin sayı: 1
1
1054
Şərhlər
Offline
Fatma xanım
Mən səni sevirəm, amma başqa qadını yadından çıxara bilmirsən deyə, getmək istəsən - bu yaxşı bir hal olacaq.Eh elə bilirsən deyib getmək asandı
13 mart 2016 12:15
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!