Son zamanlar qadına qarşı zorakılıq halları artmaqdadır. Bu zorakılıq hərəkətləri adətən kişilər tərəfindən edilir. Belə halların qarşısının alınmasında ailənin öhdəsinə böyük vəzifələr düşür. Valideynlər oğlan uşaqlarının zorakılığa meylli olduğunu hiss etdikdə vaxt itirmədən bunun qarşısını almaq üçün bir sıra yollara əl atmalıdırlar. Bunun üçün lazım gəldikdə psixoloq və pedaqoqlardan yardım istənməlidir. Yoxsa gələcəkdə bədbəxt hadisələrin baş verməsi qaçınmaz ola bilər.
Elə bir neçə müddət bundan öncə Türkiyədə baş vermiş bir hadisə buna bariz nümunədir. Bu cinayət hadisəsi Türkiyənin televiziya kanallarında günlərlə müzakirə mövzusu olmuşdu. Həmin hadisə yanlış anlaşılmaların bəzən insan həyatına son qoyduğuna nümunə sayıla bilər. Bəs hadisə necə baş vermişdi? Bir ailənin gəlini telefonla kiminləsə danışırmış. Söhbəti bitirdikdən sonra qaynı ondan kiminlə danışdığını soruşub. Gəlin isə suala "Sevgilimlə danışırdım" deyə cavab verib. Bunu eşidən qaynı əsəblərini cilovlaya bilməyib. Gəlinlərinin qardaşına xəyanət etdiyini düşünüb və mətbəx bıçağı ilə onu qətlə yetirib. Daha sonra polis idarəsinə gedərək cinayət işlədiyini etiraf edərək təslim olub. Polis qadının telefonunu araşdırıblar. Və bu araşdırmalardan əldə edilən nəticə insanın tüklərini ürpədir. Sən demə, gəlin qətldən öncə telefonla öz həyat yoldaşı ilə, yəni qatilin qardaşı ilə danışıbmış. "Sevgilim" dedikdə öz həyat yoldaşını nəzərdə tutubmuş. Qatilə nə qədər iş verildiyini bilmirəm. Bildiyim tək şey budur ki, cavan bir gəlinin həyatı heç nədən puç oldu. Özünü müdafiə etmək şansı verilmədən, "Sevgilin kimdir?" soruşulmadan mühakimə edildi.
Əminəm ki, belə hadisələrin, səhv anlaşılmaların qurbanları az deyil. Belə hadisələrin qurbanları da əsasən qadınlar olur. Ən azından insanları mühakimə etmədən səbəbini soruşmaq lazım deyilmi? "Niyə etdin?", "Səbəb nədir?" deyə soruşmaq çoxmu çətindir?
XƏBƏR LENTİ
Azərbaycan "Karlovy Vary Tourfilm" Beynəlxalq Film Festivalında iştirak edir
Adriana Limanı o əvəzləyəcək-FOTO
Fəslin ən rahat ayaqqabıları
Günün ulduz falı
Uşaqların diş sağlamlığı üçün tövsiyələr
Günün ulduz falı
Hava necə olacaq?
Dünyanın ən gözəl polisi İnstagram ulduzuna çevrildi
Limonlu bisküvit (foto resept)
Gəncəyə məxsus suvenirlərin satış məntəqəsi yaradılacaq
Qara donun tarixi haqqında
Bilirsinizmi?
Ziyafət donları
Polyaklar dilimizi öyrənəcəklər
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Uşaqların fiziki tərbiyəsi
Qadın xoşbəxtliyinin geni tapılıb
Britaniya gözəli koronavirusla mübarizə üçün həkimliyə qayıtdı-FOTO
Gülməli heyvanlar (3)
Duma qondarma " erməni soyqırmı"na dair bəyanat verəcək
Ən çox rastlanan ayaq problemləri
Göstəriş: "Ancaq kartı olanlarla işləyin"
Centlmenliyə gedən 10 addım
Bərə qəzası: 34 ölü, 70 itkin
Kələmli cəfəri salatı (foto resept)
Azərbaycanda 50 və daha yuxarı yaşda ana olan qadınlar var
Mavi şəhər
Azərbaycanda telekommunikasiya trafikinin idarə edilməsi dövlətin nəzarətində olacaq
Hamam dəstləri
Manqolu Chia pudinqi (foto resept)
Rusiyada quş qripi yayıldı
Ledi Qaqa geyimi ilə diqqət çəkdi-FOTO
Yara izlərini döymə ilə örtən vyetnamlı sənətkar
Uşaqlarda irsi xəstəliklərin yoxlanılması (yeniliklər)
İş həyatında xoşbəxtliyi tapmaq üçün tövsiyələr
Şokolad souslu peçenye (foto resept)
Tibbin aciz olduğu xəstəlik- FOTO
Azərbaycan polisi Kəlbəcərdə postlar qurdu - FOTO
Arıqlamaq istəyərkən yol verilən səhvlər
Fındıqlı piroq (foto resept)
Ətli və kəsmikli blinçiklər (foto resept)
Azərbaycan tarixindən yüz şəxsiyyət-45
Rəngarəng qotazlar hazırlayaq
Təəccüb yaradan ixtiralar
Dəmiryolu vağzalının yanındakı meydan və yol bağlanır
Körpəsi diş çıxaran analara tövsiyələr
Qadınlar həyatda ən çox nə istəyir
"İşğal olunmuş torpaqların geri qaytarılmasına ümidlər artıb"
Bol limonlu sarmısaqlı balıq (foto resept)
Düşmən AzTV-nin maşınını atəşə tutdu: Yaralı var
- ŞƏRHLƏR