Son zamanlar qadına qarşı zorakılıq halları artmaqdadır. Bu zorakılıq hərəkətləri adətən kişilər tərəfindən edilir. Belə halların qarşısının alınmasında ailənin öhdəsinə böyük vəzifələr düşür. Valideynlər oğlan uşaqlarının zorakılığa meylli olduğunu hiss etdikdə vaxt itirmədən bunun qarşısını almaq üçün bir sıra yollara əl atmalıdırlar. Bunun üçün lazım gəldikdə psixoloq və pedaqoqlardan yardım istənməlidir. Yoxsa gələcəkdə bədbəxt hadisələrin baş verməsi qaçınmaz ola bilər.
Elə bir neçə müddət bundan öncə Türkiyədə baş vermiş bir hadisə buna bariz nümunədir. Bu cinayət hadisəsi Türkiyənin televiziya kanallarında günlərlə müzakirə mövzusu olmuşdu. Həmin hadisə yanlış anlaşılmaların bəzən insan həyatına son qoyduğuna nümunə sayıla bilər. Bəs hadisə necə baş vermişdi? Bir ailənin gəlini telefonla kiminləsə danışırmış. Söhbəti bitirdikdən sonra qaynı ondan kiminlə danışdığını soruşub. Gəlin isə suala "Sevgilimlə danışırdım" deyə cavab verib. Bunu eşidən qaynı əsəblərini cilovlaya bilməyib. Gəlinlərinin qardaşına xəyanət etdiyini düşünüb və mətbəx bıçağı ilə onu qətlə yetirib. Daha sonra polis idarəsinə gedərək cinayət işlədiyini etiraf edərək təslim olub. Polis qadının telefonunu araşdırıblar. Və bu araşdırmalardan əldə edilən nəticə insanın tüklərini ürpədir. Sən demə, gəlin qətldən öncə telefonla öz həyat yoldaşı ilə, yəni qatilin qardaşı ilə danışıbmış. "Sevgilim" dedikdə öz həyat yoldaşını nəzərdə tutubmuş. Qatilə nə qədər iş verildiyini bilmirəm. Bildiyim tək şey budur ki, cavan bir gəlinin həyatı heç nədən puç oldu. Özünü müdafiə etmək şansı verilmədən, "Sevgilin kimdir?" soruşulmadan mühakimə edildi.
Əminəm ki, belə hadisələrin, səhv anlaşılmaların qurbanları az deyil. Belə hadisələrin qurbanları da əsasən qadınlar olur. Ən azından insanları mühakimə etmədən səbəbini soruşmaq lazım deyilmi? "Niyə etdin?", "Səbəb nədir?" deyə soruşmaq çoxmu çətindir?
XƏBƏR LENTİ
Dünyanın sonu yaxınlaşır
Gülməli heyvan şəkilləri
Ermənilər Dağlıq Qarabağı itirir
Nişan üçün don modelləri
Cənubi Koreyada məcburi maska rejimi tətbiq edildi
Nazirlik “Arsak” qalmaqalına aydınlıq gətirdi
"SHELL" Residence by Kotari Ide
Badımcan küküsü (foto resept)
Moskvada güclü fırtına gözlənilir - XƏBƏRDARLIQ
Dünyanın ən qocaman ailəsi özünün uzunömürlülük sirrini açıb
Vanqanın 2020-ci il PROQNOZU
Jennifer Lopez ilin ikonası adına layiq görüldü-FOTO
1 gün ac qalmağın sağlamlıq üçün 10 FAYDASI
Aygün Bəylərin ərə getmək xəbəri YALAN ÇIXDI - VİDEO
Bananlı tort (foto resept)
"Halloween" mövzulu tortlar
Maraqlı görünüşə malik tortlar
Hadise yenə "hadisə" yaratdı-FOTO
Türkiyə prezidentinin Qarabağ arzusu
Arıqlamaq üçün üsullar
Günün qoroskopu:Hisslərinizin əsiri olmayın
İtirdiyi 1000 lirəni tapan qadın dəli oldu
Mövsümün ilk "El Klassiko"sunu qaçırmayın: "Real" "Barselona"nın qonağıdır
Yay havası gəlir
Kadir Neslihanı belə TƏBRİK ETDİ - FOTO
Ölümün bir addımlığında: Beyin travması
Siqareti tərgitmək üçün yeni üsul
Beyin qanaması keçirən Şeroun Stoundan ETİRAF
Azərbaycanda yağış yağacaq, şərq küləyi əsəcək
Gülən uşaqlar 4
Günəşli hava sabah da davam edəcək
Dollarla krediti olanlara ŞAD XƏBƏR
Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı
Korona De Virus adına görə ələ salınan uşağa dəstək oldu - VİDEO
"Azərbaycanda qadınların siyasi fəallığı artır"
Rəcəb Tayyib Ərdoğan nazirlərlə səfərə çıxdı
Onlara yox deyə bilməyəcəksiniz
Uşağa hansı adları qoymaq məsləhətdir?
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur
Məşhur cütlük yenidən boşanır-SƏBƏB-FOTO
Hava haqqında
Təhsil Nazirliyi TQDK-nın mövqeyini cavablandırdı
Cadugərlik,sehrbazlıq,ovsunçuluq- bunlara inanırsınızmı?
Daha 3 medal qazandıq
Vitaminlərin sirləri
Üçrəngli bayrağımız Azərbaycan səmasında - VİDEO
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Türkiyənin son Ukrayna qərarı
Nəticələr açıqlandı: 4 nəfər 700 bal toplayıb
Cəbhədə gərgin gecə
- ŞƏRHLƏR