Babayev Nəbi Ələkbər oğlu 1924-cü il dekabrın 10-da Bakı şəhərinin yaxınlığındakı Xırdalan kəndində dünyaya gəlmişdir. O ikinci dünya müharibəsində iştirak etmişdir. Bir neçə ali təhsil almış, neçə-neçə vəzifələrdə çalışmışdır. Çoxlu mükafatlar qazanmışdır. Nəbi Xəzrinin şeir və poemaları bir çox dillərə tərcümə edilib nəşr edilmişdir. Poeziyası, böyük vətəndaşlıq qayəsi geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Onun yazdığı seirlər sevilərək oxunduğu kimi, sevilərək də bu şeirlərə mahnılar bəstələnmiş və böyük zövqlə oxunulmaqdadır. Nəbi Xəzrinin yaradıcılığı daima yüksək qiymətləndirilib. Onun dram əsərləri dəfələrlə Azərbaycan tamaşasına qoyulmuş, sevilərək izlənilmişdir. 10-a yaxın filmoqrafiyası var. Nəbi Xəzri 2007-ci il yanvarın 15-də, 82 yaşında əbədi olaraq gözlərini yumdu, bu dünyadan köçdü.
Onun yaradıcılığından çox danışmaq olar. Mənim sevdiyim şairlərdən biri də Nəbi Xəzridir. O bu gün olmasa da özündən sonra bizlərə qoyub getdiyi qiymətli yazıları hələ də sevilməkdədir. Bu gün sizə, onun ən çox sevdiyim şeirlərindən biri olan " Mənim ürəyim " adlı şeirini təqdim edirəm. Bilirəm ki, çoxlarınız bu şeiri oxumusunuz, amma gəlin bu şeirlə sairimizi bir daha xatırlayaq.
Mənim ürəyim
Hər payız dərdimi pıçıldayaraq,
Tökülür ağacdan sapsarı yarpaq.
Dinlə, o həsrətlə səslənən qovaq,
Mənim ürəyimdir, mənim ürəyim.
Məhəbbət sonsuzdur, ömürsə qısa,
Nə olar, sədaqət əbədi qalsa!
Kimin ürəyində bir tel qırılsa,
Mənim ürəyimdir, mənim ürəyim.
Üzlərdə, gözlərdə sevgi oxunur,
Məhəbbət ürəkdən-ürəyə qonur.
Gözəllər gözündə o atəş, o nur
Mənim ürəyimdir, mənim ürəyim.
Bulağam, suyumdan doyunca için!
Çəmənəm, mehriban-mehriban keçin!
Min çiçək içindən bir lalə seçin-
Mənim ürəyimdir, mənim ürəyim.
Şairin qəlbində min bir dilək var,
Çələng toxumağa gül var, çiçək var.
Nə qədər dünyada sevən ürək var,
Mənim ürəyimdir, mənim ürəyim.
XƏBƏR LENTİ
Hülya Avşardan yeni çimərlik FOTOsu
Prezident Qarabağdan danışdı
Sahib tapandan sonra itlərin dəyişən həyatı
Ronaldu təyyarə aldı
Deniz Çakır AÇIQLAMA verdi -FOTO
Bu ilin dəbli çantaları
Tramp özü haqqında kitab yazacaq
Dollar yenə bahalaşdı
Ən çox qazanan müğənnilərin reytinqi
Ayaqdakı göbələyini aradan qaldıran üsullar
Bakıda güclü külək qaçqınları damsız qoydu
Agentlik sərt tədbirlərə başladı
İnternet zaman anlayışını dəyişir
Azərbaycanda insan ömrünün uzadılması mərkəzi yaradılacaq
Nəqliyyat işçilərinin orta aylıq əmək haqqı artıb
Coronavirus körpələrə "toxunmur"-SƏBƏB
Arıqlamaq üçün pəhriz
Ermənilər Türkiyəyə vizasız gedə biləcəklər
Məktəblərdə dərslərin müddəti və şagirdlərin sayı azaldılsın – ekspert tövsiyəsi
Özünü evli təsəvvür etməkdə çətinlik çəkən 6 bürc
Xərçəngin müalicəsi tapıldı - Türk alimdən İNQİLABİ ADDIM
Hadise bu dəfə də diqqət çəkdi-FOTO
Məşhur aktyor gala gecəsinə qatıldı-FOTO
Bu qız heç vaxt böyüməyəcək və qocalmayacaq
Bürclərə görə ad günü hədiyyəsi
Kerem Serenaydan “ayrılması” barədə danışdı - Foto
Zərərli qidalar
Laplandiyadalı Santadan məktub-FOTO
Mədə qanamasının səbəbləri nələrdir?
Emrah - "Terzinin oğlu" albomu (2011)
Nazirlik: "192 tələbə kollec, 960 tələbə ali məktəblərə köçürülmək üçün qeydiyyatdan keçib"
Azərbaycanın meyvə şirələri ABŞ-da
Maraqlı məlumatlar
Tarixin ağ ləkələri
"Qarabağ"la çətin oyun olacaq
Payız aksesuarları
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edilib
Bakı Tikiş Evi əhaliyə və dövlət qurumlarına müraciət edib
102 tələbəyə təhsil krediti veriləcək
""Analar! Qızlarınızı oxudun!"
Türkiyə donur
Teylor Sviftdən nümunəvi addım-FOTO
Kompüter arxasında işləmək insanı əlil edir
Whatsapp-ın dəli edən yeniliyi
Aral fəlakəti davam edir
Azərbaycanda alimlərə müjdə: eviniz olacaq
Yarım tonluq adam öldü
Azərbaycan neftinin qiymətləri: 5-9 may həftəsinin yekunları
"Azərbaycan Ordusunun düşmənə cavabı çox kəskin olacaq" - General
Mirvari necə meydana gəlir?
- ŞƏRHLƏR