Ay ürək
Yaralar qövr edir təzədən ürək,
Niyə könül verdin ona sən ürək,
O səni sevmədi, sən niyə sevdin!
Səni sevməyəni sən niyə sevdin!
Eşqinə mən qurban gedim ay ürək,
Dedim, neçə dəfə dedim ay ürək,
Sevməyir o səni, niyə sevirsən,
Səni sevməyəni niyə sevirsən,
Sözümə baxmadın, indi yan ürək,
Yan ey mənim tək peşman ürək,
Sevmirdi o səni, niyə sevirdin!
Səni sevməyəni niyə sevirdin!..
İstə
Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm,
Bir ümman istə.
Mən ki, bir dünyalıq boranam, yazam,
Bircə gül istəsəm,
Gülüstan istə.
Mənə ulduz boyda ulduz işıq ver desəm,
Sən məndən
Günəşli asiman istə.
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü,
Ərmağan istə.
Söylə, bəs hardaydın?
Sən gəldin,
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan?
Səni gözləmişdim ömrüm boyu mən,
Söylə, bəs hardaydın sən bu vaxtacan?
Keçib göy dərəni,
yaşıl çəməni,
Elə yaxın gəldin, elə uzaqdan!
Bəlkə min il əvvəl görmüşdüm səni,
Sərin su içəndə sən buz bulaqdan!
Elə bil üzləşdim
ilahi sirlə,
Bu nə möcüzədir, bu nə heyrətdir?!
Məhəbbət ölçülmür illə, əsrlə,
Məhəbbət ölçüsü əbədiyyətdir.
Zöhrə ulduzu tək
yanıb obaşdan,
Üfüqlər aşırdın xəyallarımda.
Sən hələ dünyaya göz açmamışdan,
Küsüb-barışırdın xəyallarımda.
Sən gəldin ömrümün
qarlı qışında,
Ruhumda ehtiras, ürəyimdə qəm.
Cənnət qapısının elçi daşında,
Hazırdım min il də səni gözləyəm.
O nəydi?
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan!
Səni axtarırdım ömrüm boyu mən,
Söylə bəs hardaydın sən bu vaxtacan?
Nəbi Xəzri
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Məşhur müğənni ərə gedir-FOTO/VİDEO
Üzeyir Novruzov: Anama və Vətənimə görə narahatam - FOTO
Bakı Bulvarı sürpriz hazırlayır
Müsəlman prezidentlər Moskvaya toplaşır
Şüşə-Maye effektli yazı yaratmaq
Britaniyada son 27 ildə belə qış olmamışdı - FOTO
Bezeli, biskvitli qozlu tort (foto resept)
“WhatsApp”dan mükəmməl YENİLİK
"Mehriban" tortu (foto-resept)
Rusiya sülhməramlıları Dağlıq Qarabağla bağlı yeni xəritə yayımladı
İŞİD-in Türkiyəyə yolu açılır
Yeni imtahan modelinin layihəsi hazırdır - RƏSMİ
Oğlu Messini məşq etdirdi - VİDEO
İş vaxtından əlavə işə görə ikiqat əməkhaqqı ödənilməlidir - VİDEO
Ordumuza hədəfi "məhv et" əmri verildi
Erməni futbolçu: "Azərbaycanlı idmançı Ermənistana getsə..."
Beyindən düzgün istifadə
Dövrümüzü əks etdirən şəkillər
Azərbaycan erməni hərbçilərin meyitlərini təhvil verdi - RƏSMİ
Şokoladlı qurabiyələr (foto resept)
Beyni öldürən qidalar
Qayıdan qırtlaq siniri
Ən sürətli internet haradadır?
Rusiya gözəli seçildi-FOTO
Taksi sürücüsünə hansı halda işləməyə icazə verilir?
Əl işlərim
Çində qeyri-adi ödəniş metodu
Hamilə qadın dağıntılar altından sağ çıxarıldı - VİDEO
Rusiyada kosmosdan reklam göstərmək üçün lazerlər sınaqdan keçirildi
Azərbaycanda güclü istilər olacaq
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
Meryem Üzerli izləyicilərini təəccübləndirdi-FOTO
2014-cü ilin babet modelləri
Qulluq ayaqlardan başlamalıdır
Xocalını yuxumda ağlayan gördüm
HAVA necə olacaq?- 12 MAY
Facebook-dan kobud səhv - İstifadəçilərin ölüm xəbərini yaydı
Fındıq əzməli peçenye (foto resept)
"X-O" oyunu
Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi
Stomatoloqdan qorxanlar oxusunlar!
Ermənistan ordusu doqquz istiqamətdə atəşkəs rejimini pozub
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Rusiya Müdafiə Nazirliyindən Dağlıq Qarabağda atəşkəslə bağlı AÇIQLAMA
Bu gün Yel çərşənbəsidir
Həftə sonu üçün 5 hiylə
Səhra əqrəbi
Kitab oxumaq üçün rahat yerlər
Bu gün Azərbaycanda Od çərşənbəsidir
Sənədsiz evlərə bəd xəbər














