Babayev Nəbi Ələkbər oğlu 1924-cü il dekabrın 10-da Bakı şəhərinin yaxınlığındakı Xırdalan kəndində dünyaya gəlmişdir. O ikinci dünya müharibəsində iştirak etmişdir. Bir neçə ali təhsil almış, neçə-neçə vəzifələrdə çalışmışdır. Çoxlu mükafatlar qazanmışdır. Nəbi Xəzrinin şeir və poemaları bir çox dillərə tərcümə edilib nəşr edilmişdir. Poeziyası, böyük vətəndaşlıq qayəsi geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Onun yazdığı seirlər sevilərək oxunduğu kimi, sevilərək də bu şeirlərə mahnılar bəstələnmiş və böyük zövqlə oxunulmaqdadır. Nəbi Xəzrinin yaradıcılığı daima yüksək qiymətləndirilib. Onun dram əsərləri dəfələrlə Azərbaycan tamaşasına qoyulmuş, sevilərək izlənilmişdir. 10-a yaxın filmoqrafiyası var. Nəbi Xəzri 2007-ci il yanvarın 15-də, 82 yaşında əbədi olaraq gözlərini yumdu, bu dünyadan köçdü.
Onun yaradıcılığından çox danışmaq olar. Mənim sevdiyim şairlərdən biri də Nəbi Xəzridir. O bu gün olmasa da özündən sonra bizlərə qoyub getdiyi qiymətli yazıları hələ də sevilməkdədir. Bu gün sizə, onun ən çox sevdiyim şeirlərindən biri olan " Mənim ürəyim " adlı şeirini təqdim edirəm. Bilirəm ki, çoxlarınız bu şeiri oxumusunuz, amma gəlin bu şeirlə sairimizi bir daha xatırlayaq.
Mənim ürəyim
Hər payız dərdimi pıçıldayaraq,
Tökülür ağacdan sapsarı yarpaq.
Dinlə, o həsrətlə səslənən qovaq,
Mənim ürəyimdir, mənim ürəyim.
Məhəbbət sonsuzdur, ömürsə qısa,
Nə olar, sədaqət əbədi qalsa!
Kimin ürəyində bir tel qırılsa,
Mənim ürəyimdir, mənim ürəyim.
Üzlərdə, gözlərdə sevgi oxunur,
Məhəbbət ürəkdən-ürəyə qonur.
Gözəllər gözündə o atəş, o nur
Mənim ürəyimdir, mənim ürəyim.
Bulağam, suyumdan doyunca için!
Çəmənəm, mehriban-mehriban keçin!
Min çiçək içindən bir lalə seçin-
Mənim ürəyimdir, mənim ürəyim.
Şairin qəlbində min bir dilək var,
Çələng toxumağa gül var, çiçək var.
Nə qədər dünyada sevən ürək var,
Mənim ürəyimdir, mənim ürəyim.
XƏBƏR LENTİ
Türkiyə parlamentində qadın deputatların şalvar geyinməsinə qadağa ləğv edildi
Günün ulduz falı
İnanılmaz YENİLİK: Kassir və kassanın olmadığı ilk ərzaq mağazasını açır
Göz formasına uyğun makiyaj etmək üsulları
İlin adamı bəlli oldu
6 min insan sülh üçün soyundu
Hava haqqında - 23.11.2013
Ermənistanın “Vətən” muzdlu dəstəsi darmadağın edildi
Ailə qurmaqdan qorxuram
Biskvitli keks (foto resept)
Prezident İlham Əliyev: "Heç kim toxunulmaz ola bilməz"
Okeana atılmış məktub sayəsində dostlaşdılar
Sağlam saçlara qovuşmaq üçün 4 addım
Məzənnədə dəyişiklik var
Kartof alarkən nəyi bilmək vacibdir?
Teymur Məmmədov Azərbaycan çempionu oldu
Kriştianu Ronaldunun sirri nədir?
Düyü ilə noxud şorbası (foto-resept)
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Azərbaycan müsəlman ölkələrinin əksəriyyətindən daha qabaqcıl və demokratikdir
Əsil həyat irəlidədir
Məşhur aktyoru səhnədə bıçaqladılar-FOTO
Avtomobildə saxlanılan dərmanlarla bağlı ŞOK FAKT - Çox ağır fəsadı ola bilər
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
BÜRCLƏR bizə nə vəd edir?-20 Oktyabr
Armudlu şirniyyat (foto-resept)
Azərbaycanda zəlzələ oldu
Günün qoroskopu: aktiv və enerjili olun
Bəzi məsləhətlər
Kralın səhər yeməyi pudinqi (foto resept)
Sabah 32В° isti olacaq
Kökəlməmək üçün bunları yeyin
Qadınlar nə demək istəyir?
İlaxır çərşənbədə HAVA necə olacaq?
Twitter SnappyTV-ni alır
Azərbaycanda uşaqların Novruz şənliyi ləğv olundu
Bir dəqiqədə 71 nəfəri koronavirusa yoluxdurdu
"Ustad" dərgisinin 13-cü sayı nəşr edildi!
Evsiz insanların şəklini çəkərkən atasını tapdı
Nişan geyimləri və gəlinliklər
Saçların düzgün daranması
Şəhid əsgərimiz təltif edildi
Ay ətrafındakı dairənin SİRRİ-FOTO
Dünyanın 20 ən gözəl şəhəri
Rusiya BMP-ləri Azərbaycana göndərir
Hamilə qadınların ölkəyə girişi qadağan edilir - SƏBƏB
Virtual dərslərdə iştirak edə bilməyən şagirdlər nə etməlidir? - AÇIQLAMA
Gözmuncuqlu bəzək əşyaları
Qubalı pəhləvan qardaşlar güclərini Ukraynada göstərəcəklər
Koronavirusla bağlı SON STATİSTİKA
- ŞƏRHLƏR