
“Kalinka” yağı markası, yalnız dadına və sağlamlığa olan xeyrinə görə deyil, həm də müntəzəm təşkil olunan əyləncəli konsertlərinə görə hər zaman istehlakçılara yaxın olmuşdur. Beləliklə, Bakı və Sumqayıt şəhərlərinin supermarketləri qarşısında keçirilən konsertlərdən sonra “Kalinka” yenidən respublikanın bölgələrində bayram tədbirlərinə start verir.
Konsertlər “Kalinka” üçün özəl hazırlanmış "Kalinka Əyləncə Avtomobili" vasitəsilə keçirilir. Bu avtomobil qonaqları həm əyləndirəcək, həm də hədiyyələr və endirim kuponları paylayacaq. Rəqslər, mahnılar, müsabiqələr, hədiyyələr, qrupların çıxışları - bütün bunlar qonaqlara əsl payız bayramının unudulmaz abu-havasını bəxş edəcəkdir.
Hər həftə avtomobil, müxtəlif şəhərlərin sakinlərinə bu cür sevinc dolu anlar yaşadacaqdır. Yeni həftə - yeni bir rayon mərkəzi!
Konsertlər Sentyabrın 17-dən başıayaraq, ardıcıl olaraq Şəki, Zaqatala, Mingəcevir, Bərdə və Gəncədə baş tutacaq.
İlk konsert 17-23 sentyabr tarixlərində Şəki şəhərində “Bazarstore” marketinin qarşısında keçiriləcək. Daha sonra isə qastrol şənlikləri 24-27 sentyabrda Zaqatalada, 28-30 sentyabrda Miqəcevirdə, 1- 4 oktyabrda Bərdədə, 5-11 oktyabrda isə Gəncədə davam etdiriləcək. Beləliklə “Kalinka”nın sevinc paylaşımı daha 6 haftə davam edəcək.
Qeyd edək ki, şənliklər zamanı təşkilatçılar tərəfindən sakinlərə xüsusi kuponlar paylanacaq və bu kuponlar vasitəsilə “Kalinka” yağları alacaq şəxslərə 10% endirim ediləcək.
Yerli yeməkləri ləzzətli və incə hala gətirən kərə yağının bol istifadəsi ilə məşhur olan Azərbaycan milli mətbəxinin yeməklərini hazırlayarkən bu məhsulun yüksək istehlakını nəzərə alsaq, qənaət əhəmiyyətli ola bilər.
Brend yalnız məhsulların keyfiyyətini, millətin sağlamlığını və daim endirim aksiyalarını fikirləşmir, həm də istehlakçıların yaxşı əhval-ruhiyyəsi ilə maraqlanır. Şirkətin müsbət imicinin formalaşması müştərilərin uzun illər boyunca göstərdiyi etimadı ilə əlaqələndirilir.
Buna görə də “Kalinka” tərəfindən təşkil olunan konsert tədbirlərində aktiv iştirak edərək, siz ailənizlə təmiz havada istirahət etmək və müəyyən bonuslar qazanmaqdan başqa, həm də sevimli yağın uzun illər boyunca istehsalçısının keyfiyyətini dəyərləndirmək üçün əla bir fürsət qazanacaqsız.
Konsertlərə hamı dəvətlidir. “Kalinka”əyləncə, hədiyyələr və xoş əhval mövsümünü rəsmi olaraq açıq elan edir.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
