Görüşünə gəlmək üçün sən sevdiyin o gülləyəm
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Gecə vaxti istəmirəm gözəl qəlbin qubarlansın,
Nə yazım ki, məhəbbətli ala gözlər xumarlansın,
Burdan ora nə göndərim, o saçların tumarlansın?
Aç ovcunu diqqətlə bax, göröcəksən əlindəyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Gəlib özüm yuyacağam kipriyini, hələ yuma,
O sevincli göz yaşların töküləydi kaş ovcuma
Bilirəm ki, rəhm eyləyib deyəcəksən gəl qoynuma,
Bircə gün də qoymazsan sən, kədərlənib mən inləyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Sən gəl-denən uçacağam, qanadlarım əlimdədir,
Yatağına qonmaq üçün nə sehr var dilimdədir,
Görəcəksən sarmaşıq tək bu qollarım belindədir,
Sən öpdükcə mən də öpəm nə danışam, nə dinləyəm,
Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.
Mənim qəmim yenilmir ki, nə vermişdin həmin qəmin
Qəmlərinə salam denən, qəmlərin də olsun əmin,
Köhnə eşqdən nə qalıbsa, köhnəlməyin o eşq həmin.
Bircə dəfə boylan mənə görəcəksən həminləyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Yadındamı, Mirzə Sakit gözündən yaş çıxardaraq
Gülə-gülə kədərlənib tellərinə çəkdim daraq,
O ətirli saçlarından gizlin bir cüt qopardaraq,
Yapışdırdım saçlarıma, indi həmin telinləyəm
Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.
Könül
Tamahlanma sən hər "sağ ol" a,
Sağ olduqca ölən könül,
Ruh bədəndə kaş sağ ola,
Ölən ruha gülən könül.
Zülmətlərə işıq çəkən,
Evsizlərə evlər tikən,
O dünyada diri ikən,
Bu dünyaya gələn könül.
Qardaş bildin hər qardaşı,
Bal sürtdükcə zəhər daşı,
Oğulsansa qur bardaşı,
Qardaş qədrin bilən könül.
Qərib sözün alma dilə,
Dünya dardır, sən qət elə,
Vətənindən qürbət elə,
Ələkdən keç, ələn könül.
Mirzə Sakit sözdə qani,
Sözə qurban söz qananı,
Söz içində daş-qayanı,
Sözlərinlə dələn Könül.
Müəllif: Mirzə Sakit.
XƏBƏR LENTİ
Hello kitty-dən çantalar
Saçlara qulluq maskaları (2)
Koronavirusla bağlı SON STATİSTİKA
Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu, 41 nəfər sağaldı - RƏSMİ
Zərfdən hədiyyə paketi düzəldək
Cazəbədar gəlinlik modelləri
Putinin xəbərdarlığı Obamanı özündən çıxardı
Qaxda yeni körpü salınır
DiKaprio Azərbaycanda sevilən müğənnini lağa qoydu
Prezident “Şəkixanovların evi” ilə tanış olub
Yay Olimpiya oyunlarına lisenziyalarımız 21-ə çatdı
Revmatizm üçün sınanılmış üsul
Müdafiə Nazirliyində yeni kadr dəyişikliyi olacaq?
Sevdim səni...
“Twitter qatili”nə ölüm hökmü verildi
FHN Akademiyasına namizədlərin nəzərinə
Castin Biber satıcı oldu-VİDEO
Dekorasiyada mavi rəng dəbi
Dünyanın ən əlvan, amma kədərli dəfni
ÜST-dən inanılmaz XƏBƏRDARLIQ
Bu ölkədə minlərlə insan bataqlıqda yaşayır
10 milyon dollarlıq qadın geyimi
Dəniz Səki 22 kq arıqladı-FOTO
Riyazi məntiq - " Yeni il"
Ağciyərdə ləkə yaranmasının səbəbləri
Berti Foqts xəstəxanaya düşdü
Bananın ziyanı və xeyri
Günün qoroskopu: çılğın ruhunuzu sakitləşdirin
Dünyanın ən gözəl 20 qadını
Ermənilər mövqelərimizi atəşə tutublar
Beş ayda 11 mindən çox insan iş tapıb
HAVA necə olacaq?-1 FEVRAL
4000 miqrant xilas olundu
2011-ci ilin milyarderləri
Qızıl bahalaşdı
Koronavirus peyvəndi ən azı 2 il infeksiyadan qoruyacaq
Geyinə biləcəyiniz ən qəribə ayaqqabılar
Bu ölkədə "havayı" yükləmə yasaqlandı
"Qalatasaray"da ciddi itki
“İstanbullu gəlin”də gözlənilməz ayrılıq
Qurban bayramının vaxtı bəlli oldu
Wi-Fi və LTE birləşir
Günün qoroskopu: Pozitiv gündür!
Bakıda Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO
Mənim əl işlərim
Valideynlərə ŞAD XƏBƏR
Mingəçevirə 10 milyon manat ayrıldı
UNO gecə İsveç gölündən su çəkdi - VİDEO
Video çəkmək istəyən 14 yaşlı qız xilas edildi - FOTO/VİDEO
Hamiləlik zamanı bel ağrıları
- ŞƏRHLƏR