Görüşünə gəlmək üçün sən sevdiyin o gülləyəm
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Gecə vaxti istəmirəm gözəl qəlbin qubarlansın,
Nə yazım ki, məhəbbətli ala gözlər xumarlansın,
Burdan ora nə göndərim, o saçların tumarlansın?
Aç ovcunu diqqətlə bax, göröcəksən əlindəyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Gəlib özüm yuyacağam kipriyini, hələ yuma,
O sevincli göz yaşların töküləydi kaş ovcuma
Bilirəm ki, rəhm eyləyib deyəcəksən gəl qoynuma,
Bircə gün də qoymazsan sən, kədərlənib mən inləyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Sən gəl-denən uçacağam, qanadlarım əlimdədir,
Yatağına qonmaq üçün nə sehr var dilimdədir,
Görəcəksən sarmaşıq tək bu qollarım belindədir,
Sən öpdükcə mən də öpəm nə danışam, nə dinləyəm,
Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.
Mənim qəmim yenilmir ki, nə vermişdin həmin qəmin
Qəmlərinə salam denən, qəmlərin də olsun əmin,
Köhnə eşqdən nə qalıbsa, köhnəlməyin o eşq həmin.
Bircə dəfə boylan mənə görəcəksən həminləyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Yadındamı, Mirzə Sakit gözündən yaş çıxardaraq
Gülə-gülə kədərlənib tellərinə çəkdim daraq,
O ətirli saçlarından gizlin bir cüt qopardaraq,
Yapışdırdım saçlarıma, indi həmin telinləyəm
Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.
Könül
Tamahlanma sən hər "sağ ol" a,
Sağ olduqca ölən könül,
Ruh bədəndə kaş sağ ola,
Ölən ruha gülən könül.
Zülmətlərə işıq çəkən,
Evsizlərə evlər tikən,
O dünyada diri ikən,
Bu dünyaya gələn könül.
Qardaş bildin hər qardaşı,
Bal sürtdükcə zəhər daşı,
Oğulsansa qur bardaşı,
Qardaş qədrin bilən könül.
Qərib sözün alma dilə,
Dünya dardır, sən qət elə,
Vətənindən qürbət elə,
Ələkdən keç, ələn könül.
Mirzə Sakit sözdə qani,
Sözə qurban söz qananı,
Söz içində daş-qayanı,
Sözlərinlə dələn Könül.
Müəllif: Mirzə Sakit.
XƏBƏR LENTİ
Maraqlı fəlsəfəyə malik rəsmlər
Nazirlik qazma məhlulunun dənizə axıdılması ilə bağlı araşdırmalara başladı
Kəlbəcərin Daşbulaq kəndinin görüntüləri - VİDEO
Əkizlərin VİDEOsu etiraza səbəb oldu-FOTO
Qat-qat salat (foto resept)
2012 ci ildə dəbdə olan yay ayaqqabıları
Bakıda işıqsız ev qalmadı
Boğaz ağrısında təbii müalicə üsulları
Wi-Fi şüası zərərlidir?
"Gülümsəyən depressiya" - müasir cəmiyyətin yeni bəlası
Karlos ilə Messi arasında ölümünə savaş
Sahibsiz məktublar... (3 və 4)
7 metrlik qanad sahibi quş
"Yumurta ağacı" - Meyvəsi çox ləzzətlidi - FOTO
Havalar isinəcək
Nəhəng təyyarə otel oldu
Gül bayramı Yasamal rayonunda qeyd olundu (VİDEO)
Google və Apple-a hücum çəkdilər
Payız dəbi
Ronaldunun sevgilisinin ev halı diqqət çəkdi-FOTO
Çörək iki dəfə bahalaşdı?
Bu gün bu şəxslər də pensiyalarını alacaqlar - SİYAHI
Günün qoroskopu: müxtəlif təkliflər alacaqsınız
Putindən İlham Əliyevə təbrik
Menstruasiyanın gecikmə səbəbləri
Tərk edilmiş yerlərdə çəkilmiş şəkillər
Qadın qəlbini fəth etməyin 18 yolu
Göy soğan piroqu (foto-resept)
"Yenə şamları satdırmaq istəyirlər"
Kibrit qurabiyələr (foto resept)
Xroniki xəstələr oruc tuta bilərmi?
İdman salonuna getmədən necə formada qalmalı?
Hazırda Ukraynaya sülhməramlıları göndərmək mümkün deyil
Aya gedib, orada qalacağıq-NASA
Keçəlliyin də dərmanı tapıldı
Sizin stiliniz hansıdır?
Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır?
Bişməyən bisküvit (foto resept)
Roma papası Azərbaycana gələcək
Avtobuslar 24 saat işləyə bilər
Şokoladlı şirin pizza (foto-resept)
Baharın gəlişinin Qiyamətə 4 oxşarlığı
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur
Günün qoroskopu: yeni əlaqələrin bünövrəsini qoymaq olar
Huawei Avropada genişlənmək istəyir
Bu tərəvəz pis qoxu yaradır
70 min dollar zibilliyə atıldı
Nemtsovun qətlini kim sifariş verib?
Ceyhun Bayramovla ABŞ-dakı həmyerlimiz arasında maraqlı dialoq - VİDEO
Günün qoroskopu: enerjiniz, özünüzə inamınız, qətiyyətiniz çoxdur
- ŞƏRHLƏR