Görüşünə gəlmək üçün sən sevdiyin o gülləyəm
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Gecə vaxti istəmirəm gözəl qəlbin qubarlansın,
Nə yazım ki, məhəbbətli ala gözlər xumarlansın,
Burdan ora nə göndərim, o saçların tumarlansın?
Aç ovcunu diqqətlə bax, göröcəksən əlindəyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Gəlib özüm yuyacağam kipriyini, hələ yuma,
O sevincli göz yaşların töküləydi kaş ovcuma
Bilirəm ki, rəhm eyləyib deyəcəksən gəl qoynuma,
Bircə gün də qoymazsan sən, kədərlənib mən inləyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Sən gəl-denən uçacağam, qanadlarım əlimdədir,
Yatağına qonmaq üçün nə sehr var dilimdədir,
Görəcəksən sarmaşıq tək bu qollarım belindədir,
Sən öpdükcə mən də öpəm nə danışam, nə dinləyəm,
Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.
Mənim qəmim yenilmir ki, nə vermişdin həmin qəmin
Qəmlərinə salam denən, qəmlərin də olsun əmin,
Köhnə eşqdən nə qalıbsa, köhnəlməyin o eşq həmin.
Bircə dəfə boylan mənə görəcəksən həminləyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Yadındamı, Mirzə Sakit gözündən yaş çıxardaraq
Gülə-gülə kədərlənib tellərinə çəkdim daraq,
O ətirli saçlarından gizlin bir cüt qopardaraq,
Yapışdırdım saçlarıma, indi həmin telinləyəm
Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.
Könül
Tamahlanma sən hər "sağ ol" a,
Sağ olduqca ölən könül,
Ruh bədəndə kaş sağ ola,
Ölən ruha gülən könül.
Zülmətlərə işıq çəkən,
Evsizlərə evlər tikən,
O dünyada diri ikən,
Bu dünyaya gələn könül.
Qardaş bildin hər qardaşı,
Bal sürtdükcə zəhər daşı,
Oğulsansa qur bardaşı,
Qardaş qədrin bilən könül.
Qərib sözün alma dilə,
Dünya dardır, sən qət elə,
Vətənindən qürbət elə,
Ələkdən keç, ələn könül.
Mirzə Sakit sözdə qani,
Sözə qurban söz qananı,
Söz içində daş-qayanı,
Sözlərinlə dələn Könül.
Müəllif: Mirzə Sakit.
XƏBƏR LENTİ
Jurnalistlər yeni mənzillərinə nə vaxt köçəcəklər?
Sevimli serialınızı "əlinizdən alırlar"?
Bakıda Zəfər atəşfəşanlığı - VİDEO
Toni Kreqqin əsəri Heydər Əliyev Mərkəzində
Alimlər koronavirusdan ölüm ehtimalını azaldan amili açıqladı
Gəncədə dünya rekordu qırıldı
Aybüke Pusatın gözəllik sirləri
Məşhur aktrisa ərə getdi-FOTO
Qar yağacaq!
Magistr olmaq istəyənlərin nəzərinə!
Hamiləlikdə ayaq qıc olmaları
Azərbaycanda qızıl ehtiyatları 2 dəfədən çox artıb
Müəllimlərin NƏZƏRİNƏ
Koronavirus bu tarixdə YOX OLACAQ - Bill Qeyts açıqladı
Bakı-Gəncə sürət qatarı istifadəyə veriləcək - FOTO
Sellulit üçün yosun maskası
Tırtıl və çiçək kurabiyə (foto resept)
Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA
Kəlbəcərin Daşbulaq kəndinin görüntüləri - VİDEO
Supermodel karantində 15 kiloqram kökəldi - FOTO
Rəssam sevdiyi ilə maraqlı günlərini rəsmlərə həkk etdi
Eşqin yaşı yoxdur
Satıcıların tərəzi hiyləsi- DİQQƏTLİ OLUN!
Araz Ağalarov sanksiyaları pislədi
Koronavirusla bağlı son STATİSTİKA
Dollara görə şok qərar verildi
Sağlam arıqlamağın yolu
Azərbaycan daha bir ölkədə səfirlik açır
Mənzil bazarının indiki vəziyyətində nə etməli?
"Eurovison"da Azərbaycanı Çingiz təmsil edəcək!
Gediş haqqı UCUZLAŞDI
Məşhur film 82 milyon gəlir əldə etdi-VİDEO
Türkiyədə zəlzələ olub.
486 müəllim imtahandan imtina etdi
Məsləhəti onlardan alın
Saç uzadan kök maskası
Nostradamus 2019-cu il üçün nələr yazmışdı?
Bakıda cinlər peyda olub - Şok sözlər
40 minə başqa biri oldu-FOTO
Ağ ciyər qıtlığı var
Vətən müharibəsinin yeganə xanım şəhidinin büstü hazırlandı
Məşhur alimdən zəlzələ AÇIQLAMASI-"9 bal gücündə"
Rəsmlərə yeni baxış bucağı qazandıran rəssam
Madonna 60 yaşını Mərakeşdə qeyd etdi-FOTO
AzTV ittihamlara cavab verdi: Aksiya zamanı kabellərimizi kəsdilər... - VİDEO
Saunanın faydaları
"Palm Springs 2020" film festivalı başladı-FOTO
Bütün dünya təyyarəni axtarır
Üst geyim modelləri
Sinoptiklərdən qar xəbərdalığı
- ŞƏRHLƏR