Görüşünə gəlmək üçün sən sevdiyin o gülləyəm
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Gecə vaxti istəmirəm gözəl qəlbin qubarlansın,
Nə yazım ki, məhəbbətli ala gözlər xumarlansın,
Burdan ora nə göndərim, o saçların tumarlansın?
Aç ovcunu diqqətlə bax, göröcəksən əlindəyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Gəlib özüm yuyacağam kipriyini, hələ yuma,
O sevincli göz yaşların töküləydi kaş ovcuma
Bilirəm ki, rəhm eyləyib deyəcəksən gəl qoynuma,
Bircə gün də qoymazsan sən, kədərlənib mən inləyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Sən gəl-denən uçacağam, qanadlarım əlimdədir,
Yatağına qonmaq üçün nə sehr var dilimdədir,
Görəcəksən sarmaşıq tək bu qollarım belindədir,
Sən öpdükcə mən də öpəm nə danışam, nə dinləyəm,
Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.
Mənim qəmim yenilmir ki, nə vermişdin həmin qəmin
Qəmlərinə salam denən, qəmlərin də olsun əmin,
Köhnə eşqdən nə qalıbsa, köhnəlməyin o eşq həmin.
Bircə dəfə boylan mənə görəcəksən həminləyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Yadındamı, Mirzə Sakit gözündən yaş çıxardaraq
Gülə-gülə kədərlənib tellərinə çəkdim daraq,
O ətirli saçlarından gizlin bir cüt qopardaraq,
Yapışdırdım saçlarıma, indi həmin telinləyəm
Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.
Könül
Tamahlanma sən hər "sağ ol" a,
Sağ olduqca ölən könül,
Ruh bədəndə kaş sağ ola,
Ölən ruha gülən könül.
Zülmətlərə işıq çəkən,
Evsizlərə evlər tikən,
O dünyada diri ikən,
Bu dünyaya gələn könül.
Qardaş bildin hər qardaşı,
Bal sürtdükcə zəhər daşı,
Oğulsansa qur bardaşı,
Qardaş qədrin bilən könül.
Qərib sözün alma dilə,
Dünya dardır, sən qət elə,
Vətənindən qürbət elə,
Ələkdən keç, ələn könül.
Mirzə Sakit sözdə qani,
Sözə qurban söz qananı,
Söz içində daş-qayanı,
Sözlərinlə dələn Könül.
Müəllif: Mirzə Sakit.
XƏBƏR LENTİ
Koronavirus yeni yolla yoluxa bilər
6 serial birdən finala çıxacaq
Bu il Həcc ziyarətinə sənəd qəbulu erkən başlayacaq
Hava haqqında - 11.01.2014
Fincanlar(2)
Təbii qazdan istifadədə limiti keçənlərə – ŞAD XƏBƏR
Dəhşətli İSTİLƏR GƏLİR
Təhsil Nazirliyi ilə bağlı yeni qərar
12-13 yaşlarında qızı olan valideynlərə
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu
Azərbaycan nefti bahalaşmaqda davam edir
Seda Sayan paylaşdığı FOTOya görə məsxərəyə qoyuldu
Münaqişə sevgi bağını gücləndirirmi?
Pasxa adasındakı başlar
SOS: Ebola virusu Azərbaycana yaxınlaşır
Xoşbəxt olmaq istəyiriksə...
Cazibədar xanımlar üçün boyunbağılar
Nəqliyyatçıların maaşı artıb
Göygöl ilin sənətkarlıq paytaxtıdır
Nağıllar aləmindəki uşaqlar
Müasir avadanlıqlar həkimlərin yerini tuta bilərmi?
Ingilis Dili- V Dərs
Avtobuslarda sərnişinlərin ürəyindən olacaq YENİLİK - FOTO
Ingilis Dili-IV Dərs
Çin yenidən dünyanı təhdid edir - Şok fakt
DIQQƏT! Güclü maqnit qasırğası gəlir
Dünyada koronavirusa yoluxma sayı 18 milyonu ötdü - STATİSTİKA
Ingilis Dili-VI Dərs
Cennifer Lopez çimərlik şəklini paylaşdı-FOTO
Reytinq açıqlandı: "Qarabağ" yaxşıdır, yoxsa "Neftçi"?
Məşhurların kolleksiyaları -SİYAHI
Ağrıkəsici dərmanlar qan təzyiqini artırır
Azərbaycanda gənc ailələrə evlə bağlı müjdə
Vaqif Dərgahlı: “Düşmən Goranboy rayonu ərazisini atəşə tutub”
Jurnalistlərə şad xəbər
Əlcəklər
Nazirlikdən hökumətin təhsil haqqı qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA
"Sevgi" tortu (foto resept)
Unutqanlıq xəstəliyi - Amneziya
Mayk Tayson Bakıya gəlir
Ərdoğan Putindən qisas aldı
Sibel Can qəzaya düşdü
1 günə 20 min qazandı-FOTO/VİDEO
Elmira Süleymanova "Şərəf" ordeni ilə təltif edildi
Nazlı qızlarımız üçün gəlinliklər
"Son zəng" nə vaxtdır?
Sonsuz olduğunu deyən kişinin 13 uşağı varmış-ŞOK hadisə
Türkiyədə Qarabağ parkı olacaq
11 ildə evimizdə nələr dəyişdi?
Milli Ordumuzda dəyişiklik
- ŞƏRHLƏR