“Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli qərarına uyğun olaraq ilk dəfə Azərbaycanda Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən ali və orta ixtisas məktəblərində yay imtahanı sessiyasının müddəti qısaldılıb. Bütün yay imtahan sessiyası və eyni zamanda dərslər mayın sonuna qədər yekunlaşacaq”. Milli.Az bildirir ki, bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, Qeyri-Hökumət Təşkilatları və Kütləvi İnformasiya Vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehovdeyib.
Onun sözlərinə görə, 2015/2016 tədris ili iyun ayının 14-ə qədər davam edəcək: “Dərslər isə həmişəki kimi sentyabrın 15-də başlayacaq. Dünyanın inkişaf etmiş ölkələrində tədris ili 38, hətta 41 həftədir. Azərbaycanda bu müddət 32 həftədir. Bu isə Avropada və dünyanın inkişaf etmiş dövlətlərində olduğundan 5-6 həftə az tədris almaq deməkdir. Bunu nəzərə alaraq gələcəkdə Azərbaycanda tədris müddətinin 12 il olması nəzərdə tutulur. Burada əsas məqsəd tədris yükünün optimal paylanması, uşaqların öz asudə vaxtlarından daha səmərəli istifadə etməsidir”.
Cəsarət Valehov sınaq qiymətləndirilməsinə cəlb olunan müəllimlərin sayının tədricən artırılacağını deyib: “Tədricən müəllimlərin sınaq qiymətləndirilməsinə cəlb olunan müəllimlərin sayı artacaq və bu qanun bütün bölgələr üzrə tətbiq olunacaq. Dərs yükünün artırılması isə imkan daxilində və tədricən artırılacaq. Burada dərs saatı az olan müəllimlərin ixtisara salınması nəzərdə tutulmur. Bütün dünya üzrə dərs yükü norması 18 saatdan başlayır. Bizdə isə bu, 12 saatdan başlayır və 12 saatdan az dərs yükü olan müəllimlərin də sayı həddən artıq çoxdur. Burada məqsəd odur ki, müəllim məktəb mühitinə daha çox bağlansın və şagirdlərlə işləməyə daha çox vaxt ayırsın”.
Təhsil Nazirliyinin rəsmisi “Təməl” və “Sabah” qruplarının fəaliyyətinə də aydınlıq gətirib: “Adından da göründüyü kimi “Sabah” qrupları savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən formalaşmış qruplardır və bu qruplar iki ildir fəaliyyət göstərir. Artıq 1270 nəfərdən çox gəncimiz müsahibə mərhələsinə buraxılıblar. “Təməl” layihəsi Təhsil Nazirliyinin UNİCEF və “İnkişaf” İctimai Birliyi ilə birgə ərsəyə gətirdiyi layihədir. Layihənin əsas məqsədi ibtidai sinif müəllimlərinin peşəkar hazırlıq səviyyəsinin artırılmasıdır. Bunun üçün Bakının 70 məktəbindən 111 müəllim seçilib və onlar aprelin 13-dən bu layihə çərçivəsində peşəkar təlimçilərlə işləyirlər. Hər bir layihəni, hər bir işi görmək üçün ilk növbədə tədqiqat səviyyəsində öyrənirik ki, biz nəyə və necə başlamalıyıq. Bu baxımdan “Təməl” layihəsi çərçivəsində görüləcək işlər gələcəkdə bu layihənin daha böyük səviyyədə ərsəyə gəlməsinə kömək edəcək. Bu, müəllimlər üçün ixtisasını mükəmməlləşdirmə, peşəkar vərdişləri artırmaq yönündə bir layihədir”.
Cəsarət Valehov cəmiyyətdə məktəb anlayışına baxışların dəyişməsinin zəruriliyini önə çəkib: “Məktəb təkcə bilik verilən yer deyil, məktəb şəxsiyyəti yetişdirən və xarakteri formalaşdıran bir məkandır. Araşdırmalar da onu göstərir ki, bəzən uşaq məktəbi əla qiymətlərlə bitirir, yüksək bal toplayır, amma düşüncələrində o qədər də inkişaf yoxdur, xarakterində isə boşluqlar var. Bu yanaşmada biz məktəbə bütöv bir məkan kimi baxırıq. Məktəb şəxsiyyət formalaşdıran, insan yetişdirən bir müəssisə, uşaqların biliyini bacarığa çevirə bilən, şagirdləri gələcəkdə ixtisas sahibinə çevirə bilən bir məkan olmalıdır. “Təməl” layihəsinin də məqsədi budur”
Cəsarət Valehov buraxılış imtahanlarının nəticələrinin ali məktəbə qəbul imtahanlarında öz əksini tapmaması barədə iddialara da münasibət bildirib: “Çox vaxt ekspertlər, media işçiləri müxtəlif cür təhlillərdə ümumtəhsil məktəblərinin 10-11 ci siniflərinin nəticələri haqqında danışırlar. Bütövlükdə isə məktəbin təməli qoyulan məqam ibtidai sinif mərhələsidir. 4-5-ci siniflərdə uşaq biliyi qazanma vərdişlərinə yiyələnir. Ona görə də bu layihənin “Təməl” adlandırılması bununla balıdır. Çünki uşaqların təhsil həyatına hazırlanması məhz bu dövrdən başlayır. Təhsil Nazirliyinin əsas hədəflərindən biri budur ki, bizim ibtidai sinif müəllimlərimiz kifayət qədər hazırlıqlı, bilikli, kommunikasiya imkanları geniş və yeni texnologiyaları bilən və uşaqlarla işləməyi bacaran müəllimlər olmalıdır. Bu keyfiyyət dəyişikliyi bu cür layihələrlə daha çox üzə çıxmalıdır. Layihə artıq başlayıb, gələn il də davam etdirilərək daha da genişlənəcək. “Təməl” layihəsinin əhatə coğrafiyası təkcə pilot layihə kimi 100-110 müəllimi, 70 məktəbi deyil, gələcəkdə 10 dəfə artıq məktəbi əhatə edəcək”.
Təhsil Nazirliyinin rəsmisi bildirib ki, “Təməl” layihəsi çərçivəsində peşəkarlığını artıran müəllimlərin siyahısının açıqlanması düzgün yanaşma deyil: “Bu, müəllimlərin səviyyəsinin digər müəllimlərin səviyyəsinin yuxarı olması anlamına gəlməməlidir. Bu layihə sadəcə peşəkar vərdişlərini artırmaq istəyən hər bir müəllim üçün yaradılan bir şansdır. Zaman o qədər sürtələ dəyişir ki artıq insanlar vaxtın azlığından gileylənirlər. İnsanlar öz üzərlərində işləmədikcə onlar müasir tələblərə cavab verməməyə başlayırlar. Buna görə də Təhsil Nazirliyi ixtisas artırma imkanlarını təşkil edir, müəllimlərə bir sərmayə imkanı yaradır ki, onlar öz üzərlərində, peşəkar səviyyələrinin artırılması istiqamətində çalışsınlar və şagirdlərimizə daha yaxşı və daha keyfiyyətli dərs verə bilsinlər”.
Cəsarət Valehov bu il birinci siniflərə sənəd qəbulunun elektron formada aparılması məsələsinə də toxunub: “İlk dəfə olaraq bu il Bakı şəhər Təhsil İdarəsində 6 yaşına çatmamış və xüsusi istedadı olan uşaqlar üçün elektron qaydada sənədlərin qəbuluna başlandı. Proses aprelin 15-də bitdi. Elektron qəbulda əsas məqsəd bu prosesdə müşahidə olunan pərakəndəliyi aradan qaldırmaq idi. Yeni qaydalara əsasən uşaq həm seçdiyi məktəbi elektron qaydada qeydiyyatdan keçirə bilər, digər tərəfdən liseylərdə oxumaq arzusunda olan uşaqlar sənədlərini verdikdən sonra müvafiq qiymətləndirmədən keçərək liseylərə qəbul ola bilərlər”.
Nazirlik rəsmisi bu il orta məktəblərdə “Son zəng” tədbirlərinin vaxtını da açıqlayıb: “Son zəng” tədbirləri Azərbaycanda 6 günlük tədris həftəsi olan məktəblərdə 30 may, 5 günlük tədris həftəsi olan məktəblər üçünsə 29 mayda keçiriləcək”.
Cəsarət Valehov medianın müəllimlərlə bağlı məsələlərə daha çox diqqət ayırmalı olduğunu deyib: “Ötən ilin yayında bir layihəyə başladıq. Layihəyə görə, 500 və daha artıq bal toplayan tələbələr pedaqoji ixtisasları ilk yerlərdə qeyd edər və ali məktəbə qəbul olarsa, onlara aylıq 100 manat dəyərində Təhsil Nazirliyinin təqaüdü verilir. Bu layihə özünü doğrultdu. Layihə müəllim nüfuzunun artırılması üçün bir imkandır. Müəllimlərin and içməsi, məvaciblərin artırılması ilə bağlı qərarların verilməsi də buna təsir edir. Düşünürəm ki, medianın müəllimlərlə bağlı sahəyə diqqəti çox vacibdir. Məktəb daxilində baş verən hadisələrin şikayət orqanı kimi media üzərindən gündəmə gətirilməsi düzgün deyil. Bu kimi məsələlər məktəb daxilində məktəb icması və valideynlər arasında həll olunmalıdır. Bir şeyə əmin olun ki, yaxşı müəllimlərimiz çoxdur. Bu müəllimlərimizi dəyərləndirməliyik, qiymətin bilməliyik, təbliğ etməliyik”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Aslı Enver ilk dəfə şəxsi həyatından danışdı
Hepatitə yoluxmuş xəstələr üçün ümid işığı
Yağış nə vaxt kəsiləcək?
2017-ci ildə texnologiyalara həsr edilən ən yaxşı 9 kitab
Ermənistan TƏŞVİŞDƏ: İsrail rədd cavabı verdi
Amerikanı fəlakət gözləyir
"Qarabağ münaqişəsinin həlli uzadılmamalıdır"
Məleykə Abbaszadənin qızı qəfil vəfat etdi
Dünyanın ən böyük heykəli tikilir-FOTO
Fransada daşqınlar: Luvr muzeyi bağlanır
Dəbli kişi kostyumları
Çavuşoğlu NATO XİN rəhbərləri ilə Qarabağı müzakirə etdi
2020-nin manikür modelləri
O, mənə xəyanət edir!
İnteryerdə ən böyük səhvlər
"İntihar körpüsü" ilə bağlı qərar verildi
Moruqlu napoleon tortu(foto resept)
Boşanma səbəbi məlum oldu-XƏYANƏT
"Facebook"un dizaynı dəyişdirilir
Lolita qonorarını açıqladı
“Müslüm” filminin qalmaqalları səngimək bilmir
Düşmənin viran qoyduğu Kəlbəcər şəhərinin görüntüləri - VİDEO
Köhnə metro kartlarını nə edək?
I Avropa Oyunlarında ilk qızıl medallar bu gün veriləcək
Balaxanı qəsəbəsinin adı dəyişdirilir
20 il sonra anasını tapdı-ŞOK NƏTİCƏ
Dünya çempionumuz çətin vəziyyətdə qalıb
Azərbaycanda iş və istirahət günlərinin yeri dəyişdirildi - RƏSMİ
Maddələr mübadiləsini sürətləndirən ədviyyatlar
Məşhur oteldə indi ruhlar dolaşır
Qışda baxımlı saçlar
Azərbaycan tarixindən yüz şəxsiyyət-34
Şokoladlı sufle: gecə-gündüz (foto-resept)
Stiven Siqal Bakıya gəlir
Məşhur aparıcıdan ETİRAF
Zolaqlı pəhriz - Rahat arıqlama
Seçki məntəqələrində təcili tibbi yardım briqadaları fəaliyyət göstərəcək
Gənclər nə üçün xaricdə təhsil alır?
Bitkilər və təbabət (14)
Günün qoroskopu: arzularınızdan birinin reallaşmasına çox az qalıb
Qızıl Meydanda möhtəşəm parad
Hind mətbəxindən pendirli sous (foto resept)
Qat-qat xəmirdən tort (foto resept)
Azərbaycanda koronavirusdan 1 nəfər öldü - 76 yeni yoluxma
Saxsıdakı güllərə necə qayğı göstərməli?
Kim nə qədər yatır?
Yaz havası olacaq
Seda Sayanın ifasını ələ saldılar
Facebook-da daha bir yenilik
Nazirlik qazma məhlulunun dənizə axıdılması ilə bağlı araşdırmalara başladı
- ŞƏRHLƏR