Sabunçu rayonunun Balaxanı kəndinə aparılan abadlıq işləri yerli sakinlərdə xoş ovqata səbəb olub.
Qadin.Net Modern.az-a istinadən bildirir ki, kəndin bəzi küçələrinə daş döşənməsi Balaxanıda gözoxşayan mənzərə yaradıb.
Qeyd edək ki, Bakıda küçələrə daş döşənməsinin qədim tarixi var. Hələ 1800-cü illərin ortalarında Bakının məşhur Xəzri küləyi əsdiyi zaman (bu bəzən həftələrlə davam edirdi) küçələrdə tozanaqdan göz açmaq olmurdu. Arabaların, faytonların çarxlarından qalxan toz buludları adamların üst-başını, evlərin pəncərələrini boz bir pərdəyə bürüyürdü. Burulğan kimi burulan külək qarşısına çıxan hər şeyi qabağına qatıb sovururdu. Məhz o zamanlar tozanağın qarşısını almaq küçələrə daş döşəməyə başladılar. Bu ənənə sonralar da davam etdirildi...
Abadlıq işləri çərçivəsində Balaxanıda daha bir yenilik Üzeyir Hacıbəylinin məşhur operettasının motivləri əsasında çəkilmiş "O olmasın, bu olsun" filmindən tanıdığımız Məşədi İbada və hambala heykəl qoyulmasıdır.
Az qala 70 ilə yaxındır ki, Məşədi İbadın adı, sözü-söhbəti, məzəli, rişxəndli, ibrətli zərbi-məsəlləri, canlı bənzətmələri, heç vaxt yersiz, köhnəlmiş görünməyən kəlamları dilimizin əzbəridir.
1956-cı ildə çəkilən film o vaxtdan bu yana öz dəyərini qoruyub saxlamaqdadır. Təbii ki, "O olmasın, bu olsun" filmində səslənmiş və bu gün də dillər əzbəri olan və yeri gələndə işlətdiyimiz sitatların əksəriyyəti əsas obraz Məşədi İbadla bağlıdır...
Filmdən dillərə düşən "Heç hənanın yeridi?", "...baxım görüm mal necə maldı", "Mən özüm "Tarixi-nadir" kitabını yarıya qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bisavdlar hardan başa düşsün?!", "Mənim bir eybim varsa, o da eyibsizliyimdir", "Hazır gəlim, yoxsa?..", "Yaxşı bəs, hamampulunu kim verəcək?", "Babalı Sərvərin boynuna", "Qızın iki adaxlısı var", "...bu ehsan deyil..." kimi sitatlər hələ də yeri gələndə tez-tez işlədilir...
Balaxanının yeni küçələri İçərişəhərin dolambaclı yollarını xatırladır...
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək