Onun haqqında mətbuatda, demək olar ki, çox az məlumata rast gəlinir. Nadir aktyorlardandır ki, çəkildiyi bircə filmlə bu gün də xatırlanır. Hətta bir çoxları onun oynadığı rolun gerçək peşəsi olduğunu düşünürlər. Elə “Məşədi, bə mənim bir abbasım hara getdi” deyimini xatırlamaq kifayətdir dediklərimi isbatlamaq üçün. Heç şübhəsiz ki, Modern.az-ın bu yazısında söhbət “O olmasın, bu olsun” filmindən Məşədi İbadın hambalı kimi tanıdığımız aktyor Əhməd Ruminskidən gedir.
Əvvəla onu qeyd edim ki, bu aktyorun bir adı olsa da, soyadına ayrı-ayrı mənbələrdə müxtəlif cür rast gəlinir: “Ruminski”, “Əhmədov” və “Anatollu”.
Əhməd Məmmədqulu oğlu Əhmədov 1902-ci ilin avqustunda Bakıda, "Həmişəri palanı" deyilən məhəllədə tacir ailəsində anadan olub. Ailəsi XIX əsrin ikinci yarısında Cənubi Azərbaycandan Bakıya mühacirət etmişdi. Atası Məmmədqulu kişi İranda anadan olmuşdu və oğlunu axund görmək istəyirdi. Elə buna görə də balaca Əhməd dövrün tələblərinə uyğun olaraq, mollaxanada təhsil alır. Hər halda aktyor haqda araşdırma apararkən rast gəldiyimiz azsaylı bilgilər bundan ibarətdir. Araşdırmamızın sonrakı bölümündə isə aktyorun hansı azərbaycanlı aktrisa ilə yaxın münasibətdə olduğu haqda oxuyacaqsınız. Hələlik isə davam edək…
Təhsilini mədrəsədə davam etdirən Əhməd ərəb və fars dillərini gözəl bildiyinə, öz yaşıdlarından zehni və çalışqanlığı ilə seçildiyinə görə axundlar onu Nəcəfil-Əşrəf şəhərinə göndərməyi qərara alırlar. Amma atası bu təklifə razı olmur. Çünki Əhməd Nəcəfil-Əşrəfə gedəcəyi halda ən azı 20-30 il ailəsindən kənar qalmalıydı.
Quranı əzbərdən bilən, gözəl hafizəsi və məlahətli səsi olan Əhməd məhərrəmlikdə şəbih deyər, qəsidələr oxuyarmış. Əsrin ortalarına doğru bu mərasimlər xalq teatrları ilə əvəz olunur və istedadlı gənc "kos-kosa", "qodu-qodu" kimi məhəlli oyunlarda özünə pərəstişkarlar qazanır. Tənqid-Təbliğ Teatrı isə Əhmədin həyatında dönüş yaradır. Bu dövrdə onun ikinci qabiliyyəti üzə çıxır. Əhməd qələmini işə salaraq böyük poemalar, qəzəllər yazmağa başlayır. Tezliklə "Səadət uğrunda", "Seyran", "Qana qan" əsərləri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulur. “Rumlu” təxəllüsü ilə yazdığı qəzəllər İranın məşhur xanəndəsi Mustafa Payanın repertuarının əsasını təşkil edirmiş. Deyilənə görə, aktyorun 5000-dən çox qəzəli mövcuddur. Amma onlardan demək olar ki, heç biri haqda məlumat yoxdur.
Əhməd Ruminski “O olmasın, bu olsun”dan başqa daha beş filmə çəkilsə də, heç bir rolu hambal qədər uğurlu olmayıb. Elə 1956-cı ildə oynadığı hambal rolundan sonra ona ard-arda təkliflər gəlir və ilk olaraq 1957-ci ildə “Bir məhəllədən iki nəfər”, 1958-ci ildə “Kazbek qutusu”, yenə də 1958-ci ildə “Kölgələr sürünür”, 1960-cı ildə “Səhər”, 1961-ci ildə isə “Bizim küçə” bədii filmlərində rol alır. Amma bir daha qeyd edim ki, sözügedən filmlərdən heç birində oynadığı rol hambalı unutdura bilmir. Bəs, Ruminski necə “hambal” olmuşdu? Deyilənə görə, hambal roluna onu Əliağa Ağayev məsləhət görüb. Hüseyn Seyidzadə bir neçə aktyoru sınayıb, bəyənməyibmiş. Günlərin birində Əliağa Ağayev deyir ki, “bizim teatrda bir istedadlı aktyor var. Bəlkə onu sınayasınız”. Bu o anlama gəlir ki, həmin vaxta qədər Ruminski cəmiyyətdə, eləcə də rejissorlar arasında elə də populyar deyilmiş. Əhməd Ruminskini görən Hüseyn Seyidzadə elə ilk baxışdaca onu bəyənir və rola təsdiq edir.
Əhməd Ruminski ilə bağlı başqa bir fikirdə isə deyilir ki, o əsl epizod aktyoru imiş. Yəni aktyorun uzun illər çalışdığı Gənc Tamaşaçılar Teatrında da baş rolu demək olar ki, olmayıb.
Yalnız “Hacı Qəmbər” tamaşasında Cəbi rolunu oynayıb. Maraq üçün deyim ki, bu tamaşada Əhməd Ruminskinin tərəf müqabili “Xoruz baba” kimi tanıdığımız Hüseynağa Sadıxov imiş. Əhməd Ruminskinin Azərbaycan kinosu üçün bəlkə də ikinci ən böyük xidməti əfsanəvi Lütfəli Abdullayevlə bağlıdır ki, bu faktdan da çoxları xəbərsizdir. Həmin illərdə aktyorlar rayonlara qastrollara gedirmişlər və bu səfərlərin birində Ruminski gənc Lütfəlini görür, istedadını bəyənir. O vaxtacan Abdullayevin teatra böyük marağı olsa da, özünü təsdiqləyə bilmirmiş. Bu arada qeyd edim ki, Ruminski Lütfəli Abdullayevdən 12 yaş böyük olub. Məhz onun məsləhəti ilə gənc Lütfəli Bakıya, tanınmış teatr xadimlərindən sənətin sirlərini öyrənməyə gəlir. Hətta sonradan onlar 1938-ci ildə ilk Azərbaycan incəsənəti dekadasında iştirak etmək üçün Moskvaya gedirlər.
Xalq artisti Tariyel Qasımov deyir ki, Əhməd Ruminski ilə ilk tanışlığı 1958-ci ildə olub: “Onunla ilk tanışlığım 1958-ci ilə təsadüf edir. Gənc Tamaşaçılar Teatrında Həsən Seyidbəylinin “İmtahan” pyesi səhnələşdirilirdi. O vaxt mən İdman İnstitutunda oxuyurdum. Xalq teatrında “Romeo və Culyetta” tamaşası qoyulur və qılınc təlimi müəllimi lazımdır. Mən də institutda qılınc təlimi görmüşdüm. Həm də eyni zamanda Lütfi Məmmədbəyovun dərnəyinə getdiyim üçün o mənim haqqımda bilirdi. Həsən Seyidbəyliyə dedi ki, belə bir həvəskar var. Məhz o gün bizim Ruminski ilə ilk tanışlığımız oldu”.
Tariyel Qasımov da təsdiq edir ki, Əhməd Ruminski epizod aktyoru olub və bu epizodları da çox böyük məharətlə ifa edib. Aktyor o qədər də cüssəli olmasa da, boyu çox hündür imiş.
Hətta “O olmasın, bu olsun” filmindəki ayrı-ayrı kadrlara baxanda da bunu sezmək olur. Əhməd Ruminskini həm də gözəl ailə başçısı kimi xarakterizə edirlər:
“O həyatda çox ciddi adam olub. İki oğlu var idi. Deyilənə görə, ailədə də çox ciddi olub. İndi onun övladları Bakıda yaşayırlar. Zarafatı sevən deyildi, baxmayaraq ki, komediya oynayırdı. Özü də hambal rolundan sonra onu bütün ölkə tanıdı, şöhrət qazandı. Amma davranışlarında zərrə qədər də dəyişiklik olmadı”.
Əhməd Ruminski dünyasını dəyişəndə 70 yaşı olsa da, heç vaxt fəxri ad almayıb.Yalnız natamam orta təhsili olan bu aktyor öz tay-tuşları olan Əliağa Ağayev, Ağadadaş. Qurbanov, Hüseynağa Sadıxov kimi sənətkarlarla dostluq edirmiş. Amma dostluq etməklərinə rəğmən onlar da Ruminski ilə zarafat eləməyə cəsarət etmirmişlər. Aktyorun qəribə səs tembri olub. Elə filmdəki səs onun özünündür. El dili ilə desək, azacıq burnunda danışmağı varmış. Əhməd Ruminskinin maddi durumu o qədər də yüksək olmayıb. Bakının “Sovetski” məhəlləsində yaşayan aktyor işə piyada gəlib-gedirmiş.
Aktyorun başqa bir özəlliyi isə ünsiyyətə qapalı olması imiş. Yəni çox nadir hallarda kiminləsə söhbət edər, ünsiyyət qurarmış.
Ona görə də teatrda işlədiyi uzun illər ərzində heç kimlə intriqası olmayıb. Yaşı çatanda təqaüdə çıxan Ruminskiyə tez-tez dostları Əlzaman Qasımov, Əlməmməd Atayev, Əliağa Ağayev baş çəkirmişlər. Amma ondan sonra özü bir dəfə də olsun bu teatra gəlməyib. Ruminski pis vərdişlərdən də uzaq olub. Tariyel Qasımov: “Düzdür, cansız adam idi, ilk baxışdan adama elə gəlirdi ki, siqaret də çəkir, araq da içir. Amma nə araq içib, nə də siqaret çəkib”.
Əhməd Ruminskinin şəxsi həyatı ilə bağlı da maraqlı məlumatlar var. Həmin dövrdə Gənc Tamaşaçılar Teatrında bütün qadın baş rollarını Firəngiz Şərifova oynayırmış. Eyni kollektivdə çalışan Firəngiz Şərifova ilə Əhməd Ruminski arasında uzun müddət davam edən dostluq münasibətləri sevgi əlaqələrinə çevrilib. Amma maraqlıdır ki, Ruminski Şərifovadan nə az, nə çox düz 22 yaş böyük idi.
İstənilən halda bu bir ehtimaldır. Yəni bir-birlərini sevdiklərinə görə, onları heç kim qınaya bilməz. Ən azından onların biri dünyasını dəyişib, digərinin isə indi 89 yaşı var.
Mahir epizod aktyoru kimi Azərbaycan kino və teatr tarixində qalan Əhməd Ruminski 1982-ci ildə dünyasını dəyişib.
Mənbə: Milli.Az
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
Abort qadağasına məşhur modeldən ETİRAZ-FOTO
Deniz Çakırın QALMAQALLI görüntüsü yayıldı-VİDEO
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Rusiya peyvəndi ilə bağlı açıqlama
Oğrulardan qorunmaq üçün qəribə üsulları olan insanlar
Ziyafət üçün makiyaj və saç düzümləri
Adriana Limanın son FOTOsu diqqət çəkdi
Ağ gəlinliyi sevməyən gəlinlər
Rusiya KİV-də keçirilən sorğuda çoxluq Moskvanın Bakını dəstəkləməli olduğunu hesab edib
Xəyanət və sevgi
İlham Əliyevin “Nikkei”yə müsahibəsi ən çox oxunan məqalə oldu
"WhatsApp"-da YENİLİK!
Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər
HAVA necə olacaq?
Şəkərin 4 təhlükəli xüsusiyyəti
Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara start verilir
Evliliyi qorumağın 8 yolu
Yay qarderobunuzu yeniləmək üçün geyimlər
Çiyələk yağının dəriyə faydası
Azərbaycan hərbçisindən çağırış - VİDEO
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları üstələdi: İki nəfər vəfat etdi
Əncirli keks (foto-resept)
Cıdır düzündən Topxana meşəsinə açılan möhtəşəm mənzərənin ən yeni görüntüləri - VİDEO
İlaxır çərşənbədə hava necə olacaq?
Orduda gülənçi izlərinin axtarışı başladı
Məşhur aparıcı canlı yayımda rüsvay oldu-VİDEO
London derbisi: Yağış gözəl idi
Avroliqa: "Trabzonspor" zirvədə, Abışovun komandası səfərdə xal itirdi
Günün qoroskopu: hər şey qarşılıqlı olacaq
Milli Ordunun yaranmasından 102 il ötür...
QMİ Qazılar Şurası Qurban bayramı münasibətilə fətvР° verib
Cəbhə ilə bağlı sərəncam
Dünyanın ən qədim rəsmi
"Rusiya Azərbaycan və Türkiyəyə açıq mesaj verir"
Südəmər uşaqlarda zökəm
"Q" və "L" hərfləri ilə başlayan adların mənası
Amerikalı müğənni koronavirusdan öldü
Rus Dili dərs-16
Dilimiz - Milli Kimliyimiz
Bakılılara şad xəbər: nömrə köçürmək 10 dəfə ucuzlaşıb
Erməniləri çox qorxudan səfər
Prezident təsdiqlədi - Azərbaycanda sosial yardım bir il müddətinə təyin ediləcək
Rus qırıcıları türkmən ərazilərini bombaladı
Cazibədar xanımlar üçün
Bu gün abituriyentlər imtahan verirlər
Bu aydan hemofiliyalı xəstələrə ilkin tibbi yardım onların yaşadıqları ərazilərdə göstəriləcək
Ən son gəlinlik modelləri
Koronavirusun ilk əlaməti qızdırma deyil – Ağlınıza gəlməyəcək simptom
DİN-dən velosiped sürənlərin cərimələnməsi ilə bağlı AÇIQLAMA
Dünyanın ən böyük zanbaq xalçası
Avropanın bəxti gətirdi ki, Avropa Oyunlarını məhz Azərbaycan keçirir
![](/sfiles/img/icons/valuable-icon.png)
- ŞƏRHLƏR