Get
Hər addımda düşün əsli-zatını,
Atalar göstərən doğru yolla get.
Yaxşı övlad ucaldacaq adını,
Nə dar gündə saxla, nə də tulla get.
Ayıq ol, ömrünü vermə güdaza,
Uyma var-dövlətə, qane ol aza.
Bir kəs ki, mənliyi satdın boğaza,
Palanlayıb, noxdayıb çulla get.
Zülfüqar, nə çoxdu oyun dünyada,
Demə, getsən, qalmaz tayın dünyada.
Beş arşın kəfəndi payın dünyada,
Bacarırsan, var-dövlətlə, pulla get.
Olsun
Gül ləçəkdə burulub ki,
Gözəllərdən gözəl olsun.
Su çeşmədə durulub ki,
Onlardan da əzəl olsun.
Hər çiçəyin öz ətri var,
Müdrük sözün, söz ətri var.
Gözəl ömrün yüz ətri var,
Kaş hər ömür gözəl olsun.
Hamıya əzizsə canı,
De, qədrini bilən hanı?
Sevəndə sev o cananı,
Özəlləşib özəl olsun.
Ay Zülfüqar, dinlə məni,
Dağıt, getsin duman, çəni.
Düşünmə olub keçəni,
Qoyma ömrün xəzəl osun.
Yaylaq
Güllüdərə yaylağı
Yoxsa küsüb qonaqların,
Tək qalıbsan nədən, yaylaq?
Xoş günləri yada salıb,
Bağrım başın didən yaylaq.
Bəlkə sən də mənim kimi,
İtirdin öz sevgilini.
Sinən üstə qız, gəlini,
Oğrun-oğrun güdən yaylaq.
Damcı düşdükcə ləçəkdən,
Ətir yayılır çiçəkdən.
Yanıqlı səsi tütəkdən,
Dağlara car edən yaylaq.
Mümkündürmü əhdi danaq,
Köhnə dostam, gəldim qonaq.
Şeh vursun, qızarsın yanaq,
Xəyal olub gedən yaylaq.
Zülfüqar, məhv oldu gülüm,
Oxumur şeyda bülbülüm,
Sənsən, doğma obam, elim,
Qoy, mən alım qadan, yaylaq.
1959
Müəllif: Zülfüqar Zülfüqarov
XƏBƏR LENTİ
Evi yananlara ev veriləcək
İncə təmizliklər
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
Möhtəşəm qadınlar
Qatıqla hazırlanan üz maskaları
Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yayıldı - VİDEO
Uşaqlarınızı daha yaxından tanıyın
Köhnə geyimləri təzələyək
"ASAN xidmət"dən möhtəşəm yenilik
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
Azərbaycan kəndində ilk
İspanaqlı smoothie (foto resept)
Azərbaycanlı pəhləvan hər kəsi heyrətləndirdi-FOTO
Şotlandiya Avropada ən savadlı ölkədir
İş masası arxasında yemək vərdişi ölüm riskini artırır
Ermənistanda savaş başladı
Qazax, Ağdam və Tərtərdə şiddətli atışma
Bərən Saatın seçilmiş geyimləri
Acundan AÇIQLAMA-FOTO
Selena Gomez Tarkanın fanatı imiş - FOTO
Günün qoroskopu: qəfil gəlir ola bilər
Kök polislər işdən çıxarılır
Rihanna kirayə tutduğu evə 60 min ödəyib-FOTO
İlk qar kristalı fotoaparatının yaradıcısı
Koronavirusun vətəni Hindistan imiş?
Adel 45 kq arıqladıqdan sonra ilk dəfə-FOTO
QALİB SEÇİLDİ - "Şah əsərim"
Sevgi dilənçiləri
Parfüm: saxta məhsulu necə tanımalı
Məşhur modelyerin dəfiləsinə heç kəs gəlmədi-SƏBƏB
“İnstaqram”da Yenilik!
Aleyna 1 milyon qazandı
Ozan Güvən qalmaqalı daha da böyüdü-FOTO
Azərbaycanda bu şəxslərin də sərbəst hərəkətinə icazə verildi - QAYDALAR
HAVA necə olacaq?
Öləcəyini öyrənən qadın 102 kq arıqladı - FOTO
Məktəblərdə pozuntular aşkarlandı - RƏSMİ
İnsanı yavaş-yavaş məhv edən stress
Gülməli heyvanlar
Mehriban Əliyeva Parisdə Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşünü izləyib
Abituriyentlərə son xəbərdarlıq
Təbii dəri təmizləmə üsulları
Toyuq ətinin faydalarını bilirsinizmi?
"Real" - "Atletiko": Derbi hansı kanalda?
Art terapiya
Ermənini məğlub edən güləşçi: "Hələ belə dəstək görməmişdim"
Yaponiya Putinə dəvəti geri çağırdı
Kombi və radiatorlar ucuzlaşdı
2013-2014-cü ilin ziyafət saç düzümləri
Hava haqqında
- ŞƏRHLƏR