Mənim bir dostum var, ziyalıdır, nümunəvi də ailəsi var. Bir az ciddi, bir az da mühafizəkardır. Həyat təcrübəsi çoxlarına nümunə ola bilər. Baməzəliyi də öz yerində. Deyir ki, bir dəfə xanımımla mağazaya girmişdik. Başqa bir nəfər də yanında xanım mağazaya gəlmişdi. Onlar kənardan çox mehriban görünürdülər. Dostum deyir ki, mağazadan çıxan kimi xanımım dilləndi ki, gördün necə mehribandırlar? Dedim ki, gördüm, sən elə bilirsən ki, o, onun öz xanımıdır? Dostum bunu deyəndə xanımına yarızarafat, yarıciddi verdiyi cavaba dodaqlarım da qaçmışdı. Adi bir həyat anıdır, amma maraqlıdır. Maraqlı olan da budur ki, bəzi kişilər öz xanımlarına qarşı ciddilik göstərdikləri halda, qeyri xanımlara mehribanlıq nümayiş etdirirlər. Görən niyə belədir? İstənilən variantda cavab vermək olar. Fikirlərdə zahiri cəlbedicilik də yaratmaq olar. Amma bir az səmimi cavab verək.
Ər həmişə istəyər ki, qadını bir az ağır oturub batman gəlsin. Müəyyən qədər təmasdan, ünsiyyətdən qaçsın. Çünki kişilərə görə ailənin nüfuzu daha çox qadının namusu ilə ölçülür. Baxmayaraq ki, kişinin hərəkətləri də ailə üçün problem yarada bilər. Fəqət kişinin yaratdığı problem zamanla unudula bilər. Amma qadınla ucalan varlığımıza ləkə gəlirsə, bunu yox etmək çətindir. Bunu heç kəs özünə sığışdırmaz. Əslində bu qadının həyatımızdakı uca yeridir, ona veriələn dəyərdir. Səhvdir, düzdür, bu, başqa söhbətdir.
Qadın Anadır.Vətənə də ana deyirik. “Namus” anlayışı “Qadın”, “Vətən” sözləri ilə qoşalaşanda əzəmətli olur, qoşalaşmayanda isə Vətən də rəzil olur, biz də.
Seriallarda gördüyünüz vulqar Qərb həyatını, ər-arvad, kişi-qadın münasibətlərini göz önünə gətirin. Onlar qadını əşyalaşdırırlar. Qadın onlar üçün nəşə, həzz yaradan bir canlıdır.Qadın ərini, kişini çürbəcürə geyimlərlə, çürbəcür eyş-işrət oyunları ilə çəzb etməlidir.Amma bizdə qadına belə yanaşmaq olmaz. Bizdə qadını əşyalaşdırmaq olmaz.Qadın zəriflik çələngidir, qadın uşaqlarımızın anasıdır, bir ataya “qaynata”, bir anaya “qaynana” deyən xatundur... Bu xatun Qərbdəki kimi açıq-saçıq geyinməməlidir. Onun qadınlıq cizgilərini yalnız öz halal əri görməlidir. Nəinki üstünə 1 litr günlərlə getməyən ətir səpib küçəyə çıxmalıdır. Qadın o ətri üstünə səpməlidir ki, onun qoxusu ərindən başqa heç kimin burnuna çatmayacaq.
Bilirsiniz, Azərbaycan ailəsində namus, qürur kimi müəyyən ölçülər var. Vəfanın, sədaqətin məsuliyyyəti və cavabdehliyi var. Bütün zamanlarda bunlar yeni məzmun kəsb etmişdir. Dədə Qorqud cəmiyyətində qadın “halalım” deyilərək ən şöhrətli mərtəbəyə yüksəldilir. Amma bir ər həyatını, türklər demiş, “kayb” edərdisə, qadınına vəsiyyət edərdi ki, məndən sönra uşaqlarımı başsız qoyma, könlün kimi istəsə, gözün kimi tutsa, ərə get. Yəqin ki, insan cəmiyyətinin formalaşdığı ilk dövrlərdə həyatın, insan nəslinin davam etməsi üçün cəmiyyət bunu belə qəbul edib. Üstündən yüz illər keçib, insan nəsli böyüyüb, şaxələnib, kifayət qədər davamlı və etibarlıdır. Artıq sevgi, qadın sədaqəti, şərəf və s. bu kimi məsələlər yeni məna daşımağa başlayıb. Orta əsrlərdə yaranmış bir bayatıya fikir verin:
Əzizim, baxdı yarım,
Könlümün taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı, yarım?
Gözəldir, deyilmi? Olsun ki, bayatı monoqam ailə tipinin qərarlaşdığı dövrlərdə yaranıb. Hər halda bayatıda xalqımızın “qadının bir əri olmalıdır, kişi bir xanımla evlənməlidir” , “qadın ərinin qürurunu göz bəbəyi kimi qorumalıdır” kimi təfəkkür tərzi öz ifadəsini tapıb. Bu, genetik kodla nəsildən-nəsilə ötürülüb. Əlbəttə, mən o fikirdə deyiləm ki, ancaq kişiləri müdafiə edəm: kişilərə hər şey olar, qadınlara isə olmaz. Xəyallarımda o qədər nümunəvi sevgi dolu ailə həyatı qururam, sevgi cütlükləri yaradıram ki. Bəs biz bunu həyatda niyə yarada bilmirik? Siz qadınlar da ərlərinizi anlayın: problemlər bir az özümüzdən olur, bir az maddi çətinliklər bizi diqqətsiz olmağa məhkum edir, bir az ətraf mühit sağlam deyil, bir az Qərbin eybəcər gender stixiyası və sair, və sair... Kimsə xanımına nəinki hər mövsümdə, hətta bəzən ildə onun ürəyi istəyən kostyumu, ayaqqabını ala bilmir, amma Fira o günü mamasıgilə gələndə 2 min manatlıq ayaqqabı geymişdi, özü də CİP-lə gəlmişdi... Gulya bu yay istirahətini Antalyada keçirib, amma o kimsə imkansızlıqdan xanımını bir ildən çoxdur ki, rayona ata-anasını görməyə apara bilmir. Xanımlar da belə. ev, uşaq, ər qayğılarında itib-batırlar, özləri isə yaddan çıxırlar. Bu, heç fiziki cəhətdən də mümkün olmur. Çünki xanımlar ev, ailə qayğılarını yetirsin, yoxsa özlərinin zahiri görkəminə fikir versinlər? Kişi hər gün işdə, şəhərdə, metroda, küçədə bəzənib-düzənmiş, ətirlənmiş xanımları görüb evə qayıdanda işləməkdən yorulub əldən düşmüş, bəlkə heç günorta çörəyini yeyə bilməyən xanımının ağarmış bənizi ilə rastlaşır. Belə nüanslar bir yerə toplaşır və nə vaxtsa bu ailəni xoşagəlməyən seçim qarşısında qoyur.
Amma mən arzu edirəm ki, qadınlarımız çox işlərdən azad olsun, mədəniyyət nazirinin dediyi kimi, onların əllərinə götürə biləcəyi ən ağır yük bənövşə dəsti olsun. Hər vaxt ərlərinin diqqət və ehtiramını hiss etsinlər. İstəyirəm ki, həftənin istirahət və bayram günlərində onlar ailəliklə respublikamızın gözəl guşələrinə gəzməyə çıxsınlar. Fəqət çətinlik, problem olanda ümidsizləşməsinlər, onların həlli yollarını tapsınlar. Onlar ailə xoşbəxtliyini seriallardan, kitablardan arayıb arzulamasınlar. Elə yaşadıqları həyatın içində qursunlar.
Ailə elə bir səadət körpüsüdür ki, bir tağı kişinin, bir tağı da qadının çiyinlərində sütunlaşıb. Bu körpünü biz övladlarımız üçün qurmuşuq. Davamlıdırsa, övladlarımızın yolu uğurlu olacaq...Niyə də bu uğur üçün yaşamayaq? Gəlin sevgimizə sahib çıxaq...
Kişilər xanımlarınıza qarşı sevgilərinizi bir az itiləyin..Xanımlar, ailənizi qoruyb saxlayın.... Bir-birinizə doğru addımlarınızda büdrəsəniz, bezməyin, geri qayıdıb yenidən davam edin. Təki sevgimiz yaşasın... Nə gözəl deyib şair:
Qadınsız ev- Günəşsiz bir dünyadır,
Nə od yansa, qızınmır ki, qızınmır...
N.Xəzri
XƏBƏR LENTİ
İsveçrədə yeni prezident seçildi
İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi
Fahriye oğluna lay-lay oxudu - VİDEO
Bəy-gəlin maska taxacaq - TOYLARLA BAĞLI YENİ QAYDALAR
Qarabağdan qaçan erməniləri saxlamaq üçün qadağalar tətbiq olunub
Yerkökülü keks (foto resept)
Nəhəng alma ağacı böyüyür
Albalı tortu(foto resept)
Yaş fərqinə rəğmən xoşbəxt cütlüklər
Bank açıqladı, dollar bahalaşdı
Quş qəfəslərində yaradılan gözəlliklər
4 günə 4 kiloqram
Robotun məqaləsi dərc olundu-TARİXDƏ BİR İLK
İmmuniteti gücləndirən idman hərəkətləri
Abituriyentlərin nəzərinə!
"Hulk"a bənzəmək üçün özünü bu günə saldı - FOTO
Sürpriz salatı (foto resept)
Ölümün bir addımlığında...
Azərbaycanın Eurovision2012 mahnısı
Şahmatçılarımız Dünya çempionatında
9 möcüzəli ağac şəkli
Azərbaycanda qaynana ilə gəlinin Facebook davası
Azərbaycanda avtomobil krediti probleminə yeni həll tapıldı
Bu fotolara baxmağa dəyər
Çakraların sağlamlığımızda və xoşbəxtliyimizdə rolu-IÇakra
Azərbaycanda şəkərli diabetdən ölüm göstəricisi enib
"Harry Potter"in yazıçısı koronavirusa yoluxub-FOTO
İngilis dili-Oo
Sabah Günəş tutulması baş verəcək
Gəlinlərə özəl buketlər
Bakı bulvarında hansı yeniliklər olacaq?
Bədənin siqnal verdiyini göstərən hallar
Cəbhədə nə baş verir?
Sağlam qidalanmağın 20 şərti
Körpənin nəcisi necə olmalıdır?
İdmançımız beynəlxalq reytinqdə ilk onluqda!
Prezindent İlham Əliyev Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
Türkəçarə, yoxsa başa bəla?
Dəb Dünyası Bakıda
Sedanın 11 il əvvəlki fotosu bəyənilmədi
Modapərəst qadınların Must-have geyimləri
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar
"Şam ağacı" tortu (foto resept)
Dünyaya tərs baxan gözlər
Əhaliyə ipoteka müjdəsi: şərtlər və qaydalar yumşaldılır
"İlin sonu" sindromu
Ermənistan Naxçıvana kimyəvi hücum hazırlayır
Anlıq qərar verməyin
Hilari Daff ikinci dəfə ana olacaq-FOTO
Təşvişə səbəb olan “aslan” başqa heyvan çıxdı
- ŞƏRHLƏR