Mənim bir dostum var, ziyalıdır, nümunəvi də ailəsi var. Bir az ciddi, bir az da mühafizəkardır. Həyat təcrübəsi çoxlarına nümunə ola bilər. Baməzəliyi də öz yerində. Deyir ki, bir dəfə xanımımla mağazaya girmişdik. Başqa bir nəfər də yanında xanım mağazaya gəlmişdi. Onlar kənardan çox mehriban görünürdülər. Dostum deyir ki, mağazadan çıxan kimi xanımım dilləndi ki, gördün necə mehribandırlar? Dedim ki, gördüm, sən elə bilirsən ki, o, onun öz xanımıdır? Dostum bunu deyəndə xanımına yarızarafat, yarıciddi verdiyi cavaba dodaqlarım da qaçmışdı. Adi bir həyat anıdır, amma maraqlıdır. Maraqlı olan da budur ki, bəzi kişilər öz xanımlarına qarşı ciddilik göstərdikləri halda, qeyri xanımlara mehribanlıq nümayiş etdirirlər. Görən niyə belədir? İstənilən variantda cavab vermək olar. Fikirlərdə zahiri cəlbedicilik də yaratmaq olar. Amma bir az səmimi cavab verək.
Ər həmişə istəyər ki, qadını bir az ağır oturub batman gəlsin. Müəyyən qədər təmasdan, ünsiyyətdən qaçsın. Çünki kişilərə görə ailənin nüfuzu daha çox qadının namusu ilə ölçülür. Baxmayaraq ki, kişinin hərəkətləri də ailə üçün problem yarada bilər. Fəqət kişinin yaratdığı problem zamanla unudula bilər. Amma qadınla ucalan varlığımıza ləkə gəlirsə, bunu yox etmək çətindir. Bunu heç kəs özünə sığışdırmaz. Əslində bu qadının həyatımızdakı uca yeridir, ona veriələn dəyərdir. Səhvdir, düzdür, bu, başqa söhbətdir.
Qadın Anadır.Vətənə də ana deyirik. “Namus” anlayışı “Qadın”, “Vətən” sözləri ilə qoşalaşanda əzəmətli olur, qoşalaşmayanda isə Vətən də rəzil olur, biz də.
Seriallarda gördüyünüz vulqar Qərb həyatını, ər-arvad, kişi-qadın münasibətlərini göz önünə gətirin. Onlar qadını əşyalaşdırırlar. Qadın onlar üçün nəşə, həzz yaradan bir canlıdır.Qadın ərini, kişini çürbəcürə geyimlərlə, çürbəcür eyş-işrət oyunları ilə çəzb etməlidir.Amma bizdə qadına belə yanaşmaq olmaz. Bizdə qadını əşyalaşdırmaq olmaz.Qadın zəriflik çələngidir, qadın uşaqlarımızın anasıdır, bir ataya “qaynata”, bir anaya “qaynana” deyən xatundur... Bu xatun Qərbdəki kimi açıq-saçıq geyinməməlidir. Onun qadınlıq cizgilərini yalnız öz halal əri görməlidir. Nəinki üstünə 1 litr günlərlə getməyən ətir səpib küçəyə çıxmalıdır. Qadın o ətri üstünə səpməlidir ki, onun qoxusu ərindən başqa heç kimin burnuna çatmayacaq.
Bilirsiniz, Azərbaycan ailəsində namus, qürur kimi müəyyən ölçülər var. Vəfanın, sədaqətin məsuliyyyəti və cavabdehliyi var. Bütün zamanlarda bunlar yeni məzmun kəsb etmişdir. Dədə Qorqud cəmiyyətində qadın “halalım” deyilərək ən şöhrətli mərtəbəyə yüksəldilir. Amma bir ər həyatını, türklər demiş, “kayb” edərdisə, qadınına vəsiyyət edərdi ki, məndən sönra uşaqlarımı başsız qoyma, könlün kimi istəsə, gözün kimi tutsa, ərə get. Yəqin ki, insan cəmiyyətinin formalaşdığı ilk dövrlərdə həyatın, insan nəslinin davam etməsi üçün cəmiyyət bunu belə qəbul edib. Üstündən yüz illər keçib, insan nəsli böyüyüb, şaxələnib, kifayət qədər davamlı və etibarlıdır. Artıq sevgi, qadın sədaqəti, şərəf və s. bu kimi məsələlər yeni məna daşımağa başlayıb. Orta əsrlərdə yaranmış bir bayatıya fikir verin:
Əzizim, baxdı yarım,
Könlümün taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı, yarım?
Gözəldir, deyilmi? Olsun ki, bayatı monoqam ailə tipinin qərarlaşdığı dövrlərdə yaranıb. Hər halda bayatıda xalqımızın “qadının bir əri olmalıdır, kişi bir xanımla evlənməlidir” , “qadın ərinin qürurunu göz bəbəyi kimi qorumalıdır” kimi təfəkkür tərzi öz ifadəsini tapıb. Bu, genetik kodla nəsildən-nəsilə ötürülüb. Əlbəttə, mən o fikirdə deyiləm ki, ancaq kişiləri müdafiə edəm: kişilərə hər şey olar, qadınlara isə olmaz. Xəyallarımda o qədər nümunəvi sevgi dolu ailə həyatı qururam, sevgi cütlükləri yaradıram ki. Bəs biz bunu həyatda niyə yarada bilmirik? Siz qadınlar da ərlərinizi anlayın: problemlər bir az özümüzdən olur, bir az maddi çətinliklər bizi diqqətsiz olmağa məhkum edir, bir az ətraf mühit sağlam deyil, bir az Qərbin eybəcər gender stixiyası və sair, və sair... Kimsə xanımına nəinki hər mövsümdə, hətta bəzən ildə onun ürəyi istəyən kostyumu, ayaqqabını ala bilmir, amma Fira o günü mamasıgilə gələndə 2 min manatlıq ayaqqabı geymişdi, özü də CİP-lə gəlmişdi... Gulya bu yay istirahətini Antalyada keçirib, amma o kimsə imkansızlıqdan xanımını bir ildən çoxdur ki, rayona ata-anasını görməyə apara bilmir. Xanımlar da belə. ev, uşaq, ər qayğılarında itib-batırlar, özləri isə yaddan çıxırlar. Bu, heç fiziki cəhətdən də mümkün olmur. Çünki xanımlar ev, ailə qayğılarını yetirsin, yoxsa özlərinin zahiri görkəminə fikir versinlər? Kişi hər gün işdə, şəhərdə, metroda, küçədə bəzənib-düzənmiş, ətirlənmiş xanımları görüb evə qayıdanda işləməkdən yorulub əldən düşmüş, bəlkə heç günorta çörəyini yeyə bilməyən xanımının ağarmış bənizi ilə rastlaşır. Belə nüanslar bir yerə toplaşır və nə vaxtsa bu ailəni xoşagəlməyən seçim qarşısında qoyur.
Amma mən arzu edirəm ki, qadınlarımız çox işlərdən azad olsun, mədəniyyət nazirinin dediyi kimi, onların əllərinə götürə biləcəyi ən ağır yük bənövşə dəsti olsun. Hər vaxt ərlərinin diqqət və ehtiramını hiss etsinlər. İstəyirəm ki, həftənin istirahət və bayram günlərində onlar ailəliklə respublikamızın gözəl guşələrinə gəzməyə çıxsınlar. Fəqət çətinlik, problem olanda ümidsizləşməsinlər, onların həlli yollarını tapsınlar. Onlar ailə xoşbəxtliyini seriallardan, kitablardan arayıb arzulamasınlar. Elə yaşadıqları həyatın içində qursunlar.
Ailə elə bir səadət körpüsüdür ki, bir tağı kişinin, bir tağı da qadının çiyinlərində sütunlaşıb. Bu körpünü biz övladlarımız üçün qurmuşuq. Davamlıdırsa, övladlarımızın yolu uğurlu olacaq...Niyə də bu uğur üçün yaşamayaq? Gəlin sevgimizə sahib çıxaq...
Kişilər xanımlarınıza qarşı sevgilərinizi bir az itiləyin..Xanımlar, ailənizi qoruyb saxlayın.... Bir-birinizə doğru addımlarınızda büdrəsəniz, bezməyin, geri qayıdıb yenidən davam edin. Təki sevgimiz yaşasın... Nə gözəl deyib şair:
Qadınsız ev- Günəşsiz bir dünyadır,
Nə od yansa, qızınmır ki, qızınmır...
N.Xəzri
XƏBƏR LENTİ
Naringinin xassələri alimləri heyrətə salıb
53 yaşlı aktrisa gözəlliyi ilə heyran etdi-FOTO
Əsl sevgi və "sevgi"
Attestat ala bilməyən məzunların nəzərinə!
Yüzə yaxın məhbusun əfvi gözlənilir
Dağlıq Qarabağa yadplanetlilər gəlib? - İNANILMAZ FOTOLAR
Disney qəhrəmanları məşhur rəsmlərdə
Bakıda daşınmaz əmlak bazarında qiymətlərlə bağlı proqnoz
Hamiləlik haqqında maraqlı məlumatlar
Mehriban Əliyevaya həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib - FOTO
Ətli kartof kotleti (foto-resept)
Dünya bu əkizlərdən danışır - FOTO
İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım
Dünənki qoxu ilə bağlı analizlərin nəticəsi məlum oldu
Azərbaycanda poliklinikaların sayı artırılır
Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi
Tarkandan bayram təbriki
Həkim 53 nəfəri koronavirusa yoluxdurmaqda ittiham edilir
Rəqsdə eşq
Azərbaycanda banklardan kredit almaq çətinləşəcək
Qaxda hind narı yetişdirilib - VİDEO
Tatlısəs Hiltonu Bodruma dəvət etdi
Dünya futbolunun yeni 16 yaşlı ulduzu
Xarakterin necədir?
Karpov erməniləri rüsvay etdi
Engin Öztürk plastik əməliyyat etdirib?
Günün ulduz falı
Dövlət Fondu mənzilləri alıb kirayəyə verəcək
Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI
İngiltərədə Roma dövrünə aid nadir sikkələr tapıldı
Şaxta Amerikanı dondurdu
Azərbaycanın dövlət siyasətinə zidd açıqlamasına görə deputata töhmət verildi - VİDEO
Azərbaycandan sərt etiraz
İskender kababı (foto resept)
Özümüzü tanımaq üçün 11 addım
Türkiyə hökumətində istefa
Nazir yarmarkaya gəldi
Keçmiş pilot gizli 51-ci Zonanın ağılalmaz sirlərini açdı
Çiyələkli dondurma (foto resept)
Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 279 yeni yoluxma
Bərdədə erməni təcavüzü ilə bağlı brifinq keçirilib - VİDEO
“Android”in yeni versiyasının adı məlum oldu
Qələbə günü ilə bağlı Stalinin- müəmmalı qərarı
В«Rusiyanın bu addımı sabitliyi poza bilər
Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK
Koronavirus xəstələrinin saç tökülməsi əslində...
Qırmızı pomada seçərkən diqqət edin
Saç çubuqları
ÜST bütün dövlətlərə məktub göndərdi
Azərbaycanlı zəvvarlar hacı olublar
- ŞƏRHLƏR