[hide]
Bir qadını ağlatmaq çox çətin deyil . Qadınlar hər şeyə ağlaya bilərlər: bir filmə, bir mahnıya, bir yazıya... Yəni ən az kişilər qədər! Amma bir qadını ürəkdən ağlatmaq çox çətindir. Əgər bir qadın ürəkdən ağlayırsa, ağladan onun ürəyinə sahib olmuşdur. Amma o ürəyin dəyərini bilmir ağladan, gözünü belə qırpmadan tək-tək batırar iynələrini ürəyə! Və bu zaman böyük bir düyün qalır qadının boğazında. Udquna bilmir, nəfəs ala bilmir; çünki o böyük düyün canını çox ağrıdır. Gözləri bulanar qadının sonra. "Ağlamayacağam" deyər ürəyində. Amma göz yaşlarına mane ola bilməz. Çünki iynələrin bəziləri ürəyinə çatmışdır və iynələr batmaqdadır... Bu ağrıya nə qədər mane ola bilər ki bir qadın? İncə-incə axar yaşlar gözündən - əvvəl bir neçə damla, daha sonra isə bir yağış seli kimi... Və qadın ağlayar; həm də çox! Elə bilməyin ki, gedənə ağlayar qadın! Gedənin gedərkən qopartdığı yerdir onu ağladan, orada buraxdığı yaradır. O yaranın heç bağlanmayacağını, bağlansa belə yerinin qalacağını bilər qadın; ona görə ağlayar. Amma bilirsinizmi, ağlamaq qadınları yetkinləşdirər. Hər axan damla daha çox qadın edər qadınları.
Çünki hər damla bir dərsdir. Bəzən qadınlar ağladığı zaman çox insan "Ağlama, niyə ağlayırsan? Dəyməz onun üçün" deyərlər. Bilmədikləri üçün belə deyərlər. Çünki ürəkləri ağrayan qadınlar ağlamazlarsa, ölərlər. İçlərindəki zəhərdir onları öldürən! Ağlayaraq o zəhərdən xilas olar qadınlar, yaralarındakı irini təmizləyər! Çünki bilirlər ki, o irin təmizlənməzsə, yaraları iltihaba çevrilər. Halbuki, çevrilməməsi lazımdır. Ona görə də qadınlar çoxlu ağlayar. Zaman keçər sonra. Qadınlar özlərinə sarılmağı öyrənərlər. Ümid edirəm ki, öyrənərlər, yoxsa ruhları azğın yollara çarpar özünü. İtən ruhların doğru yolu tapması da yeni ağrılar deməkdir. Bunu bilər qadınlar, ona görə də axır-əvvəl öyrənərlər özlərinə sarılmağı...
Əslində çox ağlayan qadınlar bir çox şeydən imtina edən qadınlardır. Hər damla yetkinləşdirər qadınları, bəli, amma yetkinləşdikcə o avamca inandıqları eşq gerçəyi onların gözündə kiçilər. Kiçildikcə dəyərini itirər və bu zaman özlərinə sarılıb, yeni bir qadın yaradarlar özlərindən. Güclü, məğlub olmaz, məğrur və eşqə inanmayan...
İnsanlar çox vaxt soruşurlar: "Niyə bu qədər çox karyer dərdində olan subay qadın var" deyə. Çünki inanclarını itirmiş qadınlardı o qadınlar. Zamanında ürəklərinə o qədər çox iynə batdı ki, o qədər çox ağladılar ki! Artıq özlərindən başqa bir doğru olmadığına inanırlar, ona görə özlərinə sarılırlar. Çünki bilirlər ki, sarıldıqları adamlar onlara layiq olmadı; həm də heç bir zaman! Həmişə bir mənfəətləri oldu sarıldıqları adamların. Bəs o zaman niyə sarılsınlar ki! Niyə sarılaq ki!
Ətrafınızda ürəkdən ağlayan bir qadın varsa bilin ki, yetkinləşir. Bilin ki, gerçəkləri qəbul etməyə başlamışdır. Bilin ki, artıq sevginin olmadığına inanmışdır. Bilin ki, sarılacaq tək bir doğrusu qalmışdır. "O kimdir, nədir" deyə soruşmayın artıq. Çox ağlayan qadınlar, axır-əvvəl özlərinə sarılarlar çünki!
Müəllif:Yılmaz Erdoğan
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dərinin qocalmasına qarşı maskalar
İnsanlar irəlidə 200 il yaşaya bilərmi?
Ölkələrə görə gəlin və bəy
Mark Zukerberqin 2-ci qızı doğuldu - FOTO
Rusiyadan etiraf: “Rubl daha stabil olmayacaq”
Müəllimənin işdən çıxma səbəbi TƏƏCCÜBLƏNDİRDİ
Hava haqqında
Limon suyunun 10 faydası
Bakı Dövlət Universitetinin yaranmasından 94 il keçir
Təmiz suya tamarzıyıq
Qəribə tərz sahibləri
Məşəl Heydər Əliyev Mərkəzində
Təmizlik sağlamlıqdır
Çin sürətlə mobilləşir
Sovet işğalından 95 il ötür
Levanti mətbəxindən mərcili "Tabule" (foto resept)
Məşhur müğənni adını dəyişdirir-SƏBƏB
Uzun paltar modelləri
Ukraynada ölənlərin sayı iki dəfə artıb
Boşanmaya aparan kiçik problemlər
Cəbhədə silah səsləri
Di Kaprio məhkəmədə - Şok ittiham
İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
Ətli mini zapekanka (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-16 yanvar
Dəriniz yaz meyvələri ilə yenilənsin
Bu gün Xəyalə Muradın ad günüdür!
Pendirli-şokoladlı tort (foto resept)
Günün qoroskopu: yeni əlaqələrin bünövrəsini qoymaq olar
Ərdoğan Aya-Sofya məbədini ziyarət edib - FOTO
Kosmosa 2 saatlıq uçuş üçün xərcəlnəcək məbləğ açıqlandı
Hamiləlik şansını artırmaq üçün 5 tövsiyə!
Şəkidə şagirdlərə həblər paylanır
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
Ermənistanda qaça-qaçdır
Körpəniz xəstə olmadan həkimə aparın
ABŞ-da Zika virusu daşıyıcıları artıb
Arıqlamağa əngəl olan səbəblər
Turizm və növləri
Emin koronavirusa yoluxubmuş
Maykl Cordanın idman ayaqqabıları rekord məbləğə satıldı
Həm maus, həm kompüter
Microsoft-dan yeni smartfonlar
Gürcüstanda yaşıl rəngli küçük doğuldu - VİDEO
Toxuduqlarım
Xəyal qurun(2)
Ən çox satılan smartfon hansıdır?
Prezident Qarabağdan danışdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Yumurtanın qiymətini kim bahalaşdırır? - Quşçular Cəmiyyətindən CAVAB
- ŞƏRHLƏR